GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənilərin İsrail arzusu, İran xofu və Bakının basqısı

Ermənilərin İsrail arzusu, İran xofu və Bakının basqısı

Tarix: 29-07-2017, 10:30 Bölmə :Siyasət Baxış: 405
Ermənilərin İsrail arzusu, İran xofu və Bakının basqısı


Yəhudi nazirin müəmmalı İrəvan səfərinin pərdəarxası; Düşmən ölkəni yəhudi dövləti ilə yaxın ilişkilər qurmağa qoymayan üç səbəb; Sərkisyan Tehrana niyə can atır? ABŞ-ın “beyin mərkəzi”ndən erməniləri üzən proqnoz gəldi...

İsrailin regional əməkdaşlıq naziri Saxi Xaneqbi 3 günlük səfərlə Ermənistandadır. Bu, son böyük bir dönəm üçün İsraildən Ermənistana səfər edən ən yüksək çinli rəsmidir. Artıq yəhudi naziri xarici işlər naziri Edvard Nalbəndyan və parlamentin spikeri Ara Babloyan qəbul edib. Onun prezident Serj Sərkisyanla da görüşü gözlənilirdi.

Erməni mənbələrinin məlumatlarından hasil olan ilkin qənaət belədir ki, düşmən tərəf İsraillə münasibətlərdəki bu gəlişmədən xeyli məmnundur. Hərgah, ermənilər eyni zamanda ehtiyatlı bir sevinc içindədirlər. Səbəbinə qayıdacağıq.

***

Bu arada isə Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib ki, “İsrail Azərbaycana ona görə silah satmır ki, o, Ermənistana düşmən münasibətdədir”. Musavat.com-un məlumatına görə, bu barədə Köçəryan israilli nazirin işğalçı ölkəyə səfərinə münasibət bildirərkən deyib. Onun iddiasına görə, silah məsələsində Təl-Əviv dəfələrlə öz mövqeyini açıq bəyan edib. “Onlar hamıya, o cümlədən Ermənistana da silah satmağa hazırdır”, - deyə o, özünətəsəlli şəklində qeyd edib.

“Bəs bu yöndə Ermənistan İsraillə hansısa danışıqlar aparıbmı” sualına Köçəryanın cavabı belə olub: “Bu sual başqa idarəyə aiddir. Bütövlükdə isə Ermənistan və İsrail xalqları arasında ümumi çox şey var. Ancaq problemli məsələlər də mövcuddur”.
***

Ş.Köçəryan silah məsələsində axıradək səmimi deyil təbii ki. Ona görə ki, İsrail Azərbaycana silah-sursatı həm də Azərbaycanın ondan ötrü islam dünyasında tutduğu xüsusi yerinə və önəminə görə satır. Rusiyanın ucqar bir quberniyasına çevrilmiş və dünya okeanına çıxışı olmayan, iqtisadi baxımdan maraq kəsb etməyən Ermənistan isə yəhudi dövləti üçün cəlbedici ola bilməz. 2015-ci ildə, saxta soyqırım iddiasının 100-cü ildönümündə də bu, özünü qabarıq şəkildə göstərmişdi. O zaman İsrail İrəvandakı ildönüm törəninə heç nazir səviyyəsində belə, nümayəndə heyəti göndərməmişdi...

Tərəflər arasında hərbi-texniki əməkdaşlığa gəlincə, İrəvan istəsə də müasir İsrail hərbi sistemlərini ala bilməz. Çünki: 1. Buna maddi imkanları yoxdur. 2. Rusiya imkan verməz. Üçüncü səbəb də var: İranın İsrailə ənənəvi münasibəti.

İş ondadır ki, hazırda işğalçı ölkə İrandan daha çox ehtiyat edir, nəinki Azərbaycandan. Çünki Ermənistan Moskva ilə yanaşı Tehrandan da çox güclü şəkildə asılıdır. Söhbət öncəliklə geosiyasi asılılıqdan gedir. Aydındır ki, İran da müsəlman Türkiyəsi kimi təcavüzkara münasibət bəsləsə, onunla sərhədləri qapalı saxlasa, Ermənistan qısa zamanda boğular, tezliklə sülhə gələr. Tehran çoxdan işğalçı üçün “nəfəslik” rolundadır və bu “nəfəsliyi” İsrailin əvəz eləməsi qeyri-mümkündür.

Yeri gəlmişkən, erməni prezident Serj Sərkisyan prezident Həsən Ruhaninin növbəti andiçmə mərasimində iştirak üçün dəvət alıb və dəvəti dərhal qəbul edib. Səbəb məlumdur: Sərkisyan Ermənistanın “ikinci xilaskarı”, həmsərhəd ölkə kimi isə “tək xilaskarı” olan İranın dövlət başçısı ilə daha bir dəfə görüşmək şansını qaçırmaz.

Bəllidir ki, dəvət Azərbaycan prezidenti İlham Əliyevə də gəlib. Lakin şəxsən İlham Əliyevin İrana gedəcəyi məlum deyil. Ola bilsin, Bakıdan Tehrana baş nazirin başçılığı ilə nümayəndə heyəti getsin...

***
Bakı-Təl Əviv münasibətlərinin hazırkı durumuna gəlincə, bu münasibətlər İran faktoruna rəğmən, son illər dinamik inkişaf etməkdədir və təkcə hərbi əməkdaşlıq sferasını əhatə eləmir. İki ölkə arasında digər sahələrdə, o cümlədən energetika sferasında da yaxşı əməkdaşlıq var. Avropaya İsrail qazının nəqli (Cənub Qaz Dəhlizi, TANAP) ilə bağlı da tərəflər konstruktiv müzakirələr içindədir.

Bundan əlavə, İsrail Bakı-Ceyhan xətti ilə Azərbaycan neftinin alıcılarından biridir. Yəhudi dövlətində sanballı Azərbaycan lobbisi fəaliyyət göstərir. Azərbaycan İsrail üçün yəhudi icmasının da tam təhlükəsizlikdə yaşadığı azsaylı müasir, tolerant və qabaqcıl, ən əsası, strateji tərəfdaş türk-müsəlman ölkəsidir. Ötən ilin sonlarında baş nazir B.Netanyahunun Bakı səfəri Azərbaycanın bu önəmini bir daha nümayiş etdirdi. Yoxsa ki, Netanyahu Bakıdan Ermənistana gedərdi, Qazaxıstana yox.

Bakı ilə Təl-Əviv arasında yüksək səviyyəli münasibətlərə “Lapşin insidenti” də kölgə sala bilmədi və sala bilməzdi - erməni tərəfi dəridən-qabıqdan çıxsa belə. Sadə səbəbə: çünki Azərbaycan-İsrail münasibətlərinin təməli sağlamdır və üçüncü ölkəyə qarşı yönəlməyib. Ermənilərə isə İsraillə münasibətlər ilk növbədə beynəlxalq yəhudi lobbisinin dəstəyini qazanmaq və İsrailin Azərbaycan və Türkiyə ilə arasını vurmaq üçün lazımdır. Yəni məkrli niyyət güdülməklə, sırf üçüncü ölkəyə qarşı yönəlib.

***

Ermənistanın nicatı və inkişafı təkcə İranla deyil, həm də və ən əvvəl Türkiyə və Azərbaycanla əlaqələri normala salmaqdan keçir. Söz düşmüşkən, yaxın on ildə Türkiyə bölgədə əsas regional güc olacaq. Bunu isə biz yox, artıq ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik qrupu deyir.

Qrupun yaydığı son hesabatdan sitat: “Türkiyə indi ərəb konfliktləri, Qafqaz və Qara dəniz konfliktləri ilə əhatəlidir. Ankara hələlik Yaxın Şərqdə tam müstəqil siyasət yürütməyə hazır deyil və buna görə də ABŞ-la əməkdaşlıq edəcək. Türklər öz təsir zonalarını Şimali Afrikaya qədər artıracaqlar. Türkiyənin diqqəti təkcə Yaxın Şərqə yönəlməyəcək. Rusiya zəiflədikcə avropalılar Türkiyənin maraq dairəsində olan zonalara gələcəklər. Türkiyə şimal istiqamətində olan iqtisadi və siyasi gücündən yararlanacaq və hətta hərbi gücündən də istifadə edəcək. Avropa Birliyinin dağılması bəzi ölkələrin Şərqə marağını artıra bilər. Bu isə Türkiyəyə özünün Balkanlarda əsas güc olmasına imkan yaradır. Türkiyə yaxın 10 ildə əsas regional gücə çevriləcək”.

Amerikalı analitiklərə görə, qarşıdakı dönəmdə Rusiyanın - Ermənistanın 1 nömrəli müttəfiq dövlətin parçalanması da qaçılmaz olacaq, Moskva Qafqaza nəzarət imkanlarını itirəcək.
Bu da işğalçıya bir daha ciddi düşünmək və doğru seçim eləmək üçün növbəti xəbərdarlıq mesajı, çatdırış./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran xarici işlər naziri Ermənistanda

    İran xarici işlər naziri Ermənistanda ...

    9-04-2013, 11:30

  • 
  • Azərbaycan xarici işlər nazirinin müavini Ermənistandadır

    Azərbaycan xarici işlər nazirinin müavini ...

    13-09-2013, 11:14

  • 
  • İrəvanı təşvişə salan MOSSAD

    İrəvanı təşvişə salan MOSSAD ...

    14-12-2016, 22:10

  • 
  • Elmar Məmmədyarov yəhudi lobbisinin forumunda

    Elmar Məmmədyarov yəhudi lobbisinin forumunda ...

    15-05-2013, 14:19

  • 
  • Prezident İlham Əliyev: "Yəhudi icması Azərbaycanın inkişafına çox böyük töhfələr verir"

    Prezident İlham Əliyev: "Yəhudi icması ...

    13-12-2016, 20:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu