GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İcra başçıları təlaşda- “Yasamal başlanğıcdı...”

İcra başçıları təlaşda- “Yasamal başlanğıcdı...”

Tarix: 5-07-2017, 11:22 Bölmə :Siyasət Baxış: 448
İcra başçıları təlaşda- “Yasamal başlanğıcdı...”


Prezident İlham Əliyevin sərt qərarı icra başçılarının “yuxusunu qaçırıb”, hətta müalicə adı ilə istirahətdə olanlar belə tələsik öz rayonlarına qayıtmalı olub; rayonda heç bir iş yeri yaratmayan, əhalinin narazılığını artıran icra başçılarının siyahısı artıq hazırdır...


Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin “Sovetski”dəki məscidi özbaşına sökdüyü üçün cəzalandırılması mərkəzi hakimiyyətin əsas qolu olan icra hakimiyyəti strukturunda ciddi təşviş yaradıb. Çoxları belə hesab edir ki, uzun illərdir ki, icra başçısı işləmiş İ.Mehdiyevin işdən qovulması əslində bütün icra başçılarına ciddi xəbərdarlıqdır və bu, özünü “balaca padşah” hesab edənlərlə bağlı prosesin hələ başlanığıcıdır.

Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə də prezidentin sərt qərarını digər icra başçılarına xəbərdarlıq kimi qiymətləndirib. “Bundan sonra hər bir kəs tutduğu vəzifədən asılı olmayaraq işinə məsuliyyətlə yanaşmalı, səhvlərə yol verməməli, atdığı addımların nə dərəcə dövlət siyasətinə uyğunluğu haqda özünə hesabat verməlidir” deyə, A.Mirzəzadə vurğulayıb.

Hökumətə yaxın mənbələrdən daxil olan məlumata görə, iqtidar işinin öhdəsindən gələ bilməyən, yerli əhalini narazı salan icra başçıları haqda sərt qərarlar verməyə hazırlaşır. Belə ki, bir neçə rayondan mütəmadi olaraq Prezident Administrasiyasına göndərilən şikayətlərdən sonra icra başçılarına xəbərdarlıq edilsə də, onlar işlərində dönüş yarada bilməyiblər. Yada salaq ki, dövlət başçısı İlham Əliyev bu ilin əvvəlində və aprelində keçirdiyi müşavirədə yerli icra başçılarına sərt xəbərdarlıq etmişdi. Prezident icra başçılarına rəhbərlik etdikləri rayonlara investisiya cəlb edilməsini şərt kimi qoymuşdu. “Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaqdır - bu və ya digər rayona nə qədər sərmayə gətirilib. Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər” deyə, prezident qeyd etmişdi. Ölkənin valyuta ehtiyatlarının və mərkəzi büdcədən rayonlara ayrılan vəsaitlərin azalması fonunda dövlət başçısının bu tələbi icra başçıları üçün ciddi sınaq sayılırdı.

Məlumatlara görə, iki-üç rayon istisna olmaqla əksər icra başçısı bu tapşırığı yerinə yetirə bilməyib. Fərqlənən rayon icra başçıları isə yalnız şəxsi əlaqələr hesabına Rusiyanın vilayətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, qarşılıqlı biznes mühitini canlandırmağa çalışıblar. Bu sırada Gəncə və İmişli rayonlarının icra başçıları fərqləniblər. Onlar şəxsi təşəbbüsləri ilə bir sıra ölkələrə səfər edərək, oradakı iş adamları ilə görüşlər keçirib, rayona investisya yatırmağa çalışıblar. Digər icra başçıları isə ənənəvi “kabinet siyasətindən” əl çəkməyiblər.

Bildirilir ki, rayonda heç bir iş yeri yaratmayan, əhalinin narazılığını artıran icra başçılarının siyahısı artıq hazırlanıb. Mərkəzi hakimiyyətin ümidi doğrultmayanlar əsasən, aran və sərhəd rayonlarıdır. Onlar rayonların iqtisadi potensialına baxmayaraq, ötən aylar ərzində heç bir irəliləyişə nail ola bilməyiblər. Rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda əksinə, narazılıqlar da artıb. Bu isə iqtidarın yaxınlaşmaqda olan seçki ilində qarşıya qoyduğu siyasi və iqtisadi strategiyaya ziddir.

Aydındır ki, seçki ilində sosial-iqtisadi gərginlikdən istifadə edənlər ortaya çıxır ki, əyalətlərdə mümkün narazılıqlar belə qüvvələrin marağına xidmət edə bilər. Bu səbəbdən də yaxın vaxtlarda İbrahim Vəliyev kimi işsiz qalacan icra başçılarının sayı artacaq.
Mənbənin iddiasına ilk növbədə sakinlərin daha çox narazılıq etdiyi icra başçıları dəyişdiriləcək. Həmin icra başçılarının adı müəyyənləşdirilib və prezidentə təqdim edilmək üçün hazırdır. Yevlax, Balakən, Ağcabədi, Beyləqan, Ağdam, Ağstafa, Bərdə, Biləsuvar, Göyçay, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir və Astara rayonlarının icra başçılarının adının ilk sırada olduğu deyilir. Bu səbəbdən icra başçılarının “yuxusu qaçıb”, hətta müalicə adı ilə istirahətdə olanlar belə tələsik rayona qayıtmalı olublar./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Administrasiyasından icra başçılarına qadağa

    Prezident Administrasiyasından icra başçılarına ...

    7-01-2014, 18:51

  • 
  • Zeynal Nağdəliyevdən icra başçılarına xəbərdarlıq“

    Zeynal Nağdəliyevdən icra başçılarına xəbərdarlıq“ ...

    7-05-2013, 00:16

  • 
  • İcra başçılarının “ələnmə dövrü”

    İcra başçılarının “ələnmə dövrü” ...

    15-12-2012, 14:26

  • 
  • “Qara siyahı”ya düşən icra başçıları

    “Qara siyahı”ya düşən icra başçıları ...

    28-03-2015, 20:32

  • 
  • İcra başçısı özünə şəxsi obyekt tikdi, dövlət və camaatı zərərə saldı

    İcra başçısı özünə şəxsi obyekt tikdi, dövlət və ...

    24-11-2014, 22:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu