GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “AKULALAR” Vergilər Nazirliyini tərk edir - İstefa ərizəsi yazanların sayı 800 nəfərə çatıb!

“AKULALAR” Vergilər Nazirliyini tərk edir - İstefa ərizəsi yazanların sayı 800 nəfərə çatıb!

Tarix: 22-06-2017, 12:48 Bölmə :Siyasət Baxış: 532
 “AKULALAR” Vergilər Nazirliyini tərk edir - İstefa ərizəsi yazanların sayı 800 nəfərə çatıb!


Təcrübəli işçilərin kütləvı şəkildə nazirlikdən getməsinin səbəbi nədir?

Son aylar vergi orqanında təcrübəli kadrların öz ərizələrilə işdən ayrılması prosesi kütləvi hal alıb.
Nazirliyə yaxın mənbələrdən daxil olan məlumatda deyilir ki, artıq 300 nəfərdən çox əməkdaş öz ərizəsilə işdən azad olunub, təqribən 500 nəfərin ərizəsinə isə baxılır. Onlara deyilib ki, proses kütləvi görünməsin deyə, həmin əməkdaşlar hissə-hissə işdən azad olunacaqlar. Ancaq istənilən halda, bu müddət iyulun 1-dək başa çatmalıdır.
Üst-üstə 800 nəfərədək təcrübəli mütəxəssisin nazirlikdən getməsinin səbəbləri isə əsasən maddi təminatla bağlıdır. Mənbə bildirir ki, uzun illər “paket sisteminə” öyrəşən kiçik və orta ranqlı vergi məmurlarının əksəriyyətinin aylıq gəliri 3-5 min manatdan başlayaraq, hətta 10 minlərlə manata qədər çatırdı. Lakin son zamanlar məlum səbəblərdən paketlər “balacalaşıb” və bir çox departamentlərdə ümumiyyətlə ləğv edilib. İndi bu əməkdaşların əksəriyyətinin əmək haqqı 1000 manat civarındadır. Belə “qəpik-quruşa” öyrəşməyən təcrübəli vergiyığanlar isə səhərdən axşama qədər “müftə” işləmək həvəsində deyillər.
Digər tərəfdən, nisbətən yaşlı və təcrübəli kadrların kütləvi şəkildə nazirlikdən getməsinin səbəbi yeni pensiya qanunudur. Artıq iyulun 1-dən qüvvəyə minəcək yeni qanuna görə, onlar yalnız 25 il staja malik olandan sonra pensiyaya çıxa biləcəklər. Hansı ki, köhnə qanunda bu müddət 15 ildir və pensiya məbləği əmək haqqının 80 faizi olaraq hesablanır. Bu isə kifayət qədər yüksək pensiya təminatı və “qulaq dincliyi” deməkdir… Belə ki, artıq 15 il staj toplamış və kifayət qədər təmin olunmuş vergi əməkdaşının pensiyası ilə rəsmi maaşı arsında 150-200 manat fərq olur ki, əksəriyyətinin öz biznesi, obyektləri və digər gəlirləri olan bu şəxslər üçün də həmin məbləğ heç bir əhəmiyyət kəsb etmir. Nəzərə alsaq ki, Azərbaycanda pensiya qanunu tez-tez dəyişir və bu dəyişikliklər heç zaman pensiyaçıların marağına xidmət etmir, onda vaxtında ərizə yazıb işdən getməkdən yaxşı variant qalmır.
Təəssüf ki, bir çox hallarda sahibkarların qəniminə çevrilən və bəzilərinin “akula” adlandırdıqları təcrübəli işçilərin nazirlikdən getməsi ciddi kadr probleminə səbəb olmaqdadır. Kifayət qədər geniş biliklər və təcrübə tələb edən bu sahəyə gənclərin gəlməsi şəffaflıq baxımından müsbət hal kimi görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, onların savadlı və bacarıqlı kadra çevrilməsi illər tələb edir. Bu isə nazirliyin işində axsamalara və boşluqlara səbəb olur.
Digər tərəfdən, heç kəs təminat verə bilməz ki, yeni gələnlər də yaxın müddətdə öz sələflərinin mənfi xüsusiyyətlərinə yiyələnməyəcəklər və nazirlikdəki ab-hava, orada yüksək vəzifələr tutanların fantastik maddi imkanları gəncləri də nə yolla olursa-olsun varlanmaq həvəsinə salmayacaq…

Və sahibkarlar yenə yağışdan çıxıb, yağmura düşməyəcək!

AzPolitika.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ATV-də kütləvi etiraz: bir qrup əməkdaş işdən çıxdı

    ATV-də kütləvi etiraz: bir qrup əməkdaş işdən ...

    10-09-2014, 13:32

  • 
  • ANS-də kütləvi işdən çıxarılmalar

    ANS-də kütləvi işdən çıxarılmalar ...

    14-01-2014, 13:36

  • 
  • General əmr verdi, xidmətdə kütləvi işdən çıxarılma - SİYAHI

    General əmr verdi, xidmətdə kütləvi işdən ...

    24-11-2014, 21:53

  • 
  • Qubada bir çox idarə müdrləri işdən azad olundu

    Qubada bir çox idarə müdrləri işdən azad olundu ...

    5-02-2014, 14:02

  • 
  • İTV-dən kütləvi istefalar

    İTV-dən kütləvi istefalar ...

    2-12-2013, 12:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu