GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistanda post-aprel sindromu - İşğalçı öz ordusuna çağırışçı tapmır

Ermənistanda post-aprel sindromu - İşğalçı öz ordusuna çağırışçı tapmır

Tarix: 4-07-2017, 10:01 Bölmə :Siyasət Baxış: 424
Ermənistanda post-aprel sindromu - İşğalçı öz ordusuna çağırışçı tapmır


Erməni gəncləri Qarabağa görə ölmək istəmir - ilginc gəlişmə; Düşmən ölkədə bir mini-ordunun əsgərlərinin sayı qədər çağırışçı gənc axtarışdadır - 10 741; sadə erməni ailələri daha kriminal Sərkisyan rejiminin “ət maşını”na “material” vermək istəmir, çünki...


Azərbaycanın Rusiyadan növbəti partiya müasir silah-sursat və hərbi texnika alması işğalçı Ermənistanda hələ də müzakirə mövzusudur. Düşmən ölkə xüsusən də ötən ilin aprelində Qarabağdakı hərbi uğursuzluqdan sonra Bakı ilə Moskva arasında silah ticarətinə böyük həssaslıq və həyəcanla yanaşır, bunu olduqca ağrılı qəbul edir.
“Aprel sindromu” isə belə görünür, hələ də erməni siyasi isteblişmenti və ictimai fikrində öz ağrılı təsirini və məxsusi “çapığını” saxlamaqdadır. Müşahidələr göstərir ki, işğalçı ölkə toplumu bu yeni və neqativ auradan heç cür çıxa bilmir. Maraqlıdır ki, səbəblər qismində həm də müttəfiq Rusiya görülür.

***
“Aprel döyüşləri Azərbaycana yeni nəfəs verdi. Bakı inandı ki, bunu təkrarlaya və işğaldakı yeni əraziləri qaytara bilər”. Bu fikri Ermənistanın keçmiş ombudsmanı Larisa Alaverdyan səsləndirib (axar.az). O qeyd edib ki, Ermənistan hakimiyyəti bu mübarizədə Azərbaycana daha çox verdiyi bəyanatlarla məğlub olub.

“Azərbaycanın hər hansı addımının dərhal ağır şəkildə cəzalandırılacağını deyirdilər. Ancaq biz bunun baş vermədiyi gördük. Başa düşürük ki, müharibə yalnız silahlı toqquşmalar demək deyil. Bu həm siyasi, həm psixoloji, həm də informasiya müharibəsidir. Demək, eyni zamanda həm psixoloji, həm də informasiya müharibəsində itkilər olub. Anlaşılmazdır, bu hadisələr necə baş verdi? Niyə qarşısı alınmadı?”, - deyə Larisa Alaverdyan ritorik suallar edib.

Niyə ritorik? Ona görə ki, keçmiş ombudsman verdiyi sualların cavabını əslində özü də pis bilmir. Cavab da belədir ki, Ermənistanda 19 ildir hakimiyyəti zəbt eləmiş “Qarabağ klanı” və ya “müharibə partiyası” öz xalqını hara kimi aldada bilərdisə, artıq ora kimi də aldadıb qurtarıb. Bu müddətdə nə nəinki işğal altındakı Dağlıq Qarabağ, heç Ermənistanın özü də inkişaf edə bilməyib. Ölkə ildən-ilə daha sürətlə boşalıb, əhalinin güzəranı ilbəil ağırlaşıb, qarşılığında Rusiyadan vassal asılılığı güclənib.

Keçən müddətdə Köçəryan-Sərkisyan rejiminin Qarabağ vədi də tam fiasko olub - 19 ildə separatçı rejimi hətta heç Ermənistanın özü belə tanımağa cürət eləməyib. Bunun üstünə ötən müddətdə Azərbaycanın daha da inkişaf edərək işğalçı üzərində öz hərbi üstünlüyünü bərqərar eləməsini, Ermənistanın isə daha güclü izolyasiyaya düşməsini əlavə eləsək, “qalib” erməni xalqı üçün acı mənzərə tamamlanar.

***
Bu arada Ermənistanda 12 698 nəfərin hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyi məlum olub. Azvision.az xəbər verir ki, bu haqda Ermənistan prokurorluğunun 2016-c il üzrə fəaliyyətinə dair proqramda qeyd edilib.

Bildirilir ki, 2017-ci il yanvarın 1-nə olan məlumata görə, onlardan 10741 nəfər hərbi xidmətdən yayındığı üçün barələrində axtarış elan edilib. Yəni axtarışa verilənlərin mütləq əksəriyyəti məhz hərbi xidmətdən yayınan gənclərdir.

Onların da mütləq əksəriyyəti şübhəsiz ki, Rusiyaya köç edənlərdir. Həm də həmişəlik köç edənlər. Erməni sosioloqlar da artıq etiraf edirlər ki, son vaxtlar Ermənistanı geridönməz şəkildə tərk edən iş qabiliyyətli insanların sayı artıb.

Buna da şübhə yox ki, həm emiqrasiya, həm də çağırış yaşlı gənclərin Ermənistandan müxtəlif yollarla çıxıb getməsini ötən ilin aprelində Azərbaycan ordusunun blits-hərbi zəfəri daha da stimullaşdırıb. 10741 çağırışçı isə razılaşaq ki, balaca rəqəm deyil, az qala bir mini-ordunun əsgərlərinin sayıdır.
Bu rəqəm təxminən bir o qədər sayda erməni ailəsi deməkdir. Deməli, sadə erməni ailələri daha kriminal Sərkisyan rejiminin “ət maşını” üçün “canlı material” vermək istəmirlər. Bu, həm də o anlama gəlir ki, erməni toplumunda xüsusən də 4 günlük aprel müharibəsindən sonra ümidsizlik daha da dərinləşib və xalq problemin hakimiyyət dediyi şəkildə həllinə indi zərrəcə inanmır. Əksinə, böyük müharibənin nə vaxtsa bərpa olunacağına və Azərbaycanın öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacağına əminlik və yəqinlik hasil edib.
***
Qalır indi bu reallıqdan Ermənistanın kriminal hakimiyyətinin ciddi nəticə çıxarması. Axı hər necə olmasa, əgər erməni xalqı müharibə istəmirsə, öz övladlarını ordudan yayındırırsa, deməli, Azərbaycanla hərbi ritorikada danışmağa son vermək və nə qədər gec deyil, Qarabağ məsələsində dinc anlaşmaya gəlmək zamanıdır./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyadan Azərbaycana silah satışı bərpa olundu

    Rusiyadan Azərbaycana silah satışı bərpa olundu ...

    10-07-2013, 15:31

  • 
  • Rusiyadan ölkəmizə müasir silah və hərbi texnika gətirildi - FOTO

    Rusiyadan ölkəmizə müasir silah və hərbi texnika ...

    27-04-2017, 10:30

  • 
  • Erməni nazir Bakıdakı paraddan danışdı

    Erməni nazir Bakıdakı paraddan danışdı ...

    26-06-2013, 17:02

  • 
  • Bakının müharibə hazırlıqları – Düşmən təlaşını artıran 5 SƏBƏB

    Bakının müharibə hazırlıqları – Düşmən təlaşını ...

    25-06-2017, 19:52

  • 
  • Ermənistanın hərbi rəhbərliyinin nitqi niyə tutuldu...

    Ermənistanın hərbi rəhbərliyinin nitqi niyə ...

    27-06-2017, 17:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu