Dahi öndər Heydər Əliyevin ən sevdiyi mahnı “Məhəbbət olmayanda” məhz onun ifasında səslənmişdi.
Əməkdar artist, sevilən aktrisa Sənubər İsgəndərli bu barədə danışıb: “Heydər Əliyevlə bağlı o qədər xatirələrim var ki... Onu deyim ki, Heydər Əliyev Bakıya gələndə içimdə bir hiss var idi ki, hər şey yaxşı olacaq. Şükür Allaha, hər şey elə də oldu. Bu gün aktyorlarımızdan hansına müraciət etsəniz, hər biri dahi öndərdən razılıq edəcəklər. Hal-hazırda televiziyada oturub baxıram, “Hamlet” tamaşasına gəldiyi anları göstərirdilər. Gözlərim doldu. Bir insan nə qədər hər şeyi dərindən bilirdi. Hər şeyə o qədər dəqiq qiymət verirdi ki ... Mənim oynadığım üç tamaşada Heydər Əliyev iştirak edib. Deməli, Nəbi Xəzrinin “Burla xatun”, Şeksprin “Hamlet”, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşaları izləyib. Hər üç dəfə də səhnə arxasında görüşümüz olub, hər aktyora o qədər qayğı və diqqət göstərirdi ki, ona heyran olmamaq mümkün deyildi. O vaxtlar mənim mahnı oxuduğum illərdə ifamda “Məhəbbət olmayaydı” mahnısı ən bəyəndiyi mahnı idi. Bunu mənə deyəndə necə qürur hissi keçirtdim. Heyif, biz bu cür siyasi xadimimizi itirdik. Amma həyatdır... Həyat davam edir. Bundan da sonra gözəl günlərimiz olacaq. Heydər Əliyev təməli elə qoyub ki, yolumuza işığı elə salıb ki, İlham Əliyev cənabları da bu gün o yolu layiqli davam etdirir”.
ATVxəbər.az aktrisanın Heydər Əliyevlə olan fotosunu və dahi öndərin ən sevdiyi mahnını da sizə təqdim edir:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?