Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü məktubu ilə rusları, deyəsən, şoka salıb.
Milli.Az bildirir ki, Rusiya KİV hətta Rusiya prezidentinin sözçüsü Dmitri Peskova da inana bilmir. Bildirək ki, Ərdoğanın "Su-24" hərbi təyyarəsinin pilotunun vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərməsi xəbərini mətbuata Peskov açıqlamışdı.
İndi isə RİA Novosti "Ərdoğana yaxın mənbələr onun Putinə məktub göndərdiyi faktını təsdiqlədilər" başlıqlı xəbər yayıb.
Xəbərdə deyilir: "Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın mənbələr onun Rusiya prezidenti Vladimir Putinə məktub göndərməsi xəbərini təsdiqləyiblər. Bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?