GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistanın hərbi rəhbərliyinin nitqi niyə tutuldu...

Ermənistanın hərbi rəhbərliyinin nitqi niyə tutuldu...

Tarix: 27-06-2017, 17:09 Bölmə :Dünya Baxış: 426
Ermənistanın hərbi rəhbərliyinin nitqi niyə tutuldu...


Azərbaycana Rusiyadan növbəti iri partiya silahların gətirilməsi Ermənistanda ciddi təşviş doğursa da düşmən ölkənin hərbi rəhbərliyi hələlik bunu büruzə verməməyə çalışır.

Gündəm Xəbər Virtualaz.org-a istinadən xəbər verir ki, ötən gün Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyan jurnalistlərin bu barədə suallarına cavab verməkdən israrla yayınıb. Habelə müdafiə naziri Vigen Sərkisyan bu haqda danışmaq istəməyib.

“Azadlıq” radiosunun erməni xidməti bildirir ki, Ermənistan müdafiə naziri Rusiyanın Azərbaycana yeni ağır hücum silahları göndərməsinə dair suallarla üzləşib, lakin şərh vermək istəməyib. Jurnalistlər sualı bir də təkrarladıqda Vigen Sərkisyan bildirib ki, iki gün sonra mətbuat konfransı keçirəcəklər “Eşitmədiniz? Mən dedim ki, iki gün sonra mətbuat konfransı keçirəcəyik”-nazir İrəvanın “Erebuni” aviabazasında Rusiya və Ermənistan aviasiyasının parad uçuşlarını izləyərkən onu sual yağışına tutan jurnalistlərə qəzəblənib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi, başqa vaxtlarda özünün Facebook səhifəsində Azərbaycanın hərbi sahədə atdığı istənilən addımı operativ şərh edən Artsurun Ovanisyanın da deyəsən bu məsələdə nitqi tutulub. Ovanisyan Facebook səhifəsində Azərbaycana gətirilən silahlar barədə ancaq bunları yazıb: “Deyəsən “Xrizantema-S” tank əleyhinə raket kompleksləridir”.

Xəbər verildiyi kimi ötən həftə Azərbaycana Rusiyadan 42 eşalon hərbi texnika və silah, o cümlədən çoxsaylı “Xrizantema-S” tank əleyhinə raket kompleksləri gətirilib. Müdafiə Nazirliyi həmin komplekslərn tezliklə ön xəttdəki qoşun bölmələrinin sərəncamına veriləcəyini açıqlayıb və Rusiyadan silahların gətirilməsinin davam edəcəyini bildirib.

“Xrizantema-S” tank əleyhinə dünyanın ən güclü zirehli raket kompleksidir və Rusiyadan başqa cəmi iki-üç ölkənin silahlanmasında yer alır. Virtualaz.org bu silahların imkanları barədə ötən buraxılışlarında yazıb.

Ermənistan hərbi rəhbərliyinin Azərbaycanın Rusiyadan aldığı yeni silahlarla bağlı nitqi tutulsa da sosial şəbəkələrin erməni seqmentində və ekspert çevrələrində bu məsələ geniş rezonans doğurub. “Bu necə nadir həyasızlıqdır-silah partiyasını öz müttəfiqinin düşməninə bəstəkar Raxmaninovun adını daşıyan gəmidə göndərəsən. Heç olmasa özlərinin hansısa “Komsomolçu” və ya “Dzerjinski” gəmilərində göndərərdilər”-ermənipərəst publisist Denis Dvornikov Facebook-da yazıb.

“Bakılılar üçün daha nə qədər gəmi və “gül-çiçək” göndərmək planlaşdırılır?!”-media eksperti Samvel Martirosyan bildirir. Siyasi şərhçi Armen Abovyan isə yazır ki, rus siyasətçiləri “gec-tez bu silahların rus əsgərlərinə də atəş açacağını dərk etmir”. Abovyan silah məsələsində nə rusları, nə azərbaycanlıları günahkar görmür. “Bu, bizim iflasımızdır”-o bildirir. Onun fikrincə, Ermənistan Rusiya ilə elə münasibətlər sistemi qurmalıydı ki, ruslara ermənilərin düşmənlərinin tərəfində oynamaq sərfəli olmazdı.
Qafqaz İnstitutunun rəhbəri, ekspert Aleksandr İsgəndəryan isə deyir ki, Azərbaycan bu silahları çoxdan sifariş vermişdi, sadəcə olaraq gecikmə olub və silahlar indi çatdırılır. İsgəndəryana görə onu narahat edən əsas məsələ İsrailin Azərbaycana verdiyi silahlardır. “Daha çox Rusiyanın verdiyi bu silahlara yox, İsrailin “Spayk” raketlərinin verilməsinə diqqəti yönəltmək lazımdır. Ötən ilin aprel eskalasiyasında erməni qüvvələri üçün əsas problem “Spayk”lar idi. Bu yaxınlarda isə həmin raketin yeni versiyası tətbiq edilib. Məsələ ondadır ki, “Xrizantema” birbaşa görünüş hüdudları daxilində 5-6 kilometr atır, “Spayk”lar isə daha uzaq məsafəyə”-İsgəndəryan deyir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanda yeni müdafiə naziri və Baş Qərargah rəisi təyin edilib

    Ermənistanda yeni müdafiə naziri və Baş Qərargah ...

    3-10-2016, 22:38

  • 
  • Sərkisyan Təhlükəsizlik Şurasını topladı

    Sərkisyan Təhlükəsizlik Şurasını topladı ...

    13-11-2015, 15:59

  • 
  • Ermənistanın müdafiə nazirinin maşını qəzaya düşdü, iki nəfər öldü

    Ermənistanın müdafiə nazirinin maşını qəzaya ...

    9-12-2016, 13:58

  • 
  • Ermənistan ordusu Naxçıvanla sərhəddə təlimə başlayır

    Ermənistan ordusu Naxçıvanla sərhəddə təlimə ...

    6-09-2013, 03:02

  • 
  • Düşmən generalı vertolyotun Azərbaycan mövqelərinə hücum etdiyini təsdiqlədi

    Düşmən generalı vertolyotun Azərbaycan ...

    15-11-2014, 11:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu