GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Hacıbala Abutalıbovun və oliqarxların gül kimi biznesi batdı -Dövlət qazandı

Hacıbala Abutalıbovun və oliqarxların gül kimi biznesi batdı -Dövlət qazandı

Tarix: 28-04-2017, 10:22 Bölmə :Siyasət Baxış: 544
Hacıbala Abutalıbovun və oliqarxların gül kimi biznesi batdı -Dövlət qazandı


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun təşəbbüsü ilə keçirilən Gül bayramı bu il fərqli formatda keçiriləcək. Meriyanın mətbuat xidmətindən yayılan açıqlamada deyilir ki, mayın 10-da Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq.

“Builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçiriləcək. İnsanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malik olacaqlar”, deyə, modern.az-ın BŞİH-ə istinadla yaydığı məlumatda bildirilir. Xatırladaq ki, 2016-cı ildə də Gül bayramı aprel şəhidlərinin 40 mərasiminə düşdüyü üçün prezident İlham Əliyev təmtəraqlı bayramın ləğvi haqda göstəriş vermişdi və tədbir fərqli formatda keçirilmişdi.

Yayılan məlumatda BŞİH-in Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul etdiyi deyilsə də, aydındır ki, bu, Abutalıbovu aşan məsələdir və yenə də əsas söz siyasi hakimiyyət olub. Gül bayramı keçirildiyi günlərdə (adətən 3 gün) minlərlə paytaxt sakini və şəhərin qonaqları dünyanın bir sıra ölkələrindən gətirilmiş gülləri zövqlə seyr edərdi. Amma Azərbaycan iqtisadiyyatı artıq bir neçə ildir ki, neftdən qeyri-neft sektoruna heç də asan olmayan keçid mərhələsini yaşayır. Şübhə yoxdur ki, dövlət büdcəsinə məsul hökumət də Bakıda həm IV İslam Oyunlarının, həm də Formula-1 yarışının başlaması ərəfəsində əlavə məsrəf gətirən tədbirləri gözdən keçirməkdə maraqlı olub.
Məlumatlara görə, Abutalıbov həmişə çox həvəslə hazırladığı tədbirin bu il keçiriləcəyinə ümid edirmiş, hətta bəzi iddialara görə, müəyyən hazırlıqları da başlamaq niyyətində imiş. Amma iqtidardan Abutalıbova tədbirin formatının əvvəlki ildən fərqlənməyəcəyi tapşırığı gəlib.
İqtidarın bu addımı əlbəttə ki, başa düşüləndir və əslində alqışlanmalıdır. Çünki söhbət təkcə bir neçə və ya bir neçə həftə ömrü olan güllərə ayrılan pullara qənaətdən getmir. Sirr deyil ki, tədbirə ayrılan vəsait həm də korrupsioner məmurların “yeminə” çevrilir, hətta “xaricdən alınan güllərin” bir çox sortları Bakının gülçülük istixanalarından gətirilirdi. Bunlar isə dövlət büdcəsinə də külli miqdarda ziyan demək idi...

İddialara görə, təkcə merin yox, eləcə də digər oliqarxların Bakının Kürdəxanı, Maştağa, Buzovna, Mərdəkan və Şüvəlan kəndlərində yüzlərlə istixanaları (“parnik”) var. Bu istixanalarda isə son illər məhz 10 may tədbirinə görə əsasən xaricdən gətirilmiş sort gül və çiçək toxumları yetişdirilirdi.

Aydındır ki, Bakı kəndlərində gül əkib-becərmək ənənəsi olsa da, Azərbaycan bazarında bir neçə gülü çıxmaq şərtilə, xarici güllərə heç zaman ciddi ehtiyac olmayıb. Amma məmurlar hər il əlavə gəlir yeri əldə etmək üçün hətta istixanaların profilini də dəyişib xarici gül-çiçək əkdirirdilər. Bu il isə onların büdcənin pulunu bahalı güllər adı altında mənimsəmək imkanlarının qarşısına yenə sədd çəkildi.
Bakı merinin də gülçülük biznesi olduğu barədə iddialar yeni deyil, ölkə mediasında zaman-zaman bu istiqamətdə xəbərlər yayılıb. Məsələn, bildirilir ki, 2008-ci ilədək güllər xaricdən alınıb, daha sonra isə paytaxt meri özü Bakıda gül istixanaları inşa etdirib, xarici gül sortları yetişdirib. Güllərin ştilləri və toxumları isə əsasən Türkiyə və Hollandiyadan gətirilirmiş. İddia olunurdu ki, parklara əkilən güllərin də əksər sortları məhz bu kimi “parnik”lərdə yetişdirilir və pulla dövlətə baha qiymətə satılır.(musavat.com)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Gül bayramı"na görə Bakıya xaricdən 250 ton gül gətirilib

    "Gül bayramı"na görə Bakıya xaricdən ...

    6-05-2013, 23:45

  • 
  • Prezident Gül bayramında

    Prezident Gül bayramında ...

    10-05-2015, 14:31

  • 
  • Abutalıbovun “Gül bayramı”nda yuduğu milyonlar...

    Abutalıbovun “Gül bayramı”nda yuduğu milyonlar... ...

    17-04-2014, 10:11

  • 
  • Hacıbala Abutalıbovun çıxışı ilə bağlı açıqlama - VİDEO

    Hacıbala Abutalıbovun çıxışı ilə bağlı açıqlama - ...

    27-05-2013, 20:57

  • 
  • Paytaxt sürücülərinin nəzərinə: Bu yollardan getməyin!

    Paytaxt sürücülərinin nəzərinə: Bu yollardan ...

    6-05-2014, 09:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu