“Azərbaycan günahsız insanların qətlə yetirilməsinə qarşıdır!”
“Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır!”. İstiPress xəbər verir ki, bunu birinci vitse-prezident Mehriban Əliyeva özünün “Twitter” bloqunda yazıb. M.Əliyeva “Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!” – deyə, qeyd edib.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?