Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Şuradan imtina etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. "Ay müsəlmanlar, mən Milli Şuradan imtina etməmişəm", Arif Hacılı Facebook-da yazıb. O, bildirib ki, müsahibədə demədiyi fikir başlığa çıxarılıb və yanlış təsvvür yaranıb: "Mənim dediklərimi də oxuyun. Belə az informasiyadan qlobal nəticələr çıxarmayın. Bəzi dostlar yazır ki, bəy düz etmisən,bir səviyyəsiz isə yazıb ki,bu heç xoş niyyətlərdən xəbər vermir. Başqa bir dost yazıb ki,guya mənim Milli Şuradan imtina etdiyimə görə insanlar ruhdan düşüb ,daha inqilab olmayacaq. Belə sadə deyil. Əgər yalnız məndən asılı olsaydı, nəinki Milli Şuraya, yenidən qazamata, lap ordan da o yana gedərdim. Dostlar məyus olmasın, opponentlər sevinməsin. Nə edəcəyiksə, necə edəcəyiksə məsləhətləşib, ölçüb-biçib xalqımızın, demokratik düşərgənin mənafelərini nəzərə alıb edəcəyik". Xatırladaq ki, AzNews.az saytı Arif Hacılının Milli Şuradan imtina etməsi barədə məlumat yaymışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?