GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ərdoğanın Bakı və Tehrana kritik səfəri - əsas hədəf

Ərdoğanın Bakı və Tehrana kritik səfəri - əsas hədəf

Tarix: 29-08-2017, 12:30 Bölmə :Siyasət Baxış: 406
Ərdoğanın Bakı və Tehrana kritik səfəri - əsas hədəf


.
Üç paytaxtın ortaq “qırmızı xətt”i; Türkiyə, İran və Azərbaycan bölgə təhlükələrinə qarşı daha sinxron siyasət yürütmək zorundadır..


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda İrana səfər edəcək. Axar.az xəbər verib ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi məlumat yayıb. “Yaxın vaxtlarda Ərdoğanın Tehran səfəri baş tuta bilər. Səfərin tarixi və təfərrüatları müəyyən edilən kimi məlumat verəcəyik”, - deyə Qasımi bildirib.

Xatırladaq ki, az öncə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri Ankarada olmuşdu. Baqerini prezident Ərdoğan da qəbul eləmişdi ki, bu da müzakirə edilən mövzuların aktuallığına, eyni zamanda hərbi təhlükəsizlik çalarına dəlalət edirdi. Baqeridən bir neçə gün sonra isə Pentaqon başçısı Ceyms Mattis Türkiyə rəhbərliyi ilə bir araya gəlmişdi.

Bu qəbildən yüksək səviyyəli görüşlər sözsüz ki, Ankaranın regionda gedən mürəkkəb proseslərin, o cümlədən regional təhlükəsizliyə təsir edən proseslərin episentrində olması və həlledici mövqeyi ilə bağlıdır. Proseslərdən biri də PKK terroru və İraq Kürdüstanının siyasi gələcəyi ilə əlaqədar cərəyan eləməkdədir.

*****

Məlumdur ki, İsrail xaric, regionun aparıcı dövlətləri, Türkiyə, İran, ərəb ölkələri, o sırada İraqın özü sentyabrın 25-də İraq Kürdüstanında keçirilməsi planlaşdırılan müstəqillik referendumunun əleyhinədir. Öz növbəsində muxtariyyət rəhbəri Məsud Bərzani son olaraq Pentaqon başçısı ilə görüşdə israrla bildirib ki, “referendum kürd xalqının haqqıdır və demokratiya prinsipləri ilə ziddiyyət təşkil etmir”.

Bununla da o, səsvermənin təxirə salınmayacağını birmənalı olaraq diqqətə çatdırıb. Hərçənd kürd lider inandırmağa çalışır ki, referendum sırf tövsiyə xarakteri daşıyacaq və səsvermədə əsas suala pozitiv cavab alınacağı təqdirdə, İraqla “mülk bölgüsü” və müstəqil kürd dövlətinin yaradılması dərhal başlamayacaq. Yəni ayrılma prosesi uzunmüddətli və tədrici olacaq.
Ancaq bununla belə, Bərzaninin bu qəbildən vədləri, onun referendumdan sonra da situasiyanı öz nəzarətində saxlayacağına dair sözləri artıq mötəbər qəbul edilmir. Yəni qonşu ölkələrdə bu xüsusda narahatlıq qalır və artmaqdadır.

Təsadüfi deyil ki, Ankarada M.Baqeri ilə Ərdoğan arasında görüşün əsas motivlərindən biri məhz 25 sentyabr referendumu ilə bağlı olub. Və ilk dəfə olaraq İran və Türkiyə bu mövzuda açıq və ortaq narahatlığı, referenduma qarşı ortaq mənfi münasibəti bəyan edib. Hərçənd Bərzani ilə Türkiyə rəhbərliyinin çox isti münasibətləri mövcuddur...

*****

Böyük ehtimalla, prezident R.T. Ərdoğanın İraq Kürdüstanındakı referendum ərəfəsinə təsadüf edəcək qarşıdakı İran səfəri Suriya, terror, təhlükəsizlik, energetika məsələləri ilə yanaşı, bu mövzuda Tehran və Ankaranın daha konkret mövqe bildirməsi ilə yadda qalacaq. Suriya məsələsində iki ölkə arasında fikir ayrılıqlarını da hesaba alsaq, səfərin kifayət qədər kritik mahiyyət daşıyacağı gözlənilir.

Sentyabrın 10-da isə Türkiyə prezidenti iki günlük səfərlə Bakıda olacaq. Ehtimallara görə, Türkiyə lideri həm də Azərbaycanın bu məsələdə aydın mövqeyi ilə Tehrana yollanacaq (təbii ki, iki səfər zaman etibarilə üst-üstə düşməyə, arada müəyyən zaman fasiləsi də ola da bilər).

Yeri gəlmişkən, ötən saylarımızın birində vurğuladığmız kimi, İraq Kürdüstanında referendum məsələsi ölkəmiz üçün də əhəmiyyətsiz məsələ deyil. Birinci ona görə ki, 1 nömrəli müttəfiqimiz, qardaş Türkiyə bu referenduma qarşıdır, çünki kürd dövlətinin yaranmasını öz suverenliyi və ərazi bütövlüyünə ciddi təhdid hesab edir. İkinci o səbəbə ki, Azərbaycanın strateji tərəfdaşı İsrail tam əksinə, bölgədə kürd dövlətinin açıq tərəfdarı kimi çıxış edir.

İstisna deyil ki, prezident Ərdoğanın qarşıdakı Bakı səfəri zamanı, ikitərəfli Yüksək Təhlükəsizlik Şurasının toplantısında bu mövzu da diqqət mərkəzində olsun. Ankara bu məsələdə Bakının konkret mövqeyini dədiqləşdirə bilər və yəqin ki, dəqiqləşdirəcək də.

Bir şey dəqiqdir ki, üç qonşu ölkə - Türkiyə, İran və Azərbaycan nə qədər özəl maraqlara malik olsa da, bölgədəki köhnə və yeni təhlükələrə qarşı daha sinxron siyasət yürütmək zorundadır. Yəni ortaq “qırmızı xətlər” məsələsi...|musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türk prezident İranı “sındırdı”: fars-molla rejimini təhqir edib ayağı altına qırmızı xalı sərdirdi

    Türk prezident İranı “sındırdı”: fars-molla ...

    8-04-2015, 16:40

  • 
  • İrandan ard-arda Türkiyə - Açıqlaması

    İrandan ard-arda Türkiyə - Açıqlaması ...

    7-12-2016, 00:05

  • 
  • Türkiyə Prezidentinin Azərbaycana səfəri təxirə salınıb

    Türkiyə Prezidentinin Azərbaycana səfəri təxirə ...

    18-02-2016, 00:24

  • 
  • Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə Şanxay beşliyinə üzv olur?

    Ərdoğanın Rusiya səfərinin əsas məqsədi: Türkiyə ...

    11-08-2016, 17:14

  • 
  • Ərdoğan rusları şoka salıb

    Ərdoğan rusları şoka salıb ...

    27-06-2016, 20:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu