"Mövcud kredit razılaşması əsasında Rusiya Federasiyasından Ermənistana silah göndərilməsi prosesi artıq başlayıb".
gundemxeber.az APA-ya istinadən bildirir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan deyib. O, dövlət maraqları ilə bağlı olduğu üçün silahların çatdırılma müddəti və təchizat məsələləri ilə əlaqədar açıqlama verməyib. Bununla yanaşı, A. Ovannisyan qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin yeni silahlarla təchizatı təkcə Rusiya kreditləri hesabına deyil: "Kredit barədə söhbət getməyəndə də biz planlı rejimdə Ermənistan ordusunun silah təchizatının yenilənəcəyi barədə bildirmişdik. Kredit olmadan da böyük partiya silah almışıq".
A. Ovannisyanın sözlərinə görə, Rusiya Federasiyası ilə olan kredit razılaşmasına əsasən təkcə silah-sursat deyil, həm də operativ-kəşfiyyat xarakterli cihazlar alınır. Onun fikrincə, Rusiyanın ən yaxşı hərbi texnikası 80-ci illərdə buraxılan texnikadır.
Xatırladaq ki, Rusiya Federasiyası Ermənistana silah-sursat və hərbi texnika almaq üçün 200 milyon dollar kredit ayırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?