GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycana Rusiyadan gələn 42 eşalon silah: “Tank qatilləri” və digərləri...

Azərbaycana Rusiyadan gələn 42 eşalon silah: “Tank qatilləri” və digərləri...

Tarix: 25-06-2017, 17:14 Bölmə :Siyasət Baxış: 471
Azərbaycana Rusiyadan gələn 42 eşalon silah: “Tank qatilləri” və digərləri...


Xəbər verildiyi kimi, ötən gün Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan Bakıya gətirilən növbəti iri silah partiyası barədə məlumat və görüntülər yayıb. Bu görüntülərə əsasən Bakı limanına yan alan “Bəstəkar Raxmaninov” quru yük gəmisindən çoxsaylı hərbi texnika və sursat boşaldılır. Hərçənd Müdafiə Nazirliyi gətirilən silahların adları və təyinatı barədə məlumat yaymayıb.

Bununla belə, hərbi qaynaqlardan virtualaz.org-a məlum olub ki, nazirliyin yaydığı görüntülərdə əks olunanlar gətirilən silahların hamısı deyil. Belə ki, Rusiya ilə əvvəldən bağlanmış müqavilələr əsasında təkcə dünən Bakıya 42 eşalon silah-texnika gətirilib.

Kadrlardan görünür ki, gəmidən boşaldılanlar “Xrizantema-S” tank əleyhinə raket kompleksləri, habelə bu komplekslərdən ibarət batareyanın idarəolunması üçün 9P157-4 komanda-qərargah maşını, çox güman ki, “Xrizantema” raketlərinin qablaşdırıldığı konteynerlərdir. Lakin bunlar gətirilən silahların ancaq bir hissəsidir. Qalanların nədən ibarət olduğu açıqlanmır. Ötən ay isə Rusiyadan Azərbaycana BTR-82A zirehli transportyorlarının böyük partiyası da daxil olmaqla çoxsaylı texnika gətirilmişdi.

Beləliklə, Müdafiə Nazirliyinin yaydığı qısa görüntülər Ermənistanda Azərbaycanın durmadan artan hərbi gücü ilə bağlı təşvişi daha da artırmaq üçün kifayət etməlidir. Çünki “Xrizantema-S” tank əleyhinə raket kompleksi Rusiyadan başqa cəmi bir-iki ölkənin silahlanmasında mövcud idi, Ermənistanda isə belə komplekslər yoxdur

Rusiya hərbi nəşrlərinin məlumatlarına əsasən “Xrizantema-S” çoxməqsədli raket kompleksi ilk dəfə 1996-cı ildə nümayiş etdirilib. (Azərbaycana gətirilənlər isə yayılan kadrlara əsasən bu kompleksin ən müasir versiyasıdır).

Bu, sutkanın istənilən vaxtında istənilən hava şəraitində hədəfi aşkar edib məhv etməyə qadir olan heybətli silahdır. Onun özəlliyi təchiz olunduğu “Xrizantema-S” raketinin dəhşətli zərbə gücündədir. Bu raketin zərbəsi qarşısında heç bir, o cümlədən ən müasir tank zirehi dayanmaq gücündə deyil.

Təbii ki, raket kompleksinin hədəfi təkcə tanklar olmaya bilər, bu hədəflərə həm də yüngül zirehli texnikadan tutmuş istənilən başqa hərəkətli və hərəkətsiz obyektlər, o cümlədən möhkəmləndirilmiş atəş nöqtələri daxildir. Lakin “Xrizantema” raketlərindən heç bir tankın yayına bilməyəcəyini nəzərə alan hərbi ekspertlər bu kompleksə “tank qatili” adını veriblər.

“Xrizantema-S” kompleksi BMP-3 piyada döyüş maşınının bazasında yığılıb, nəticədə raket kompleksi mürəkkəb relyefə malik ərazilərdə saatda 45 kilometr sürətlə hərəkət edə bilər. Şosse yolda isə saatda 70 kilometr sürət yığır, dolu yanacaq çənləri ilə 600 kilometr yürüş məsafəsinə malikdir.

Hərbçilər deyirlər ki, “Xrizantema-S” döyüş mövqeyini cəmi 20 saniyədə alır: bunun üçün maşının dayanması və daim döyüşə hazır olan iki “Xrizantema” raketinin hədəfə buraxılması kifayətdir. Üstəlik iki raketi eyni vaxtda buraxıla və müxtəlif məsafələrdən iki müxtəlif hədəfi vura bilər. Bu da kompleksi populyarlaşdıran daha bir özəlliyidir.

Digər tərəfdən “Xrizantema-S” kompleksi hədəfi operatorun onu görüb-görməməsindən asılı olaraq məhv edə bilər. Özü də istənilən hava şəraitində, qatı dumana, qaranlığa baxmayaraq.

Kompleks buna unikal radiolokasiya sistemi sayəsində nail olur. Radiolokasiya sistemi hədəfi aşkar edir və avtomatik rejimdə raketə komanda verir, bu zaman hədəf yüz faiz məhv olunmuş hesab edilə bilər. Bildirilir ki, dünyada başqa heç bir bu cür texnika nümunəsi analoji sistemə malik deyil.

Mütəxəssislər təsdiq edir ki, üç “Xrizantema-S” kompleksi düşmənin böyük sayda qüvvəsinin qarşısını sanballı məsafədən almağa qadirdir. Bu komplekslər döyüşə başlayaraq düşmənin hücum edən tank rotasınının hücumunu poza, cəmi bir neçə saniyədə rotanın tanklarının yarısından çoxunu məhv edə bilər. Və bütün bunlar düşmənin özünə gəlib cavab tədbirinə əl atmasına qədər baş verəcək. “Xrizantema-S” 400 metrdən 6 min metrə qədər hədəfləri vura bilir. Raketlərinin ağırlığı 54 kiloqramdır, kumulyativ döyüş başlığının çəkisi 8 kiloqramdır. Raket bərk yanacaqla işləyir.

Qeyd etmək lazımdır ki, Azərbaycan tank əleyhinə dünyada ən mükəmməl silah sistemlərindən sayılan və İsrailin “Rafael” şirkətinin istehsalı olan “Spike” raketlərinin bir neçə modifikasiyasına da malikdir. Hansı ki, bunları artıq Qarabağda ötən ilin aprelində (o cümlədən bir neçə həftə əvvəl) uğurla tətbiq edib. Erməni zabitlərinin sonradan etiraf etdikləri kimi “Qarabağ ordusunun” köhnə T-72 tankları “Spike”ların qarşısında aciz idi və nəticədə düşmənin tankların dəstəyi ilə itirilmiş mövqeləri geri qaytarmağa hesablanmış əks-hücumu iflasa uğramışdı.

O zaman sual yarana bilər ki, Azərbaycan nədən İsraildən “Spike” raketlərini almaqla kifayətlənməyib və Rusiyanın “Xrizantema-S” komplekslərinin də böyük partiyasını əldə edib?

Belə görünür ki, bu sualın cavabını “Xrizantema-S” komplekslərinin təchiz olunduğu raketlərin böyük dağıdıcı gücündə və həmin komplekslərin daha çox müdafiə xarakterli döyüşlərdə yüksək effektivlik nümayiş etdirməsində axtarmaq lazımdır. Çünki “Xrizantema-S” hədəfə hərəkətdə olarkən deyil, döyüş mövqeyi seçərək atəş açır. Habelə kompleksin nisbətən yüngül zireh müdafiəsinə malik olması onun hücum edən qoşunların ön sıralarında tətbiqi məqsədəuyğun deyil.

Ərazilərin işğaldan azad edilməsinə yönəlmiş mümkün hərbi əməliyyatlar zamanı müəyyən istiqamətlərdən hücumla yanaşı silahlı qüvvələr digər istiqamətlərdə taktiki manevr edə və müdafiə mövqeyi seçə bilər. Bu zaman “Xrizantema-S” kompleksləri düşmənin əks-həmləsinin qarşısını almaq üçün effektiv vasitə olardı.

İstənilən halda bu komplekslərin böyük partiyasını əldə etməklə Azərbaycan özünün tank əleyhinə silahlanmasını daha da gücləndirmiş oldu ki, bu, Ermənistan üçün hazırda əlçatmaz səviyyədir. Nəzərə alanda ki, Ermənistanın tank arsenalı köhnəlmiş, ötən əsrin 80-ci illərinə aid T-72 tanklarından ibarətdir, o zaman düşmən bəribaşdan arxayın ola bilər ki, mümkün hərbi əməliyyatlar zamanı onun tankları “metallom”dan başqa heç nəyə yaramayacaq./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyadan Azərbaycana silah satışı bərpa olundu

    Rusiyadan Azərbaycana silah satışı bərpa olundu ...

    10-07-2013, 15:31

  • 
  • Rusiyadan ölkəmizə müasir silah və hərbi texnika gətirildi - FOTO

    Rusiyadan ölkəmizə müasir silah və hərbi texnika ...

    27-04-2017, 10:30

  • 
  • Ermənistan Rusiyadan silah almağa başladığını təsdiqlədi

    Ermənistan Rusiyadan silah almağa başladığını ...

    4-05-2016, 11:28

  • 
  • General Rövşən Əkbərov: “Azərbaycanda silah-sursat, texnika və əsgərlərin hazırlığı yüksək səviyyədədir”

    General Rövşən Əkbərov: “Azərbaycanda ...

    27-10-2015, 19:54

  • 
  • Rusiya Azərbaycanla sərhəd ərazilərdə yeni hərbi texnikalar toplayır

    Rusiya Azərbaycanla sərhəd ərazilərdə yeni hərbi ...

    8-10-2013, 15:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu