GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur”- FUAD ƏLƏSGƏROV - FOTOLAR

“Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur”- FUAD ƏLƏSGƏROV - FOTOLAR

Tarix: 28-04-2017, 14:51 Bölmə :Siyasət Baxış: 643
“Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur”- FUAD ƏLƏSGƏROV - FOTOLAR


Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə aprelin 27-də Bakıda “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə konfrans keçirilib.
“Gündəm Xəbər” bildirir ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvü, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov konfransda çıxış edərək, bu gün Azərbaycanın genişmiqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, multikulturalizm, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən bir məkan olduğunu qeyd edib. Vurğulayıb ki, dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bununla yanaşı, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur.
Prezident İlham Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edildiyini, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyənləşdirildiyini diqqətə çatdıran Fuad Ələsgərov deyib:

“Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur”- FUAD ƏLƏSGƏROV - FOTOLAR


“Bu strategiyanın icrasına uyğun olaraq həyata keçirilən institusional və qanunvericilik islahatları, elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq, ictimai iştirakçılıq prinsipləri və geniş maarifləndirmə tədbirləri antikorrupsiya siyasətimizin uğurlarındandır. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış orqanlar bu sahədə dövlət siyasətinin formalaşmasında, cinayət təqibinin həyata keçirilməsində və preventiv tədbirlərin icrası üzrə sistemli fəaliyyət göstərirlər. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklərə əsasən, korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumat verən şəxslərin dövlət müdafiəsi təmin edilir.
Dövlət xidmətlərinin göstərilməsində korrupsiya hallarını tam istisna edən “ASAN xidmət” modeli beynəlxalq səviyyədə ən yaxşı təcrübə kimi qəbul olunur. Cənab Prezidentin təşəbbüsü ilə yaradılan və Azərbaycan brendi olan “ASAN xidmət” bir sıra dövlətlər tərəfindən öyrənilir və bəzi ölkələrdə artıq tətbiq edilir. Eyni zamanda, “ASAN xidmət” məhz beynəlxalq standartlaşma təşkilatının keyfiyyətli idarəetmə standartları üzrə beynəlxalq sertifikata layiq görülüb”.
F.Ələsgərov qeyd edib ki, korrupsiyaya qarşı mübarizə və Açıq hökumətin təşviqi üzrə 2012-2015-ci illəri əhatə edən Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən yüksək səviyyədə icra olunub. Vətəndaş cəmiyyəti institutlarının apardıqları müstəqil monitorinqlərin nəticələri də milli fəaliyyət planının uğurla icrasını bir daha təsdiqləyib.
“Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə bütün mexanizmlər mövcuddur və bu proses daim inkişafdadır. Bu sahədəki müsbət dinamika beynəlxalq antikorrupsiya reytinqlərində də öz əksini tapıb. Belə ki, beynəlxalq şəffaflıq təşkilatının 2016-cı il qlobal korrupsiya barometri ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərir. Hesabatın nəticələrinə əsasən, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Ölkəmizin göstəricisi bəzi Avropa və postsovet ölkələrinin göstəriciləri ilə müqayisədə daha yaxşıdır.
Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verilir. Belə ki, ölkəmiz BMT, Avropa Şurası, OECD, Beynəlxalq Antikorrupsiya Akademiyası ilə sıx əməkdaşlıq əlaqələri qurub və bu fəaliyyətdə mühüm nailiyyətlər əldə edilib. Ölkəmiz Avropa Şurasının korrupsiyaya qarşı dövlətlər qrupunun GRECO və OECD Antikorrupsiya Şəbəkəsinin 3-cü qiymətləndirmə raundunu uğurla keçib.

