Keçmiş MTN-in keçmiş zabitlərinin məhkəmə prosesində maraqlı hadisələr baş verir və deyəsən hazırda MTN-çilər psixoloji üstünlüyü ələ almağa çalışırlar. Belə ki, hansısa səbəbdən məhkəmə prosesində bir neçə agentin adı çəkildi. Sözsüz ki, bu məsələyə fərqli yanaşmalar oldu. Belə olay hələ 1991-ci ildə də olmuşdu. AXC MTN-in agentura şəbəkəsinin ifşa olunmasını tələb edirdi. Amma hakimiyyətə gələndən sonra buna risk edilmədi və AXC hakimiyyətinin daxilində bu məsələyə ikili baxış yarandı. Bu gün eyni proses gedir və prosesin istiqamətini deyəsən dəmir barmaqlıqlar arxasından Akif Çovdarov dəyişməyə çalışır. Belə ki, o məhkəmədə çıxış edərək , əslində agentura şəbəkəsinə və indinin özündə də MTN-çilərdən qorxan məmurlara mesaj göndərdi:” Bəs mən ad çəksəm necə olacaq? Mən danışsam vətəndaş müharibəsi, ölkədə qarışıqlıq olar. Hazırda yüksək vəzifə tutan məmurlarla bağlı açıqlama verilsə necə olacaq?”. Həqiqətən də necə olacaq? . Bu sualın cavabından öncə Akif Çovdarovun açıqlamasına diqqətlə yanaşmaq lazımdır. O, dəmir barmaqlıqlar arxasından məmurlara siqnal göndərir ki, onlarla bağlı lazımi kompromatlara malikdirlər və yeri gələrsə hansısa yolla bunlar ortaya çıxa bilər. Deməli həmən məmurlar ya neytrallıqlarını saxlamalı, ya da lazım olarsa göndərilən sifarişləri yerinə yetirməlidirlər. Açıqlamasında “vətəndaş müharibəsi olar”- ifadəsi də diqqəti cəlb edir. O, göstərir ki, həbsdə olsalar da kifayət qədər gücə sahibdirlər və hazırda hələ ki, özləri bunu etmir. Beləliklə verilən açıqlamalar göstərir ki, MTN-çilər naqdaun vəziyyətindən çıxmaq üzrədilər və öz təsir imkanlarını artırmaq üzrədirlər. Yəqin bunun hansısa formada təsirlərini görəcəyik.Bunu da unutmayaq ki, Eldar Mahmudov azadlıqdadır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?