GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Tehranın Qarabağa görə İsrail təlaşı, Şuşada qazıntı aparan İran mütəxəssisləri...

Tehranın Qarabağa görə İsrail təlaşı, Şuşada qazıntı aparan İran mütəxəssisləri...

Tarix: 29-06-2017, 10:31 Bölmə :Siyasət Baxış: 494
Tehranın Qarabağa görə İsrail təlaşı, Şuşada qazıntı aparan İran mütəxəssisləri...

“İran İsrailin Qarabağ konfliktinin nizamlanmasında hər hansı şəkildə iştirakının qəti əleyhinədir”.

Bu barədə İran parlamentinin spikeri Əli Laricani bildirib. Onun sözlərinə görə, Təl-Əvivin Qarabağ münaqişəsinin həllində iştirakı neqativ nəticələr doğuracaq.
İran parlamentinin sədri bu sözləri Seulda, Avrasiya ölkələri parlament spikerlərinin hər il keçirilən toplantısı çərçivəsində Ermənistan parlamentinin spikeri Ara Babloyanla görüşdə söyləyib. Laricani Dağlıq Qarabağ mövzusunda onu da bildirib ki, Azərbaycanla Ermənistan arasında problem xaricdən müdaxilə olmadan yoluna qoyulmalıdır. O, həmçinin, İranın energetika, tranzit və nəqliyyat sahələrində Ermənistanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu da bəyan edib.

Cənab Ə.Laricani digər İran rəsmiləri kimi, bu qəbildən fikir və açıqlamalarda əlbəttə ki, axıradək səmimi deyil. Ondan başlayaq ki, Dağlıq Qarabağ ixtilafının bu günədək həll olunmamış qalmasının əsas səbəbi məhz xarici müdaxilə ilə bağlıdır. Özü də söhbət təkcə Rusiyadan yox, eyni zamanda işğalçı Ermənistanı daim Azərbaycana qarşı ayaqda saxlamağa çalışan cənub qonşumuz İrandan gedir.

Gerçək belədir ki, qardaş Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və həqiqi mənada müsəlman həmrəyliyini əziz tutan digər islam dövlətlərinin heç biri Ermənistanla siyasi-diplomatik, iqtisadi əlaqələr qurmadığı halda, müsəlman qonşumuz İran illərdir təcavüzkara qucaq açır. Məhz bu fakt daha çox diqqət çəkməyə və narahatlıq doğurmaya bilməz, nəinki İsrailin münaqişənin həllində virtual və mifik iştirakı.

Hərçənd, İsrailin Dağlıq Qarabağ konfliktində iştirakı olsa-olsa, Azərbaycanın hərbi gücünü artırmağa və ordusuna köməkdən başqa bir şey deyil. İran isə əksinə, müsəlman qardaşlığı əleyhinə işğalçı Ermənistanı on illərdir gücləndirməklə məşğuldur. İlk baxışda paradoksdur, deyilmi?

Yeri gəlmişkən, Türkiyə, Pakistan bir yana, hətta heç İsrailin də prezidenti, baş naziri və ya başqa yüksək çinli rəsmi şəxsi indiyədək Ermənistana səfər eləməyib. İran prezidenti Həsən Ruhani isə ötən ilin dekabrında İrəvana nümayişkaranə şəkildə səfərə gedib, iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılması yönündə təşəbbüslər göstərib. Ermənistan rəsmiləri isə İranı “su yolu”na döndəriblər.

Halbuki, çoxdan bu da daşlamış bir həqiqətdir ki, İran da Türkiyə, Pakistan, digər müsəlman dövlətləri kimi Ermənistanla işğalçı kimi davransaydı, öz sərhədlərini müsəlman torpaqlarını işğal edən təcavüzkara qarşı qapalı saxlasaydı, Qarabağ münaqişəsi bunca uzanmazdı. Tehran isə nəinki Ermənistanla, belə görünür ki, Dağlıq Qarabağdakı separatçı rejimlə də əlaqələri davam etdirir. Bu da təzə fakt.

Musavat.com-un novostink.ru erməni qaynağına istinadən verdiyi məlumata görə, işğal altındakı Şuşada qədim “Gövhər Ağa” məscidi ərazisində “rekonstruksiya” (“yenidən bərpa”) adı altında iranlı mütəxəssislərin birgə iştirakı ilə qanunsuz işlər bu gün də davam etdirilir. 2018-ci ilədək davam etdirilməsi nəzərdə tutulan bu qanunsuz fəaliyyət nəticəsində guya məscid yenidən qurulacaq.

“Hazırda məscid ərazisində inşa işlərinə başlanıb. Buna qədər isə geoloji və geodezik tədqiqatlar başa çatıb, arxeoloji qazıntılar həyata keçirilib, layihə işləri yekunlaşıb”, - deyə proqramın rəhbəri Suren Əmirnekyan deyib. Onun sözlərinə görə, “yenidənqurma” işlərinə İranın “Part Sarman Jahan” şirkəti və İrandan olan mütəxəssislər də cəlb olunub.

Bu arada ötən ay rusiyalı qatı millətçi və antitürkçü Eduard Limonovun Qarabağa qanunsuz səfərdən sonra yazdığı təəssüratlarda işğal altındakı Azərbaycan ərazilərində İran TIR-larının şütüdüyünü qeyd eləməsini də yada salmaq yerinə düşər. Hərgah, İranın Ali dini liderinin ofisindən bu yaxınlarda bir daha bəyan edildi ki, “Dağlıq Qarabağ müsəlman torpağıdır və oradakı rejimlə hər hansı əlaqə qurmaq günah və cinayətdir”.

İndi biz nəyə inanaq, quru sözlərə və bəyanatlara, yoxsa əmələ? Görəsən, Qarabağdakı separatçı rejimlə qanunsuz işbirliyində olan İran şirkəti və iranlı mütəxəssislər cəzalanacaqmı?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran parlamenti spikerini seçdi

    İran parlamenti spikerini seçdi ...

    25-05-2014, 13:06

  • 
  • İrandan ard-arda Türkiyə - Açıqlaması

    İrandan ard-arda Türkiyə - Açıqlaması ...

    7-12-2016, 00:05

  • 
  • İran Dağlıq Qarabağ müsəlmanlarına kömək etməyə hazırdır

    İran Dağlıq Qarabağ müsəlmanlarına kömək etməyə ...

    28-06-2013, 12:58

  • 
  • "İstənilən dövlətin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv rolu alqışlanır"

    "İstənilən dövlətin Dağlıq Qarabağ ...

    7-07-2016, 19:38

  • 
  • Ermənistandan Türkiyəyə Qarabağ xəbərdarlığı

    Ermənistandan Türkiyəyə Qarabağ xəbərdarlığı ...

    18-07-2013, 02:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu