GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Putinin müharibə təlaşı, Qarabağ seçimi – köhnə plan qayıdır...

Putinin müharibə təlaşı, Qarabağ seçimi – köhnə plan qayıdır...

Tarix: 18-07-2017, 10:20 Bölmə :Siyasət Baxış: 355
Putinin müharibə təlaşı, Qarabağ seçimi – köhnə plan qayıdır...


Münaqişə tərəflərini qorxudan Rusiya indi özü də qorxur!; Kreml başçısı Əliyevlə Sərkisyanı təzədən görüşdürmək istəyir - əsas motiv; sülh ümidləri müharibə ümidlərini üstələyəcəkmi?; Sərkisyandan acı etiraf: “Ermənistanın nə vaxtsa Azərbaycandan varlı olacağını söyləmək şarlatanlıqdır, yalandır...”

Dağlıq Qarabağ münaqişəsi zonasında yeni müharibə ehtimalı hələ də böyük olaraq qalır. Əsas səbəb təbii ki, sülh danışıqlarında davam edən durğunluq və irəliləyişin olmamasıdır. Artıq bir ildən çoxdur ki, vasitəçi dövlətlər nizamlama prosesini dalandan çıxarmaq üçün müəyyən cəhdlər göstərsələr də, yalnız XİN başçıları səviyyəsində cəmi ikicə dəfə təmasa nail olublar ki, o da nəticəsiz bitib.

Müharibə riski isə durmadan artır. Hərbi əməliyyatlar üçün ən əlverişli olan yay mövsümü bu riski özünəməxsus şəkildə gücləndirməkdədir. Yaranmış durumda ən böyük məsuliyyət sözsüz ki, Rusiyanın üzərinə düşür. Rusiya da ki əlində bənzərsiz rıçaqlar və imkanlara rəğmən, hələlik problemin həllinə real töhfə verməyə həvəsli görünmür.

***

Rusiya hələ ki Qarabağ münaqişəsindən istifadə edib öz kasad büdcəsini doldurmaqla məşğuldur. Xüsusən də Azərbaycanla silah ticarəti hesabına şimal qonşumuz əhəmiyyətli paralara qazanıb və qazanmaqdadır. Lakin dəfələrlə qeyd elədiyimiz kimi, Azərbaycan bu silahları vitrinə qoymaq üçün almır - Qarabağ probleminin həllini yaxınlaşdırmaq üçün əldə edir.

Bunu Kremldə də yaxşı bilirlər. Görünür, bildikləri üçün Ermənistanı da yaddan çıxarmırlar. İşğalçı ölkəyə “İsgəndər” taktiki raket komplekslərinin və bəzi digər müasir döyüş sistemlərinin verilməsi, ortaq hərbi qruplaşmanın yaradılması, Ermənistanın hava məkanının, Türkiyə və İranla sərhədlərinin tam nəzarətə götürülməsi məhz onun Azərbaycanla “balans” yaratmasına hesablanmış kursun tərkib hissəsidir.

Fəqət, belə bir balansı yaramaq mümkünmü? Əlbəttə ki, yox. Azərbaycanla Ermənistanın iqtisadi potensialı eyni deyil, olmayacaq. Yeri gəlmişkən, bu acı gerçəyi ötən həftəsonu Serj Sərkisyan açıq etiraf edib. Musavat.com-un məlumatına görə, düşmən ölkənin başçısı deyib: “Məgər bu, bir sirdirmi ki, Azərbaycan bizdən varlıdır və silahlanmaya daha çox vəsait xərcləyir? Sirr deyil. Və əgər kimsə deyirsə ki, 2-5 il Ermənistanı Azərbaycandan daha varlı edəcək, o adamı siyasətdən uzağa qovmaq lazımdır. Çünki bu, şarlatanlıqdır, yalandır”.

Deməli, İrəvanın yeganə ümidi Rusiyadan güzəştli qiymətə və ya kreditə aldığı və alacağı silahlara ola bilər. Moskva da buna getmək zorundadır, ona görə ki, əks halda onun marioneti - işğalçı ölkə Azərbaycan qarşısında heç bir həftə duruş gətirə bilməz.

Lakin Moskva belə “balans” siyasətini sonsuzadək yürüdə bilməz. Üstəlik, “balansı” saxlamaq da getdikcə çətinləşir. Elə olmasaydı, Ermənistan təzədən yeni hərbi kredit almaq üçün Moskvaya müraciət eləməzdi. Bu barədə Ermənistanın maliyyə naziri Vardan Aramyan söyləyib. O, danışıqların bu ilin əvvəlindən başladığını bildirib.


Bu yerdə xatırladaq ki, Rusiya bundan öncə Ermənistana hərbi təyinat üçün 200 milyon dollarlıq kredit ayırıb. Həmin kredit çərçivəsində Ermənistana “İsgəndər” raketləri də verilib (Aramyanın sözlərinə görə, 200 milyonun 30 milyonu hələ çatdırılmayıb).

***

Sözü ona gətiririk ki, əslində Rusiyanın özü də indi Qarabağla bağlı dilemma qarşısındadır. Çünki ənənəvi “balans” siyasəti günün birində tam fiasko ola, Moskva müharibə faktı ilə üz-üzə qala bilər. Rusiya isə böyük müharibədə maraqlı deyil. Böyük müharibə - böyük risklər, regionla bağlı geosiyasi, iqtisadi maraqların böyük təhlükə altına düşməsi, müharibəyə qoşulmaq riski, Azərbaycanla Türkiyəni itirmək perspektivi, Türkiyə ilə üz-üzə gəlib toqquşmaq ehtimalı deməkdir.

Aydındır ki, Moskvaya hadisələrin bu cür dağıdıcı inkişafı lazım deyil. Konflikti hərbi “balans” siyasəti hesabına donulu vəziyyətdə saxlamaq isə get-gedə müşkülə çevrilir. Günün birində Qarabağda müharibə alovlana bilər ki, onu dayandırmaq ötən ilin aprelindəki kimi Moskva üçün mümkün olmaya bilər. Müharibə riskini indidən azaltmaq lazımdır və onun da ən etibarlı yolu Qarabağ məsələsində doğrudan da ciddi dönüşə nail olmaqdan keçir. Rusiya buna nail olmaq iqtidarındadır və ona heç kim, o sırada Qərb, ABŞ, Avropa mane ola bilməz. Əksinə. Qalır siyasi iradə məsələsi.

***

Maraqlıdır ki, bu arada Azərbaycan və Ermənistan prezidentləri arasında 2017-ci ilin sonlarına qədər baş tutacaq görüşün əsas təşkilatçısının Rusiya olacağı haqda məlumat yayılıb. Virtualaz.org-un xəbərinə görə, bu barədə Rusiya XİN-dəki mənbə “İzvestiya” qəzetinə bildirib.


“Moskva bu məsələdə əsas vasitəçi olub, çünki ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin Bakı və İrəvanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuzluqla nəticələnib” - mənbə bildirib. Rusiya XİN-dəki qaynaq qeyd edib ki, konkret olaraq Fransa Bakı və İrəvanı danışıqlar masası arxasına oturtmaq istəyib, lakin bu səylər heç bir fayda verməyib.


“Bununla belə, dialoqun dəstəklənməsi prinsipial əhəmiyyət kəsb edir. Məhz bunun sayəsində regionda tammiqyaslı müharibə alovlanmadı. Lakin tərəflərin məqsədləri və baxışları fərqlidir”, - deyə mənbə əlavə edib.


Qeyd edək ki, bugünlərdə Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycan prezidenti İlham Əliyevlə payızda görüşə biləcəyini mümkün hesab etdiyini bildirib. Sərkisyanın sözlərinə görə, Minsk Qrupunun həmsədrləri Ermənistan tərəfinə yüksək səviyyədə görüşün təşkili barədə müraciət edib. “Biz bu görüşdən çox şey gözləməsək də ona qarşı deyilik” - Sərkisyan bildirib.

***

Yada salaq ki, Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında son dəfə 2016-cı il iyunun 19-da Sankt-Peterburqda görüş olub. Həmin görüşdə Putinin tərəflərə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun azad edilməsini və bunun əvəzində kommunikasiyaların açılmasını da nəzərdə tutan mərhələli plan təklif etdiyi haqda məlumatlar yayılmışdı.

Ancaq üstündən bir ildən çox keçsə də, “Qarabağ yükü” hələ də köhnə yerindədir. Rəsmi Bakı isə açıq bəyan edib ki, daha danışıq xətrinə danışıqlara, dialoqa getməyəcək. Yəni prezidentlərin daha bir formal görüşünə nə ehtiyac, əgər bu görüş də “qaloçka” qoymaq üçün istifadə olunacaqsa.
Bu mənada situasiyanın indiki həssaslığı və dramatikliyi Moskvada ciddiyə alınmaya bilməz. Alınırsa, demək, növbəti görüşdə Putinin konkret təklifi olmalıdır. Rusiyanın münaqişə tərəflərini qorxutması dönəmi də daha bitib. İndi artıq real təşəbbüskarlıq zamanıdır. Çünki Rusiyanın özü də indi qorxur. Bu imperativ Moskvanı Qarabağ məsələsi ilə daha ciddi məşğul olmağa sövq etməlidir. Rusiya bir az da tələsməlidir. Çünki siyasətçilər sussa, toplar danışacaq.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Alman politoloq: “Qarabağda müharibə riski var”

    Alman politoloq: “Qarabağda müharibə riski var” ...

    12-07-2013, 10:24

  • 
  • Rusiya Qarabağ müharibəsinə qarışmayacaq - "Cовершенно Cекретно"

    Rusiya Qarabağ müharibəsinə qarışmayacaq - ...

    15-04-2015, 22:21

  • 
  • 3 aya Qarabağda müharibə başlayır – VIDEO

    3 aya Qarabağda müharibə başlayır – VIDEO ...

    23-06-2017, 19:09

  • 
  • "Dağlıq Qarabağ münaqişəsində status-kvo müharibə təhlükəsi yaradır"

    "Dağlıq Qarabağ münaqişəsində status-kvo ...

    8-03-2017, 23:08

  • 
  • "Müharibə olsa Azərbaycana keçəcəyik" — Qarabağ erməniləri (VİDEO)

    "Müharibə olsa Azərbaycana keçəcəyik" — ...

    13-05-2016, 01:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (204)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu