GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakı İrəvanı seçim və fakt qarşısında qoydu - “Ermənistana ən böyük təhlükə Naxçıvandan olacaq...”

Bakı İrəvanı seçim və fakt qarşısında qoydu - “Ermənistana ən böyük təhlükə Naxçıvandan olacaq...”

Tarix: 27-08-2017, 21:22 Bölmə :Siyasət Baxış: 476
Bakı İrəvanı seçim və fakt qarşısında qoydu - “Ermənistana ən böyük təhlükə Naxçıvandan olacaq...”


ABŞ-ın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədri Riçard Hoqlandın öz postundan gethagetdə ortaya qoyduğu, Dağlıq Qarabağ konfliktinə dair 6 prinsipdən ibarət həll variantı sülh danışıqlarının davamı üçün kövrək ümid yaradıb. Əslində bu prinsiplər bəzi detallar xaric, yeni deyil və “Madrid sənədi”ni özəyini təşkil edir. Lakin Xoqlandın dedikləri erməni tərəfini 3 şeyə görə ciddi narahat edib:


1. Həmin prinsiplər Ermənistanın istəyinin əleyhinə olaraq paket həlli deyil, mərhələli həlli nəzərdə tutur. İrəvan isə Dağlıq Qarabağın yekun statusunun bəri başdan müəyyən olunmasında təkid edir.

2. Həmin 6 prinsipdə Laçından Ermənistana yalnız dar bir dəhliz nəzərdə tutur. Yerdə qalan ərazilərin, yəni 7 rayonun Azərbaycanın suverenliyinə qaytarılması tələbi qoyulur. İşğalçı tərəf isə yalnız 5 rayonun qaytarılmasını mümkün sayır, Laçın və Kəlbəcərin qeyri-müəyyən müddətə özündə qalmasında təkid edir.
3. Hoqland ilkin mərhələdə təmas xəttində etimad mühitini gücləndirmək üçün müşahidə mexanizmlərinin qurulmasının vacibliyindən danışmayıb. Ötən ilin aprel döyüşlərindən sonra İrəvanın danışıqlara qayıtmaq üçün əsas şərti də məhz bu idi – müşahidə mexanizmləri hesabına status-kvonu möhkəmlətmək, özünə qarşı cəzasızlıq atmosferi yaratmaq.

Yəni amerikalı vasitəçi faktiki surətdə bu şərti sıfırlayıb. Bu da o anlama gəlir ki, erməni tərəf sülh danışıqlarından yayınmaqda davam edərsə, növbəti “aprel sindromu”na tuş gələ bilər ki, buna görə də həmsədrləri yox, özünü suçlu bilməlidir.

Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov doğru olaraq məhz bu nüanslara əsaslanmaqla bəyan edib ki, “əgər Ermənistan da Xoqlandın açıqladığı prinsipləri məqbul hesab edirsə (Nalbəndyan təxminən belə demişdi – red.) o zaman substantiv danışıqlara başlamaq olar”.

Belə bir gəlişmə bir sıra erməni təhlilçilərində bununla Bakının İrəvanı artıq fakt qarşısında qoyduğu və “topun indi Ermənistan tərıfdə olduğu” haqda bədbin qənaətlər yaradıb. Yəni bu dəfə də Ermənistanın danışıqlardan yayınması onun üçün asan olmayacaq və hətta müharibə riskini artıracaq. Erməni analitiklərin biri isə deyib ki, kaş ki, sentyabrda Nyu-Yorkda planlaşdırılan Məmmədyarov-Nalbəndyan görüşü hansısa texniki səbəbdən baş tutmayaydı. Çünki hesab edilir ki, İrəvan budəfəki danışıqlara uğursuz, Azərbaycanın əlinə işləyən mövqe ilə gedir.

*****

Lakin danışıqlardan aşkar imtina ilk növbədə İrəvan uçub risklidir, ona görə ki, labüd müharibəyə aparır. Müharibə ehtimalı isə artmaqdadır.

“Cənubi Qafqazda geniş miqyaslı müharibə ehtimalı böyükdür”. Musavat.com-un məlumatına görə, bu barədə xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə tanınmış rusiyalı ekspert Qriqori Trpofimçuk 1 in.am erməni nəşrinə müsahibəsində deyib.

Analitik müharibə variantında ermənilərin ən çox təlaşlandığı Naxçıvan istiqamətindən təhlükədən və Naxçıvanda Türkiyə və Azərbaycanın güclənən hərbi əməkdaşlığından danışarkən deyib: “Qarabağ konflikti qızışarsa, nəzəri cəhətcə hərbi əməliyyatların Naxçıvan istiqamətində olması da mümkündür. Azərbaycan Naxçıvanın önəmini əla başa düşməklə yanaşı, bu regionun zəif tərəflərini, əlverişsiz coğrafi mövqeyini də yaxşı anlayır. O üzdən də təhlükəsizlik nöqteyi-nəzərdən düzgün hərəkət edir ki, Naxçıvanın müdafiəsini möhkəmlədir. Çünki əgər Azərbaycan Dağlıq Qarabağa zərbə endirsə, o halda Naxçıvan zərbə altında qala bilər. Başqa yandan, təhlükə var ki, Azərbaycan Ermənistana məhz Naxçıvandan zərbə vuracaq”.

“Naxçıvan – bölgədə hərbi əməliyyatlar başlarsa, Cənubi Qafqazın diqqət mərkəzində olacaq məntəqələrindən biri olacaq. Türkiyə və İran regionun qonşuluğunda yerləşir – biz hələ Naxçıvanın Ermənistanla həmsərhəd olmasını demirik. Qarabağ zonasında real müharibə alovlanarsa, bu, böyük müharibə olacaq. Təbii ki, o halda həm Ermənistanın, həm də Azərbaycanın paytaxtlar da daxil, bütün iri şəhərləri raket zərbələri altında olacaq. Zərbələr isə bütün mümkün məntəqələrdən endiriləcək. Naxçıvandan danışırıqsa, Azərbaycan bu nahiyədə çox əlverişli mövqeyə malikdir. Demək, Naxçıvan mümkün müharibə zamanı mühüm strateji önəm daşıya bilər”, - deyə ekspert qeyd edib.
Q.Trofimçuk Azərbaycanla Ermənistan arasında böyük müharibə ehtimalını isə ciddi hesab edir. “Hazırda biz Qarabağ probleminin həllini görmürük. Üstəlik, keçən ilin aprelindən sonra vəziyyət daha da pisləşib. Başa düşürük ki, indiki durum daha çox Ermənistana sərfdir. Ancaq Azərbaycan status-kvodan narazıdır. Demək, vəziyyət pisləşməkdə davam edəcək” – politoloq əlavə edib.

*****

1 in.am nəşrinin müxalifyönlü şərhçisi Sarkis Arsruni isə hesab edir ki, mövcud status-kvonun saxlanması əslində ən çox Ermənistanın və Dağlıq Qarabağ ermənilərinin ziyanına işləyir.

Erməni təhlilçisinin bu xüsusda şərhində deyilir: “Son iki gündə (Hoqlandın açıqlamasından keçən zaman nəzərdə tutulur - red.) bizim siyasi sistemin köhnə xəstəliyi yenidən özünü göstərməyə başlayıb. Məsələ ondadır ki, uzunmüddətli perspektiv üçün status-kvonun saxlanmasına stavka eləmək - ən azı üç səbəbdən avantürizmdir: əvvəla, bizim müharibə üçün resurslarımız və müttəfiqlərimiz yoxdur və status-kvo rejimi yalnız birtərəfli qaydada Ermənistanın Rusiyadan asılılığını gücləndirir. Bu templə biz suverenliyimizin sonuncu elementlərini də itirməkdəyik. Bu halda hətta “Arsax”ın da təhlükəsizliyindən danışmaq mənasızdır. Status-kvo – təkcə ön xətdəki situasiya və ya hərbi göstəricilər demək deyil, bütöv bir sistemdir – hansı ki, hətta səthi analiz zamanı hər keçən il baxımından Ermənistan üçün geriləməni, ölkədən emiqrasiyanı diktə edir”.

Necə deyırlər, əlavə şərhə ehtiyac qalmır. Tək bu əlavədən savayı: işğalçı Ermənistan sülh istəyəcəksə, sülhü, müharibə istəyəcəksə, müharibəni alacaq. Yəni seçimi Azərbaycan yox, Ermənistan etməlidir... /musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Rayonları qaytarmadan sülh olmayacaq" - İRƏVANDA MÜZAKİRƏ

    "Rayonları qaytarmadan sülh olmayacaq" ...

    27-08-2017, 13:47

  • 
  • ​ ABŞ-ın Qarabağla bağlı mövqeyi niyə “DƏYİŞDİ”

    ​ ABŞ-ın Qarabağla bağlı mövqeyi niyə “DƏYİŞDİ” ...

    24-08-2017, 23:23

  • 
  • Həmsədr balans yarada bilibmi?

    Həmsədr balans yarada bilibmi? ...

    14-05-2014, 10:25

  • 
  • Keçmiş həmsədrdən şok etiraf: “O ərazilər qaytarılmaya da bilər”

    Keçmiş həmsədrdən şok etiraf: “O ərazilər ...

    28-09-2013, 13:32

  • 
  • Ayrumyan Bakının İrəvan qarşısındakı SON TƏLƏBİNİ AÇDI: Ermənistanın məhvi üçün DARALAN ZAMAN

    Ayrumyan Bakının İrəvan qarşısındakı SON TƏLƏBİNİ ...

    17-05-2017, 21:45


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu