Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyası bu gün ölkənin müdafiə nazirinin müavini Ara Nazaryan tərəfindən təqdim olunmuş 25 iyun 2013-cü il tarixli “Ermənistan Respublikası və Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlığın inkişafı haqqında” müqaviləni müzakirəyə çıxarıb.
APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi xəbərə görə, müqavilə Ermənistan və Rusiya arasında hərbi təyinatlı məhsulların sadələşdirilmiş qaydada qarşılıqlı ixracını nəzərdə tutur. Nazir müavini çıxışında bildirib ki, Rusiya bu vaxtadək analoji müqaviləni yalnız Belarusla imzalayıb.
Müzakirə olunan müqavilə komissiyanın müsbət rəyi ilə paraflanması üçün parlamentin müzakirəsinə çıxarılacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?