2016-cı ildə Azərbaycanın maliyyə-bank sektorunda mövcud olan çətinliklər onu mürəkkəb il kimi xarakterizə etməyə əsas verir.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Artur Rəsizadə bu gün Milli Məclisin iclasında çıxışı zaman deyib.
A.Rəsizadə bildirib ki, dünya bazarında karbohidrogen resurslarının qiymətlərinin kəskin aşağı düşməsi ölkənin ixrac gəlirlərinin xeyli azalmasına gətirib çıxarıb.
Baş nazir vurğulayıb ki, bir sıra bankların qeyri-qənaətbəxş işləməsi, ölkənin sistem əhəmiyyətli Beynəlxalq Bankının rəhbərliyinin cinayətkar fəaliyyəti durumu daha da ağırlaşdırıb:
“Vəziyyəti nəzərə alan dövlət başçısı maliyyə sektorunda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və makroiqtisadi dayanıqlığın təmin edilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaradıb. Ölkə iqtisadiyyatındakı mövcud problemlər Maliyyə Sabitliyi Şurasında araşdırılaraq onların həllinə yönəldilmiş tədbirlər planı hazırlanıb və aidiyyəti dövlət orqanları tərəfindən icrasına başlanılıb”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?