“Biz Heydər Əliyev haqqında danışarkən, qürur hissi duyuruq. Azərbaycan xalqı çox xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib”- bunu CNNBaku-ya açıqlamasında tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli deyib. O, bildirib ki, Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsidə Azərbaycan adlı dövlətin mövcudluğu mümükün sual altında olacaqdı.
“Heydər Əliyev dahi insan idi. O, elə bir lider idi ki, bütün ömrünü xalqına xidmətə həsr etmişdi. Ulu öndərimiz dövlət, xalq yolunda canını qoydu. O, Azərbaycanı dünya xəritəsindən silinməkdən, keçmişdə olduğu kimi, xanlıqlara bölünməkdən, bütövlükdə məhv olmaqdan qurtardı. İndi dünyanın harasında olursa- olsun Heydər Əliyev deyiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev şəxsiyyəti gözlər önünə gəlir”
Sorğu
Yeni dizaynımız necədir?