İcra başçılarına media nümayəndələrinə qarşı məhkəmə iddiası qaldırmaq yasaqlanıb
Prezident Administrasiyası icra başçılarına mətbuat nümayəndələrinə qarşı məhkəmə iddiası qaldırmağı yasaqlayıb. Bu barədə Moderator.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Prezident Administrasiyası indiki məqamda media ilə bağlı problemləri məhkəməyə daşımağı məqsədəuyğun hesab etmir: “Administrasiya yetkililəri hesab edir ki, icra başçılarının media əməkdaşları ilə məhkəmə çəkişmələri bütövlükdə mövucud sistemin ifşası fonunda baş verir ki, bu da bütün narazılıqları mərkəzi hakimiyyətə yönəldir. Məhz bu səbəbdən də icra başçılarına media əməkdaşları ilə konfiliktə girməmək, onlarla bağlı problemləri başqa müstəvidə həll etmək tapşırığı verilib. Bundan başqa, Administrasiya rəhbərliyi hesab edir ki, prezident İlham Əliyevin “mətbuatın dostu” fəxri adına layiq görülməsindən sonra onun təyinatı əsasında icra başçısı postuna yiyələnən hər hansı bir şəxsin media əməkdaşına qarşı məhkəmə iddiası qaldırması həm məntiqi, həm də etik baxımdan yolverilməzdir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?