Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Ermənistana gedib. APA-nın xəbərinə görə, səfərdə məqsəd sentyabrın 12-13-də İrəvanda keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin 3-cü qeyri-formal iclasında iştirak etməkdir.
Toplantıda Azərbaycanın Avropa Birliyindəki səfiri Fuad İskəndərov da iştirak edəcək. İclas “Şərq Tərəfdaşlığı” Proqramının noyabrda Vilnüsdə keçiriləcək sammitinə son hazırlıq yığıncağı olacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?