Korrupsiyaya qarşı mübarizə və Açıq hökumət prinsiplərinin genişlənməsi, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə Açıq Hökumətin Təşviqinə dair 2016-2018-ci illəri əhatə edən növbəti Milli Fəaliyyət Planı qəbul edilib. Eyni zamanda, Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli Fərmanı ilə hasilat sahəsində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə Hasilat sənayesində şəffaflıq üzrə Komissiya yaradılıb. Hesab edirəm ki, biz bu şəffaflığa sadiq qalacağıq”- deyə, Prezident Administrasiyasının rəsmisi vurğulayıb.
Korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq səylərin güclənməsinə xidmət edən bu konfransın antikorrupsiya standartlarının dövlət və özəl qurumlarında tətbiqinin genişlənməsinə ciddi töhfə olacağına əminliyini bildirən F. Ələsgərov deyib:
“Ümumilikdə korrupsiyaya qarşı mübarizəyə dair qəbul edilmiş fəaliyyət planlarının effektiv icrası, “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti, bu sahədə hüquq-mühafizə orqanlarının səmərəli işi və beynəlxalq təşəbbüslərdə aktiv iştirakı nailiyyətlərimizi şərtləndirən əsas amillərdəndir”.
Sonra çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı olaraq həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə edib. Bu strategiyanın ayrılmaz hissəsi olan Açıq hökumət prinsipləri, həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə olunmasında açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutub. Ölkəmiz Açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə öz töhfəsini verib və “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olub.
Ötən ilin ölkəmiz üçün genişmiqyaslı iqtisadi islahatlar ili olduğunu deyən R.Həsənov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində Azərbaycan 2016-cı ildə Dünya İqtisadi Forumunun rəqabətqabiliyyəti indeksinə əsasən 2015-ci ilin nəticələri ilə müqayisədə üç pillə irəliləyərək 138 ölkə arasında 37-ci yerə, “Doing Business-2017” hesabatında isə “Biznesə başlama” meyarı üzrə 190 ölkə arasında 5-ci yerə layiq görülüb.
Korrupsiyaya qarşı idarəetmə sistemləri üzrə standart (BS10500:2011) barədə danışan SMPDK sədri bildirib ki, ilk dəfə bu sənəd 2011-ci ildə standartın yaradıcısı Britaniya Standartlar İnstitutu (BSİ) tərəfindən qeydiyyata alınıb. Hazırda həmin standartın əsasında Beynəlxalq Standart (İSO 37001) hazırlanıb və 2016-cı ildə beynəlxalq səviyyədə təsdiqlənib. Bu, BSİ, Dünya Bankı və digər iqtisadi institutlar ilə birgə aparılmış araşdırmaların nəticəsidir. Müəyyən olunub ki, dünya üzrə biznes iştirakçılarının 50 faizi öz fəaliyyətini qorumaq və digər məqsədlər üçün 1 trilyon dollara yaxın korrupsiyayönümlü ödəmələr ediblər və bu, iqtisadiyyatın inkişafının ləngiməsinə əhəmiyyətli dərəcədə təsir göstərib.
R.Həsənov standartın əsas məqsədini açıqlayaraq deyib: “Hər bir ölkənin korrupsiya əleyhinə apardığı qanunvericilik siyasəti ilə yanaşı, dövlət və qeyri-dövlət qurumlarının ölçüsü, fəaliyyət sahəsi və inkişaf səviyyəsindən asılı olmayaraq tətbiq ediləcək tədbirlər toplusu və müvafiq təlimatlar vasitəsilə qurumun korrupsiyaya qarşı mübarizə potensialını artırmaqdan, korrupsiya hallarının aşkarlanması, aradan qaldırılması və qarşısının alınması üzrə tədbirlər planını hazırlamaqdan idarətdir. Qeyd olunan standartın tətbiqi və bu standart üzrə sertifikatlaşdırılma təşkilatda korrupsiyaya qarşı mübarizə sisteminin təşkili, tətbiqi, daim tənzimlənməsi, vaxtaşırı yenidən baxılması və təkmilləşdirilməsini həyata keçirir. Standartın tətbiqi zamanı təşkilatda mövcud ola biləcək korrupsiya riskləri araşdırılır, onların qiymətləndirilməsi aparılır və bu qiymətləndirmə əsasında qabaqlayıcı tədbirlərin görülməsi üzrə prosedur qaydalar sistemi qurulur. Bu da öz növbəsində Korrupsiyaya qarşı İdarəetmə Sisteminin qurulması vasitəsilə təşkilatda antikorrupsiya siyasətinin formalaşmasına, düzgün funksiya, vəzifə və səlahiyyət bölgüsünün aparılmasına zəmin yaradır. Bu standart artıq Oksford Universiteti, London şəhər polisi, Britaniya Dövlət Maliyyə İdarəsi, BP şirkəti, İtaliyanın ENİ şirkəti və digər təşkilatlar tərəfindən tətbiq edilib”.
Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxışında bildirib ki, korrupsiyaya qarşı mübarizə ölkəmizdə aparılan dövlət siyasətinin tərkib hissələrindən biridir. Bu siyasət bir neçə prinsip üzərində qurulub. Həmin prinsiplərin ən vaciblərindən biri səmərəli antikorrupsiya qanunvericiliyi və dövlət idarəçiliyində şəffaflığın təmin edilməsidir. Son zamanlar bu sahədə bir sıra mühüm addımlar atılıb. “Korrupsiyaya qarşı mübarizə siyasətinin ən mühüm fəlsəfəsindən biri də ondan ibarətdir ki, qabaqlayıcı və cinayət təqibi tədbirlərinin birgə vəhdətini bu mübarizənin səmərəsi üçün ən mühüm amillərdən biri kimi görürük. Odur ki, bu prinsipə daim əməl etməyə çalışırıq. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyətində həm qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təmin edir, həm də cinayət təqibi tədbirlərini həyata keçirir. Bu uğurlu antikorrupsiya siyasəti nəticəsində Azərbaycan bir sıra mühüm beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Həmin qurumların hesabatlarında da Azərbaycanın göstəriciləri ildən-ilə yaxşılaşır. İxtisaslaşdırılmış işçi qrup olan Avropa Şurasının korrupsiyaya qarşı mübarizə dövlətlər qrupu GRECO və iqtisadi inkişafın əməkdaşlıq təşkilatı antikorrupsiya şəbəkəsində Azərbaycan üzrə hər bir qurumda dörd hesabat qəbul edilib. Bütün hesabatlar da digər ölkələrdən fərqli olaraq, ancaq müsbət uyğunluq hesabatları olub. Gələcəkdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində daha uğurlu siyasətin həyata keçirilməsi, vətəndaşların maarifləndirilməsi, müxtəlif dövlət təşkilatalarında və özəl sektorlarda çalışan dövlət qulluqçularının korrupsiyaya qarşı mübarizənin qanunlarının tələblərinə gündəlik fəaliyyətlərində əməl etməsi üçün bu tədbirin əhəmiyyəti böyükdür, – deyə Kamran Əliyev vurğulayıb.
Sonra çıxış edən BSİ-nin MDB və Baltikyanı ölkələr üzrə baş direktoru Dmitri Yartsev bildirib ki, Azərbaycan qlobal məkanda beynəlxalq təcrübəni ən yaxşı mənimsəyən ölkələrdəndir. Azərbaycanda Avropanın ən qabaqcıl standartlarının uğurla tətbiq edildiyini deyən qonaq “Antikorrupsiya idarəetmə sistemi” standartının tətbiqi üzrə uğurlar əldə olunacağına əminliyini ifadə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, 5 ildir fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formul kimi çıxış edir: “ASAN xidmət”də “vətəndaş həmişə haqlıdır” prinsipi əsas meyar kimi götürülür və “ASAN xidmət” modeli dünyada Azərbaycan brendi kimi tanınır. Artıq bu model bir neçə ölkədə tətbiq olunmağa başlayıb”. İnam Kərimovun sözlərinə görə, antikorrupsiya idarəetmə sistemi üzrə beynəlxalq standartların rəhbərlik etdiyi qurumda tətbiqi istiqamətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq ediləcək.
Beynəlxalq standartın hazırlanmasına rəhbərlik edən İSO-nun müvafiq komitəsinin katibi, standartın müəllifi Maykl Heniqan Azərbaycanda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin uğurla həyata keçirildiyindən xəbərdar olduğunu deyib. Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq standartın tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini deyən standartın müəllifi tədbirin konfrans iştirakçıları üçün uğurlu olacağına əminliyini ifadə edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində tədbir keçirib

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə ...

    18-05-2016, 19:25

  • 
  • Fuad Ələsgərovdan  məhkəmə sistemində korrupsiya etirafı

    Fuad Ələsgərovdan məhkəmə sistemində korrupsiya ...

    13-02-2013, 10:20

  • 
  • Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq  davam etdirilir

    Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq ...

    1-06-2016, 00:05

  • 
  • Azərbaycan Respublikasının Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) Assambleyasında rəhbərliyi uğurla davam etdirilir

    Azərbaycan Respublikasının Beynəlxalq ...

    11-09-2015, 16:06

  • 
  • “ASAN Visa” xidməti noyabrda işə başlayacaq- FUAD ƏLƏSGƏROV

    “ASAN Visa” xidməti noyabrda işə başlayacaq- FUAD ...

    12-10-2016, 21:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (337)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu