GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan-Türkiyə ittifaqı – Ermənistanın qorxulu röyası

Azərbaycan-Türkiyə ittifaqı – Ermənistanın qorxulu röyası

Tarix: 4-08-2017, 11:04 Bölmə :Siyasət Baxış: 484
İrəvan Bakı və Ankaraya qarşı alternativ sipər axtarır – mühüm gəlişmə; ABŞ-la Rusiya arasında sıxılmağa başlayan işğalçı ölkə çıxılmazda; Qərb paytaxtları Ermənistanın 2013-cü ildəki xəyanətini bağışlayacaqmı?; Ekspert: “İrəvan bilməlidir ki, torpaqların işğalı ona baha başa gələcək...”

Bölgəmiz ətrafında cərəyan edən proseslər daha maraqlı, eyni zamanda təhlükəli bir məcraya adlayıb. Xüsusən də ABŞ-Rusiya münasibətlərinin kritik həddə yaxınlaşması öz təsirlərini Cənubi Qafqazdakı situasiyaya da göstərməkdədir.

Təkcə o fakt ki, Gürcüstanda ABŞ (NATO) tankları ilə Rusiya tankları az qala, buruna-buruna dayanıb (NATO təlimlərinin keçirildiyi Vaziani ilə işğal altındakı Cənubi Osetiya arasında cəmi 65 km məsafə var), özlüyündə çox şey deyir. Bu fonda Türkiyə-Rusiya hərbi əməkdaşlığının dərinləşməsi isə vəziyyətə əlavə siyasi çalar və həssaslıq əlavə eləməkdədir.

*****
Son gəlişmələr region ölkələrini istər-istəməz çevik manevrlər eləmək zorunda qoyur. Və belə görünür ki, vəziyyətdən dolayı ən çox təlaş keçirən də elə bütünlüklə Rusiyadan asılı durumda olan Ermənistandır. İşğalçı ölkənin əndişəsinə həqiqətən də, indi heç vaxt olmadığı qədər əsaslar və motivlər yaranıb.

Onlardan biri də Moskva ilə Ankara arasında bu ilin aprelində əldə olunan və reallaşmaq üzrə olan hərbi müqavilə ilə bağlıdır. Həmin müqaviləyə görə, qardaş ölkə Rusiyadan dünyanın ən müasir raket sistemlərindən olan S-400 kompleksləri alacaq. İlkin mərhələdə Rusiya Türkiyəyə 2 batareya S-400 verəcək. S-400-lərdən birinin Suriya və İrandan gələcək təhdidlərə qarşı şərq bölgəsinə, digərinin isə Yunanıstan təhdidinə qarşı - qərb səmtində yerləşdiriləcəyi deyilir. Amma analitiklərə görə, Ankara S-400-lərin təyinatına düzəlişlər edə bilər. Ermənistanı qayğılandıran həm də budur.

*****

“İrəvan Rusiyanın Türkiyəyə satdığı S-400 raketlərinin Ermənistanla sərhədə, hətta Naxçıvanda yerləşdirilə biləcəyindən narahatdır və bunu açıq dilə gətirməyə başlayıb”. Bu sözləri Axar.az -a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Türkiyənin S-400 raket komplekslərinin sözügedən ərazidə yerləşdirməsini dəstəkləyib. Onun sözlərinə görə, Rusiya Ermənistanda istədiyi raket komplekslərini, o cümlədən “İsgəndər”ləri yerləşdirirsə və bu, açıq-aşkar Azərbaycana qarşıdırsa, Azərbaycan da özünü qorumalı, müasir raket kompleksləri almalıdır.

“Aydındır ki, Rusiya ”İsgəndər" raket kompleksini Azərbaycana satmayacaq. O halda bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq mümkündür. Çünki Qarabağ uğrunda müharibə başlasa, Naxçıvana müəyyən təhlükələr yarana bilər. Türkiyə isə Qars müqaviləsinə əsasən Naxçıvanı qorumalıdır. Bu fonda Türkiyənin Naxçıvana iqtisadi, siyasi və hərbi dəstəyi böyük rol oynayır.

Buna görə də Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı o dərəcədə inkişaf etməlidir ki, Naxçıvanda türk hərbi bazalarının yerləşdirilməsi rəsmiləşdirilsin. O cümlədən Naxçıvanda Türkiyəyə məxsus müasir silah və raket komplekslərinin yerləşdirilməsi də mümkündür. İrəvan bilməlidir ki, Azərbaycan torpaqlarının işğalı Ermənistana baha başa gələcək. Azərbaycana təhlükə yaranması o deməkdir ki, Ermənistan qarşısında bu dəfə təkcə Azərbaycanı yox, Azərbaycan-Türkiyə hərbi ittifaqını görəcək", - deyə ekspert əlavə edib.

İşğalçı Ermənistanı təlaşlandıran məsələlərdən biri də elə İrəvanın cəmi 50 km-liyində olan Naxçıvandır. Nədən ki, erməni tərəf Qarabağ uğrunda müharibə başlayacağı təqdirdə həqiqətən də Azərbaycanın və onun ordusunun diqqətini Naxçıvan tərəfə yayındırmağa çalışa bilər. Naxçıvandan Ermənistana qarşı “2-ci cəbhə”nin açılması isə İrəvan üçün olduqca arzuolunmazdır və ağır nəticələrə gətirəcək. Bu üzdən İrəvan olan-qalan ordusunun mühüm bir hissəsini Naxçıvan səmtinə cəmləmək zorundadır. Bütün hallarda, böyük Qarabağ savaşı başlasa da, başlamasa da Bakı-Ankara ittifaqı, Naxçıvan amili artıq düşmən üçün ən qorxulu yuxuya çevrilib.

*****

Son zamanlar Ermənistan üstəlik, Rusiya-ABŞ ziddiyyətlərinin dərinləşməsi fonunda Türkiyə-Rusiya əlaqələrinin güclənməsindən böyük təlaş keçirməyə başlayıb. Ermənistanın axır vaxtlar NATO, Qərb tərəfə artan reveransları öncəliklə sadalanan amillərlə izah edilə bilər.

Bu yerdə yada salaq ki, hazırda işğalçı ölkənin hərbçiləri Gürcüstanda ABŞ, Almaniya, İngiltərə, Sloveniya, Ukrayna və Gürcüstan hərbçiləri ilə birgə NATO təlimlərində iştirak edir (avqustun 12-də başa çatacaq). Ötən ay isə Ermənistan Rumıniyada Rusiya əleyhinə olan NATO təlimlərinə qatılmışdı.

Görünür, Rusiyaya artıq əmin-arxayın olmayan İrəvan Azərbaycan və Türkiyəyə qarşı NATO timsalında özünə alternativ sipər, yaxud təhlükəsizlik sistemi axtarır. Ancaq nə qədər ki, Ermənistan Kremlin Cənubi Qafqazda əsas hərbi dayağı, forpostu rolunda qalır, çətin ki, NATO, Qərb bu qarantı ona versin.

Təsadüfi deyil ki, bu yaxınlarda erməni jurnalistlərinə ABŞ-Rusiya qarşıdurmasından danışan Amerikanın İrəvandakı səfiri Riçard Millz demişdi ki, “təhlükəsizlik məsələsində seçimi İrəvan özü eləməlidir”. Bu, əslində rəsmi İrəvana aydın bir mesajdır ki, Ermənistan bölgədə Kremlin vassalı kimi qaldıqca, təhlükəsizlik məsələsində ABŞ-a güvənə bilməz və o zamanadək Rusiyaya qarşı ağır sanksiyaların nəticələrini bölüşməyə də hazır olmalıdır.

Moskvaya qarşı sanksiyaların qayəsində isə ilk növbədə Ukrayna məsələsi, Krımın, Abxaziya və Cənubi Osetiyanın işğalı dayanır. Doğrudur, İrəvan Kremlin təzyiqinə rəğmən, Rusiya kimi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayıb - Gürcüstandan keçən yeganə yolun bağlanacağından ehtiyat edərək. Ancaq 2013-cü ildə BMT-də Ukrayna məsələsi səsə qoyularkən Rusiya kimi və 9 ölkədən biri olaraq, Ermənistan dünya birliyinin, Qərbin iradəsinə qarşı gedərək, Ukraynanın ərazi bütövlüyü əleyhinə səs verib. Bunu təkcə Kiyevdə deyil, Qərb paytaxtlarında da yəqin ki, unutmayıblar...

*****

Ermənistanın çıxılmazda olduğunun daha bir sübutu odur ki, indi o, faktiki surətdə Rusiya təhlükəsinə qarşı keçirilən və Ukrayna böhranı ilə, Krımla birbaşa bağlı olan, üstəlik, Ukraynanın özünün də qatıldığı NATO təlimlərinə qatılıb - Ukraynanın ərazi bütövlüyünü tanımaya-tanımaya. Buna növbəti və klassik erməni riyakarlığı da demək olar.

Belə olan surətdə sual ortaya çıxır ki, Qərb Ermənistanın Ukrayna ilə bağlı 2013-cü ildəki xəyanətini heç nə olmayıbmış kimi bağışlayacaqmı? Ermənistan regionda Rusiyanın yeganə legitim forpostu qismində qala-qala, NATO-nun, Qərbin onunla sıx əməkdaşlığına bel bağlaya bilərmi? Ən əsası, işğalçı ölkənin Türkiyə və Azərbaycana qarşı özünə Qərbin timsalında alternativ sipər qazanması mümkünmü?
Bu suallara yəqin ki, önümüzdəki aylarda aydınlıq gələcək./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ tankları Rusiya sərhəddində

    ABŞ tankları Rusiya sərhəddində ...

    20-02-2016, 11:50

  • 
  • Rusiyanın hərb nazirindən İrəvana şifrəli hədə

    Rusiyanın hərb nazirindən İrəvana şifrəli hədə ...

    28-07-2017, 10:30

  • 
  • Amerikanın «Abrams» tankları Gürcüstanda - FOTOLAR

    Amerikanın «Abrams» tankları Gürcüstanda - FOTOLAR ...

    6-05-2016, 01:54

  • 
  • ABŞ tankları Rusiya sərhəddinə yönəldi - VİDEO

    ABŞ tankları Rusiya sərhəddinə yönəldi - VİDEO ...

    8-10-2014, 13:51

  • 
  • Azərbaycan tanklarının Xankəndinə yolu açılır

    Azərbaycan tanklarının Xankəndinə yolu açılır ...

    19-07-2017, 10:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu