Tullantıların yandırılmasına görə Mənzil Kommunal İstismar Sahəsinin rəisi cərimə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonu Zığ şossesi 1 ünvanında tullantıların qalaqlanması və yandırılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Əraziyə keçirilən baxış zamanı bərk mənşəli müxtəlif tərkibli tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı və qalaqlanaraq yandırıldığı məlum olub.
Faktla bağlı sözügedən ərazidə tullantıların idarə olunmasına cavabdeh olan 1saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 135 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Sahib Quluyev barəsində protokol tərtib olunub və o vəzifəli şəxs qismində inzibati qaydada 2000 manat məbləğində cərimə edilib.
Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün S.Quluyevə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?