GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Avropa Parlamenti və Avronest PA-ya müraciət ünvanlandı

Avropa Parlamenti və Avronest PA-ya müraciət ünvanlandı

Tarix: 5-07-2017, 15:35 Bölmə :Siyasət Baxış: 439
Avropa Parlamenti və Avronest PA-ya müraciət ünvanlandı

Fuad Muradov: “Avropa Parlamenti təcili müzakirələr aparmalı və qətnamə qəbul etməlidir”

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avropa Parlamentinin və Avronest PA-nın üzvlərinə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx yaşadığı Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində kənd sakinləri 50 yaşlı Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması ilə əlaqədar müraciət ünvanlayıb.
Müraciətdə deyilir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi 25 ildir ki, ölkəmizin 20 faiz ərazisini silah gücü ilə işğal edib, 1 milyonadək insan evlərindən didərgin düşüb, 30 minə yaxın vətəndaşımız öldürülüb, minlərlə insan hələ də girovluqda saxlanılır və Azərbaycanın mülki əhalisi ilə müharibə aparmasını Xocalı soyqırımı ilə sübuta yetib.

Bildirilir ki, 1994-cü ildə atəşkəs əldə olunmasına dair iki ölkə arasında Bişkek protokolunun imzalanmasından sonra da Ermənistan tərəfi demək olar ki, hər gün atəşkəsi pozaraq cəbhə xətti, eləcə də sərhəd boyu hərbçilərlə yanaşı, yaşayış məntəqələrində mülki əhalinin həyat və sağlamlığına zərər vurur və mülki obyektləri dağıdır.

İyulun 4-də baş verən hadisə isə bu işğalçı siyasətin davamıdır. Ermənistan bu terror siyasəti ilə daim Azərbaycan əhalisini qorxu və təşviş içində saxlamaq və sülh danışıqlarında Azərbaycana təzyiqlər etməyə çalışır.

Müraciətdə Avropa Parlamentində Ermənistana dəstək verən qüvvələrin bu cinayətin məsuliyyətini daşımansı da vurğulanır. Qeyd edilir ki, müharibə şəraiti olsa belə, uşaqlara, qadınlara atəş açmaq insanlığa sığan hərəkət deyil. Körpə uşağın, dinc əhalinin qətlə yetirilməsi dünyanın heç bir yerində qəbul edilə bilməz. Bu, dünya dövlətlərinin və beynəlxalq təşkilatların Ermənistanın 25 ilə yaxındır davam etdirdiyi işğalçı siyasətinə qarşı etinasızlığın və hətta bəzən onlara verilən güclü dəstəyin nəticəsidir. Baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə bərabər bu siyasətə qarşı susqunluq nümayiş etdirən, dünyada və Avropa Parlamentində Ermənistana dəstək verən qüvvələrin də üzərinə düşür.

Şərq Tərəfdaşlığı ölkələrində mövcud işğalçılıq siyasətinin tərəfdaş ölkələrin Aİ ilə əməkdaşlığının qarşısında duran ən ciddi maneələrdən biri olduğu diqqətə çatdırılan müraciətdə Avropa Parlamentinin bu məsələni ciddi nəzarətdə saxlaması və işğala məruz qalmış ölkələrə daima dəstək olması xüsusi vurğulanır.

Müraciətdə Cənubi Qafqazda cərəyan edən hadisələr, insan hüquqları və demokratiyanı daim öz daxili və xarici siyasətində prioritet edən Avropa İttifaqının və onun vətəndaşlarını təmsil edən Avropa Parlamentinin təmsilçilərinin birbaşa marağına toxunduğu üçün Avropa Parlamenti törədilmiş bu qanlı cinayətə hüquqi qiymət verməsi üçün təcili müzakirələr təşkil etmək və qətnamə qəbul etməyə çağırılır:
“Çox ümid edirik ki, Avropa Parlamenti tərəfdaşlarının yerləşdiyi bu regionda baş verən bu cür qanlı və işğalçı siyasət qarşısında səssizlik nümayiş etdirməyəcək və buna öz hüquqi qiymətini verəcəkdir”.

Müraciətə baş vermiş hadisənin dəhşətinin daha yaxşı dərk edilməsi üçün Ermənistan tərəfinin qətl yetirdiyi 2 yaşlı Zəhra Quliyevanın şəkilləri də əlavə edilib.

Son olaraq Azərbaycanın Avronest PA-dakı nümayəndə heyəti bu məsələni qurumun növbəti büro iclasında və Avropa Parlamentinin bütün qurumlarında və iclaslarında daim qaldıracağı da diqqətə çatdırılıb./modern.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilərin atəşi nəticəsində həlak olan nənə və nəvə dəfn edilib

    Ermənilərin atəşi nəticəsində həlak olan nənə və ...

    5-07-2017, 13:30

  • 
  • "Hərbi əməliyyatlar təcili dayandırılsın" — Həmsədrlərdən bəyanat

    "Hərbi əməliyyatlar təcili ...

    5-07-2017, 12:23

  • 
  • XİN-dən cəbhədəki gərginliyə - SƏRT REAKSİYA

    XİN-dən cəbhədəki gərginliyə - SƏRT REAKSİYA ...

    5-07-2017, 12:16

  • 
  • Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb

    Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ...

    5-07-2017, 08:40

  • 
  • "İntiqamlarını alacağam" - Ölən 2 yaşlı Zəhranın atası

    "İntiqamlarını alacağam" - Ölən 2 yaşlı ...

    5-07-2017, 10:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu