GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » "Dağlıq Qarabağ nizamlanmasının bir çox aspektləri artıq razılaşdırılıb" - Sergey Lavrov

"Dağlıq Qarabağ nizamlanmasının bir çox aspektləri artıq razılaşdırılıb" - Sergey Lavrov

Tarix: 31-03-2017, 15:00 Bölmə :Siyasət Baxış: 475
"Dağlıq Qarabağ nizamlanmasının bir çox aspektləri artıq razılaşdırılıb" - Sergey Lavrov

APA Rusiya xarici işlər naziri Sergey Lavrovdan müsahibə alıb.

gundemxeber.az sözügedən müsahibəni təqdim edir:

- Sergey Viktoroviç, bu il Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 25 il ötür. Hazırkı mərhələdə iki ölkə arasında əlaqələri necə qiymətləndirirsiniz?

- Ölkələrimiz arasında diplomatik əlaqələr 25 il əvvəl qurulub və bu vacib yubileyi aprelin 4-də qeyd edəcəyik. Lakin yaxşı məlumdur ki, Rusiya və Azərbaycan xalqları arasında əlaqələrin əsrlərlə tarixi var. Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaşdır. Əməkdaşlığımızın əsasında bərabərhüquqluluq və mehriban qonşuluq prinsipləri, çoxəsrlik dostluq ənənələri, ümumi tarix və mədəniyyət dayanır. 25 il ərzində bu irsi iki fundamental sənəd - 1997-ci il 3 iyul tarixli Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə və 2008-ci il 3 iyul tarixli Dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannaməyə söykənərək qorumağı və çoxaltmağı bacarmışıq.

"Rusiyada səmimi olaraq cənub qonşunu sabit, inkişaf edən və geniş əməkdaşlıq üçün açıq olan dövlət kimi görmək istəyirlər"

Məmnuniyyətlə qeyd edirik ki, Rusiya-Azərbaycan münasibətləri bütün istiqamətlər üzrə irəliləməkdə, keyfiyyətcə yenilənməkdədir. Ölkələrimizin dövlət başçıları arasındakı qeyri-rəsmi etimadlı dialoqun ümumi səylərdə oynadığı rolu qiymətləndirməmək mümkün deyil. İqtisadi sahədə əhəmiyyətli uğurlar əldə olunub, 2014-cü ildə qarşılıqlı ticarət həcmi üzrə 4 mlrd. dollarlıq rekord səviyyəyə çıxmışıq. Doğrudur, sonra milli valyutaların "oynaması"nın neqativ effekti öz sözünü dedi. Hazırda ticarət-investisiya mübadilələrinin aktivləşməsi üzərində çalışırıq. Bu məqsədlərə regionlararası əlaqələrin, iki ölkənin biznes cəmiyyətlərinin imkanlarının potensialının maksimum cəlb olunmasına ümid edirik. Dəyişməz prioritetlərimiz sırasında bizə miras qalan ümumi mədəni və təhsil məkanının möhkəmləndirilməsinə üstünlük verilməklə humanitar sahədə əməkdaşlıq var. Müasir cəmiyyətin inkişafı ilə bağlı aktual problemlərin müzakirəsi üçün birgə layihəmiz - Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən və dünyada geniş qəbul olunan Bakı Beynəlxalq Humanitar Forumu özünü nüfuzlu meydança kimi qəbul etdirə bilib.

Rusiya və Azərbaycan təkcə dost deyil, həm də Qafqaz və Xəzərdə qonşudur. Ona görə də təkcə ikitərəfli əsasda deyil, həm də çoxtərəfli formatlar çərçivəsində faydalı dialoqu inkişaf etdiririk. Rusiyada səmimi olaraq cənub qonşunu sabit, inkişaf edən və geniş əməkdaşlıq üçün açıq olan dövlət kimi görmək istəyirlər. Əminəm ki, Rusiya-Azərbaycan münasibətlərinin gələcəkdə dərinləşməsi xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə xidmət edir.

- Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Rusiya xarici siyasətinin prioritetlərindən biridir. Ötən illərdə olduğu kimi münaqişənin nizamlanması istiqamətində heç bir addım atılmayıb. Bu münaqişənin həll olunmaması ATƏT-in Minsk qrupunun həmsədri və ən əsası region ölkəsi kimi Rusiyanı narahat edirmi?

- Əlbəttə ki, narahat edir. Qonşu regionda baş verənlərə biganə deyilik. Biz orada sülh və sabitliyin bərqərar olması, sərhədlərin açılması, qaçqınların geri qayıtması və iqtisadi-ticarət əlaqələrinin bərpasında maraqlıyıq. Məhz buna görə də Dağlıq Qarabağ münaqişəsinin həlli qeyd-şərtsiz xarici siyasət prioritetlərimiz sırasındadır. "Nizamlanma üçün heç bir addım atılmayıb" fikri ilə razılaşa bilmərəm. Qarabağ mövzusu problemin həlli üçün kollektiv və fərdi səylər göstərən beynəlxalq vasitəçilərin daim diqqət mərkəzindədir. Rusiyaya gəldikdə, ötən il prezident Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda problemə həsr olunmuş üçtərəfli sammit keçirilib. Dağlıq Qarabağ problemi Putinin Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşlərində önəmli yer tutur.

"Dağlıq Qarabağ nizanlanmasında bir neçə məsələ qalıb, lakin onlar ən mürəkkəbidir"

Konkret olaraq bu məsələ Serj Sarkisyanın martın 15-də Moskvaya səfəri zamanı müzakirə olunub. Xarici siyasət idarələrinin rəhbərləri də kənarda qalmırlar. Mövzu ilə bağlı fevralda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, martın əvvəlində isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla məzmunlu söhbət aparılıb. Nəzərə almaq lazımdır ki, Qarabağ nizamlanması mövzusu çox incə məsələdir. Ona görə də danışıqların detalları konfidensial xarakter daşıyır. Bununla belə deyə bilərəm ki, bir çox aspektlər artıq razılaşdırılıb. Bir neçə məsələ qalıb, lakin onlar ən mürəkkəbidir. Konsensus hələlik əldə etmək mümkün olmayıb. Bununla belə iş davam edir.

- Ötən ilin aprel hadisələrindən sonra münaqişənin sülh yolu ilə həlli üçün Rusiyanın fəal vasitəçilik səylərini müşahidə etdik. Rəsmi səviyyədə səsləndirilməsə də, mediada "Lavrov planı"nın mövcudluğundan çox danışılır. Belə bir plan olubmu? Əgər olubsa, onun taleyi barədə nə deyə bilərsiniz?

- Dəfələrlə açıq şəkildə bildirmişəm ki, heç bir "Lavrov planı" mövcud deyil. Hazırda müzakirə olunan ideyaların əsasını ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi tərəfindən kollektiv şəkildə hazırlanmış təkliflər təşkil edir. Daha dəqiq desək, söhbət Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatlarında əksini tapmış məqamlardan gedir. Onlar yaxşı məlumdur. Tərəflər ümumən bu təməli inkar etməməklə yanaşı, onların həyata keçirilməsi ardıcıllığını fərqli görürlər. Bu təklifləri dəyişdirmək və ya həmsədrlərin hazırladığı sxemi kardinal şəkildə dəyişən hansısa yeni planlar təklif etməkdən söhbət getmir. Əsas məsələ balanslaşdırılmış siyasi həll tapmaqda tərəflərə kömək etməkdir. Bu, hüquqi öhdəliklərdən ibarət sənədlərin hazırlanması mərhələsinə keçməyə imkan verəcək.

- Rusiya və ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisləri bu yaxınlarda Bakıda görüşdülər. Bu görüş Azərbaycanın siyasi və ekspert dairələrində yüksək qiymətləndirildi. Vaşinqton və Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində əməkdaşlığının güclənməsi mümkündürmü?

- Fevralın 16-da Azərbaycan paytaxtında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gerasimov və ABŞ Birləşmiş qərargah rəisləri komitəsinin sədri Danford arasında görüş keçirilib. Görüşdə iki ölkənin xüsusən Yaxın Şərq regionunda terrorçuluq əleyhinə əməkdaşlığı məsələləri müzakirə olunub. Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ nizamlanması üzrə əsas danışıqlar platforması olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir.

"Azərbaycanın Avrasiya inteqrasiyasında mümkün iştirakını yalnız alqışlaya bilərik"

Bu heyətdə "üçlük" 1997-ci ildə formalaşıb və o vaxtdan onun işi komanda yanaşması şəklində qurulur. Artıq tərəfləri nizamlanmanın əsas aspektləri üzrə kompromis axtarışına stimullaşdıran yüksək səviyyəli birgə bəyanatlardan söz açdım. Xarici siyasət idarələrimizin xətti ilə dayanıqlı qarşılıqlı fəaliyyət qurulub. Bariz nümunə ABŞ dövlət katibinin təşəbbüsü ilə ötən ilin aprel hadisələrindən sonra Rusiyanın xarici işlər naziri və Fransanın Avropa işləri üzrə dövlət nazirinin iştirakı ilə Ermənistan-Azərbaycan sammitinin keçirilməsidir. Bu görüşdə münaqişə zonasında vəziyyətin sabitləşdirilməsi ilə bağlı önəmli məsələlər nəzərdən keçirilib. Öz növbəsində amerikalı və fransalı həmsədrlər Sankt-Peterburq görüşünün yekun hissəsinə dəvət olundular. Hər üç həmsədr öz aralarında fəal əməkdaşlıq edirlər. Regionu müntəzəm şəkildə ziyarət edən hər üç həmsədr Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqlarda vahid mövqedən çıxış edirlər. Hesab edirəm ki, bu cür komanda yanaşması onun göstəricisidir ki, beynəlxalq münaqişələrin aradan qaldırılmasında necə əməkdaşlıq etmək lazımdır. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Vaşinqton və Parislə sıx qarşılıqlı fəaliyyətimiz davam edəcək.

- Rusiya Avrasiya inteqrasiyasında Azərbaycanın iştirakını necə görür? Moskva Bakının Avrasiya İqtisadi İttifaqına qoşulmasını arzu edirmi?

- Azərbaycanın Avrasiya inteqrasiyasında mümkün iştirakını biz yalnız alqışlaya bilərik. Avrasiya İqtisadi İttifaqının 2 illik fəaliyyəti dövründə onun üzvlərini sayı 3-dən 5-ə yüksəlib. Bu, onu təsdiqləyir ki, ittifaq üzv ölkələrə ciddi üstünlüklər vəd edir və bu üstünlüklərə yalnız iqtisadi məkana çıxış imkanı əldə edərək nail olmaq mümkündür. Bu gün Avrasiya İqtisadi İttifaqı 182 milyondan çox əhaliyə malik tutumlu ümumi bazardır və bu çərçivədə "dörd azadlıq" təmin olunub: mal, xidmət, kapital və əmək resurslarının maneəsiz hərəkəti. Xarici iqtisadi maraqların reallaşdırılmasının faydalarını ayrıca qeyd etmək lazımdır: bu cür güclü inteqrasiya birliyinin tərkibində olmaqla, üçüncü tərəflərlə təmaslar zamanı bu maraqları müdafiə etmək daha effektiv hala gəlib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sergey Lavrov: "Rusiya buna hazırdır"

    Sergey Lavrov: "Rusiya buna hazırdır" ...

    1-09-2016, 12:29

  • 
  • XİN: "Azərbaycan və Gürcüstan arasında münasibətlər dostluq və tərəfdaşlıq üzərində qurulub"

    XİN: "Azərbaycan və Gürcüstan arasında ...

    13-02-2017, 14:37

  • 
  • Türkiyə parlamentində Rusiya ilə Dostluq Qrupu yaradılıb  Böyüt

    Türkiyə parlamentində Rusiya ilə Dostluq Qrupu ...

    24-11-2016, 23:44

  • 
  • Ermənistan və Rusiya arasında daha bir hərbi yaxınlaşma

    Ermənistan və Rusiya arasında daha bir hərbi ...

    27-11-2013, 00:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu