Məlum olduğu kimi Milli Şura sədri Rüstəm İbrahimbəyov saytımıza müsahibəsində partiyalarla bağlı qalmaqal yaradacaq açıqlama ilə çıxış edib.
O, bildirib ki, partiya nümayəndələri heç bir halda bu qurumda həmsədr olmamalıdır. R.İbrahimbəyov onu da bildirib ki, onun bununla bağlı mövqeyi dəyişən deyil.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə AzNews.az-a açıqlamasında isə bildirdi ki, Rüstəm İbrahimbəyovun rəhbərlikdə görmək istəmədiyi partiyalar olmasaydı, Milli Şura da olmazdı:
“Milli Şuranın əsasını Rüstəm İbrahimbəyovun nəzərdə tutduğu iki-üç partiya və qismən siyasi gəncliyi təmsil edən N!DA və AGT təşkil edir. Əgər İbrahimbəyov bu qüvvələrdən kənarda təsir imkanlarına malik Milli Şura görürsə, bizə yalnız ona uğurlar arzulamaq qalır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?