GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Putin ABŞ-ın atdığı “əlcəyi” götürdü – 5 hədəf, biri də Qarabağ...

Putin ABŞ-ın atdığı “əlcəyi” götürdü – 5 hədəf, biri də Qarabağ...

Tarix: 3-08-2017, 10:30 Bölmə :Siyasət Baxış: 457
Putin ABŞ-ın atdığı “əlcəyi” götürdü – 5 hədəf, biri də Qarabağ...


Böyük güclərin bir-birinə əzələ nümayişi – kritik gəlişmə; Vitse-prezident Maykl Pensin Tiflisdən verdiyi hədələyici bəyanatdan bir həftə sonra Rusiya prezidenti işğal altındakı Abxaziyaya gedəcək; Kreml başçısının “dal qapı”dan Gürcüstana girməsi Bakıya da mesajdır?..

ABŞ-Rusiya münasibətlərində kritik gərginlik artan xətlə davam edir. Ancaq belə görünür ki, gərginlik hələlik pik həddinə çatmayıb. Bunu tərəflərin davranışlarından da sezmək mümkündür. ABŞ-ın vitse-prezidenti Maykl Pensin iki gün öncə Tiflisə səfər eləməsi bu qənaətə şübhə yeri saxlamadı.
Pens səfər çərçivəsində həm də NATO təlimlərini izləyib və istər Gürcüstan, istərsə də bütövlükdə bölgənin taleyi üçün böyük önəm daşıyan bəyanatlar səsləndirib. Eyni zamanda sanki Rusiyanı daha çox qıcıqlandırmaq üçün məhz Tiflisdə elan edib ki, prezident Donald Tramp artıq Moskvaya qarşı sərt sanksiyalar qanunu imzalayıb.

Bu harasıdır, ABŞ-ın 2-ci şəxsi Tiflisdə Gürcüstanı Amerikanın əsas strateji tərəfdaşı adlandırıb, ölkəsinin Gürcüstanın ərazi bütövlüyünü və NATO-ya üzvlüklə bağlı səylərini dəstəklədiyini bəyan edib, habelə Vaşinqtonun Abxaziya və Cənubi Osetiyanın işğalı ilə heç vaxt barışmayacağını bəyan edib. “Biz Gürcüstanda təhlükəsizliyin güclənməsi ilə bağlı səylərimizə sadiqik. ABŞ Gürcüstanla münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə hazırdır”. Bunu da Pens deyib.
Yəni faktiki surətdə ABŞ Azərbaycanın qərb qonşuna hər növ təhlükəsizlik təminatı verib. Ən önəmlisi odur ki, M.Pens Gürcüstandan - Rusiyanın “burnunun ucu”ndan Kremlə hədələyici mesajlar göndərib, ona “əlcək” atıb.


Əlbəttə ki, söhbət ilk növbədə Gürcüstana qarşı Rusiya təhlükəsi əleyhinə ABŞ təminatından gedir - o Rusiya ki, Gürcüstanın bir hissəsini illərdir işğal altında saxlayır, o Rusiya ki, 2013-cü ildə sülhməramlı libasını soyunaraq, Abxaziya və Cənubi Osetiyanı işğal edib və bu iki separatçı qurumun müstəqilliyini birtərəfli qaydada tanımaqla oradakı işğalçı Rusiya ordusuna legitimlik statusu verməyə çalışır.

***

Maraqlıdır ki, Gürcüstanda NATO təlimlərinin davam etdiyi vaxtda və M.Pensin səfərindən sayılı günlər sonra Rusiya prezidenti Vladimir Putinin Gürcüstana - daha doğrusu, işğal altındakı Abxaziyaya gedəcəyi xəbəri yayılıb. Bu barədə informasiyanı RBK saytı özünün etibarlı mənbələrinə istinadən yayıb. Səfər 2008-ci il Gürcüstan-Rusiya “5 günlük” müharibəsinin başlama tarixinə - 8 avqusta təsadüf edəcək. Qısa ziyarət çərçivəsində Putin Abxaziyanın “prezidenti” Raul Xacimba ilə görüşəcək.

Qeyd edək ki, prezidentin mətbuat katibi Dmitri Peskov səfərlə bağlı sualı cavablandırmayıb. Bu isə o deməkdir ki, ziyarət, hər halda, baş tutacaq. ABŞ vitse-prezidentinin hay-küylü Gürcüstan səfərinə cavab xarakterli gedişin zəruriliyi bu qənaəti gücləndirir ki, azaltmır. Artıq rəsmi Tiflis Putinin səfəri ilə bağlı sərt bəyanat yayaraq, bunu Pensin səfərinə cavab reaksiyası kimi qiymətləndirib. Putin bundan əvvəl Abxaziyada 2013-cü ildə olub.

***

Putin Gürcüstana “arxa qapı”dan səfər eləməklə ən azı 5 hədəf güdür:

1. Vurğulandığı kimi, bu, öncəliklə ABŞ-ın Gürcüstanda (Cənubi Qafqazda) möhkəmlənmək və onu öz nüfuz dairəsinə salmaq səylərinə və siyasətinə cavabdır;

2. Pensin konkret Tiflis bəyanatlarına və orada davam edən NATO təlimlərinə cavabdır. ABŞ-a mesajdır ki, Rusiya heç bir halda bölgədəki maraqlarından geri çəkilməyəcək;

3. Səfərin məhz “5 günlük” müharibənin başladığı günə - avqustun 8-nə salınması da təsadüfi deyil və Kremlin postsovet məkanında işğalçılıq siyasətinin davam edə biləcəyinə vurulan aydın işarədir (az öncə Cənubi Osetiyada Bakı-Supsa neft kəmərinin bir hissəsi işğalçı rus hərbçiləri tərəfindən nəzarətə götürülmüşdü);

4. Bu, həmçinin postsovet məkanındakı separatçı rejimlərə Moskvanın aşkar dəstəyinin bir nümayişidir. Deməli, belə bir mesajdan Azərbaycana da pay düşür. Yeri gəlmişkən, Putindən az öncə Rusiya baş nazirinin müavini Dmitri Roqozin Moldovanı Dnestyanı bölgədəki separatçı rejimlə, “200 minlik Rusiya vətəndaşı” ilə hədələmişdi;


5. Nəhayət, Gürcüstanda NATO təlimləri gedə-gedə Putinin Gürcüstana gəlməsi ABŞ-a, Qərbə özünəməxsus güc nümayişidir, Pensin atdığı “əlcəyi” götürməkdir.

***

Maraqlıdır ki, bu arada hətta Rusiya hakimiyyətinə loyal siyasi qüvvələrin Putinə təzyiqi artmağa başlayıb. O sırada Kremlin “danışan dilləri”ndən olan Vladimir Jirinovskinin son açıqlaması təəccüblü olmaqla yanaşı, diqqətçəkicidir. Jironovski deyib ki, hazırkı Rusiya hakimiyyəti artıq özünü tükədib (axar.az).

“Mən Kremlə getmək üçün prezident seçkisini gözləməməliyəm. Əgər hazırkı hökumət hakimiyyətdə qalsa, heç nə edə bilməyəcək. Ona görə ki, hökumət artıq özünü tükədib. Mən Kremlə getsəm, Ukraynada dərhal nizam bərpa olunacaq. Qiyamçılar Kiyevə qədər gedəcəklər. Yaxın Şərqdə nizam bərpa olunacaq. Biz Suriya prezidentinə bütün xarici qoşunları öz ərazisindən çıxarmasına kömək edəcəyik. Biz Çinlə danışıb, koreyalıları birləşdirəcəyik. Yeni Koreya bütöv və nüvə silahsız olacaq. İndiki hökumət bunları edə bilməz”, - deyə Jirinovski aqressiv tonda bildirib.

Həm Putinin Abxaziya səfəri, həm də Jirinovskinin bu bəyanatı Rusiya siyasi isteblişmentində ABŞ və “Yaxın xaric”lə bağlı nə dərədəcə böyük gərginliyin, qəzəb və aqressiyanın yaşandığını bir daha təsdiqləyir. Ancaq bu arqressiya ən əvvəl Rusiyanın özünə ziyan vuracaq. Çünki məsəl var, deyərlər, “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”.|musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Azərbaycanın 100 km-liyindən Kremlə barmaq silkələdi - Bakı üçün fürsət?

    ABŞ Azərbaycanın 100 km-liyindən Kremlə barmaq ...

    2-08-2017, 13:57

  • 
  • Trampın ağır vəziyyəti ABŞ vitse-prezidenti Maykl Pensin ambisiyalarını böyüdür

    Trampın ağır vəziyyəti ABŞ vitse-prezidenti Maykl ...

    1-08-2017, 11:30

  • 
  • Pens: Rusiyaya qarşı sanksiyaların ləğvi Ukraynadakı vəziyyətdən asılı olacaq  Böyüt

    Pens: Rusiyaya qarşı sanksiyaların ləğvi ...

    5-02-2017, 21:02

  • 
  • Amerika - Rusiya münasibətləri kritik həddə

    Amerika - Rusiya münasibətləri kritik həddə ...

    2-08-2017, 13:10

  • 
  • Meksika prezidenti ABŞ-a səfər etməkdən imtina edib

    Meksika prezidenti ABŞ-a səfər etməkdən imtina ...

    26-01-2017, 23:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu