GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Amerika - Rusiya münasibətləri kritik həddə

Amerika - Rusiya münasibətləri kritik həddə

Tarix: 2-08-2017, 13:10 Bölmə :Dünya Baxış: 364
Amerika - Rusiya münasibətləri kritik həddə


Elçin Mirzəbəyli: “Prosesin tez bir zamanda səngiyəcəyini düşünmürəm”
Rusiya-Amerika münasibətlərindəki gərginlik durmadan artır. ABŞ tərəfindən Kremlə qarşı sanksiyalar bir-birinin ardınca gəlməkdədir. Dünən belə xəbər yayıldı ki, artıq Ağ Evin sahibi Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üzrə sənədi imzalayıb.

“ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasına dair qanun imzalayıb, onların ləğv edilməsi üçün Moskvanın öz öhdəliklərini yerinə yetirməsi tələb olunacaq”.

Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

“Prezident Donald Tramp Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi üzrə sənədi imzalayıb. Biz onların ləğv edilməsini istəyirik, amma bu, yalnız Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə baş verə bilər. Rusiyanın son diplomatik addımları, təəssüf ki, bunun tam əksini göstərir”, - vitse-prezident Tiflisdə jurnalistlərə deyib.

Günün sonunda isə bu xəbər təsdiqini tapmadı. Belə ki, axşam saatlarında Rusiyanın “İnterfaks” agentliyi ABŞ prezidenti Donald Tramp tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların təsdiq edilməsi ilə bağlı xəbərini ləğv edib.

Daha öncə agentlik ABŞ vitse-prezidenti Mayk Pensə istinadla bildirmişdi ki, Tramp artıq sanksiyaları təsdiqləyib.

“Prezident Tramp çox tezliklə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə qanun layihəsini imzalayacaq”, - agentlik Pensin sözlərindən sitat gətirir.

Qeyd olunur ki, xəbərin təhrif olunmuş formada verilməsinə səbəb ingilis dilindən gürcü dilinə sinxron tərcümənin yanlışlığı olub.

Hər bir halda, görünən budur ki, iki supergüc arasında vəziyyət kiritik həddə çatmaqdadır.

Ekspertlər vəziyyətin heç də Rusiya üçün ürəkaçan olmadığını və bu şəkildə proseslərin davamının Kreml üçün yaxın gələcəkdə ciddi təhlükələr yaradacağını bildirirlər. Şimal qonşumuzun göstərdiyi son üç ildəki dirənişin artıq sona çatdığı proqnozlaşdırılır. Rus xalqının tezliklə mövcud durumla bağlı Vladimir Putin hakimiyyətinə qarşı etiraza qalxacağı barədə fikirlərə tez-tez rast gəlirik.

Politoloq Elçin Mirzəbəyli Rusiya-ABŞ qarşıdurmasının tezliklə səngiyəcəyini düşünmür: “Əvvəla, onu deyim ki, tez-tez dilə gətirilən Trampın qələbəsində Rusiyanın böyük payının olduğu barədə fikirlərlə razılaşmıram. Ola bilsin ki, buna müəyyən cəhdlər olub və indi bu cəhdlər Trampın əlehdarları tərəfindən ona qarşı istifadə edilir. Trampın Rusiya ilə münasibətləri barədə məlumatlar ABŞ prezidentinə simpatiya bəsləməyən KİV-lər tərəfindən körüklənir və bu da öz növbəsində Trampın reytinqinin aşağı düşməsinə səbəb olur. Bunun qarşılığında isə ABŞ prezidenti və onun komandası Rusiya əleyhinə ritorikanı və sanksiyaları kəskinləşdirir. Bu baxımdan, Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə həm də ABŞ daxilindəki siyasi rəqabətin elementlərindən biri kimi yanaşmaq lazım gəldiyini düşünürəm. ABŞ-da və dünyada Rusiyaya qarşı köklənmiş dairələr də bu məqamı yaxşıca dəyərləndirirlər və Trampı daim təzyiq altında saxlamağa çalışırlar. ABŞ-Rusiya qarşıdurmasının perspektivinə gəldikdə isə bu prosesin tez bir zamanda səngiyəcəyini düşünmürəm. Rusiya Putin hakimiyyətə gəldikdən sonra ABŞ-ın təhrif olunmuş surətinə çevrilməyə başlayıb. Son 15 ildə çəkilən Rusiya filmlərinə diqqət etsəniz bütün rus filmlərinin Hollivud filmlərinin ucuz surəti olduğunu görə bilərsiniz. ABŞ-ın ”super amerikalı", “supergüc” film texnologiyaları ən son detallarına kimi rus filmlərində təkrar olunur. Bəzən ssenarilər belə bütün detallarına kimi eynilik təşkil edir. Rus geosiyasəti də ABŞ-ın, bütövlükdə qərb sivilizasiyasının uğursuz təkrarıdır. Rusiya Monro doktrinasının, Spikmen, Mexen və Bzejinskinin geosiyasi nəzəriyyələrinin qarşısına Duqin, Baranov kimi avantüristlərin çağdaş dünyanın reallıqları ilə uzlaşmayan nağıllarını çıxarır. Rusiya Pyotrdan başlayaraq Qərb sivilizasiyasının surətini çıxarır, nəticə isə göz qabağındadır".

Politoloq Rusiya ətrafındakı həlqənin getdikcə daralacağını da qeyd etdi: “Sanksiyalar kəskinləşdikcə və onların Rusiyaya qarşı təsiri artıqca Moskva özünün nüfuz məkanı hesab etdiyi ərazilərin resursları hesabına ayaqda qalmağa çalışacaq. Lakin bunun da uzun müddət davam edəcəyi inandırıcı deyil. Qərb Rusiya ilə kökə vasitəsilə danışmağa cəhd göstərdi, Kreml əzələlərini möhkəmləndirdi və ətrafını əzməyə başladı. İndi zopa vasitəsilə danışmağa çalışır. Rusiya isə eyni davranışları sərgiləyir. Bu isə sübuta yetirir ki, Rusiya ilə hansı dildə danışırsansa danış, o, yenə rus dilində danışacaq. Buna görə də təzyiqlərin getdikcə artacağını və Rusiya ətrafındakı həlqənin daha da daralacağını düşünürəm. ABŞ-Rusiya qarşıdurması dünyaya uzunmüddətli gərginlikdən başqa heç nə vəd etmir. Lakin bu proses artıq qarşısıalınmaz məcraya daxil olub. SSRİ süquta uğradığı zaman Qərb Rusiyanı qorumağa çalışdı. Çünki Rusiyanın parçalanması həmin dövrdə həlli mümkün olmayan problemlərə yol aça bilərdi. Parçalanmış SSRİ-nin yerində 15 yeni dövlət yaranmışdı. Bura Şərqi Avropadakı sosialist məkanına daxil olan dövlətləri də daxil etsək, prosesin ağırlığını müəyyənləşdirə bilərik. Şərqi Avropadakı dövlətlə hələ tam şəkildə Avropanın hüquqi dəyərlər sisteminə daxil ola bilməyiblər, post SSRİ məkanındakı vəziyyət də göz qabağındadır. Təsəvvür edin, eyni vəziyyət çoxsaylı federal təsisatlardan ibarət Rusiyada baş versəydi, Avropa hansı təhlükələrlə qarşılaşardı. İndi isə vəziyyət qismən də olsa dəyişib. Postsovet məkanındakı ölkələrin əhəmiyyətli hissəsi ayaq üstə dayana, müqavimət göstərə bilirlər. Bu səbəbdən də postsovet məkanında yeni mərhələ başlayıb. Rusiya postsovet respublikalarını öz müdafiə xəttinə, Qərb isə bufer zonasına çevirməyə çalışır”./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pens: Rusiyaya qarşı sanksiyaların ləğvi Ukraynadakı vəziyyətdən asılı olacaq  Böyüt

    Pens: Rusiyaya qarşı sanksiyaların ləğvi ...

    5-02-2017, 21:02

  • 
  • Jirinovski: Tramp ABŞ-ın son prezidenti olacaq

    Jirinovski: Tramp ABŞ-ın son prezidenti olacaq ...

    29-07-2017, 13:25

  • 
  • ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalara razılaşıb

    ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalara ...

    23-07-2017, 15:47

  • 
  • ABŞ Ukraynanı Rusiya ilə hədələyir

    ABŞ Ukraynanı Rusiya ilə hədələyir ...

    22-09-2016, 13:19

  • 
  • Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi

    Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi ...

    29-04-2014, 10:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (256)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu