Ötən gün erməni təxribatı nəticəsində həlak olan Füzulinin Alxanlı kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının ölüm xəbəri ölkənin gündəminə çevrilib.
2 yaşlı Zəhranın həlak olmasından sonra sosial şəbəkədə istifadəçilər bu haqda məlumat paylaşıb, Ermənistanın cinayətkar və barbar addımı haqda hər kəsi xəbərdar etməyə çalışıblar.
Bəs bu hadisəyə Azərbaycanda fəaliyyət göstərən QHT-lər və gənclər təşkilatları sədrləri necə reaksiya verib?
AZXEBER.COM məsələylə bağlı kiçik araşdırma aparıb.
Məlum olub ki, Gənclər Təşkilatlarından hələ ki, heç biri Zəhranın ölümü ilə bağlı bəyanat yaymayıb.
Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, QHT-lərlə bağlı ən xırda məsələni gündəmə çevirən təşkilat sədrlərinin çoxu bu hadisəylə bağlı ümumiyyətlə status da yazmayıblar.
Barmaqla sayıla biləcək təşkilat sədri bu məsələ haqda status yazıb. Onlar arasında Gənc Vətəndaş İctimai Bİrliyinin icraçı direktoru Günel Səfərova, "TUMİB sədri Çingiz Bayramov, İGİB sədri Fərid Şahbazlı, DİGİB sədri Vüsalə Hüseynli, GTM-nin icraçı direktoru Fəxrəddin Həsənzadə, ASGA sədri Səbuhi Abbasov, DANİB sədri Elməddin Behbud da var.
Eyni zamanda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da məsələyə münasibət bildirən azsaylı idarə rəislərindən olub.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Guliyev hazırda ATƏT-in Minskdəki 26-cı illik Sessiyasında çıxış edərək 4 iyul 2017-ci ildə Ermənistan ordusunun atəşi nəticəsində Azərbaycanın mülki vətəndaşları iki yaşlı Zəhra Quliyeva və Sahibə Quliyevanın qətlə yetirilməsi hadisəsini sərt şəkildə pisləyiB.
Bəs Görəsən, dövlətdən qrant alan, bir çox hallarda pulları hara xərclədikləri məlum olmayan gənclər təşkilatları kimi və nəyi gözləyir?
Hansısa Avropa ölkəsində bu tip hadisələr baş verəndə bunu dünya ictimaiyyətinə ilk növbədə QHT-lər çatdırır, bizdə isə QHT sədrləri çox güman ki, istirahətə yollanıblar.
Sosial şəbəkədəki müşahidələr onu göstərir ki, bu məsələyə ən həssas yanaşan jurnalistlər, media adamları olub. Onların böyük əksəriyyəti Zəhranın ölümü haqda həm ana dilimizdə, həm də xarici dillərdə məlumat paylaşıblar./azxeber.com/
Sorğu
Yeni dizaynımız necədir?