GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistanın növbəti “qara sentyabr”ı: Moskva İrəvanı daha təhlükəli oyuna qoşur

Ermənistanın növbəti “qara sentyabr”ı: Moskva İrəvanı daha təhlükəli oyuna qoşur

Tarix: 4-09-2017, 18:11 Bölmə :Siyasət Baxış: 452
Ermənistanın növbəti “qara sentyabr”ı: Moskva İrəvanı daha təhlükəli oyuna qoşur


Ermənistanın son anda Gürcüstanda NATO-nun “Agile Spirit 2017” (“Çevik ruh”) hərbi təlimlərində iştirakdan imtina eləməsi işğalçı ölkənin ekspert dairələrində az qala, şok effekti yaradıb. Rəsmi İrəvanın təlimlərə bir müddət öncə yox, məhz bu təlimlər başlayan gün (!) “yox” deməsi dərhal suallar doğurub (təlimlər sentyabrın 3-dən başlayıb və 11-nə qədər davam edəcək).

Əksər təhlilçilər qərarın Moskvanın diktəsi ilə, yəni İrəvanın iradəsi əleyhinə verildiyinə əmindirlər. Bu qənaəti Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsruni Ovannisyanın olayı şərh eləməkdən imtina eləməsi daha da gücləndirib.

Maraqlıdır ki, düz 4 il öncə - 2013-cü il 3 sentyabrda, Ermənistanın Avropa Birliyi (AB) ilə tərəfdaşlıq sazişi imzalaması ərəfəsində də analoji olay baş vermişdi. O vaxt prezident Serj Sərkisyan Moskvada Putinlə görüşdən sonra bəyan eləmişdi ki, Ermənistan AB ilə sənəd imzalamaqdan imtina edir və Putinin layihəsi olan Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına qoşulur.

NATO təlimlərindən imtina da 3 sentyabra təsadüf edir. Yəni bu, işğalçı ölkə üçün rüsvayçı, qara bir tarixin təkrarlanmasıdır. Qərarın Sərkisyanın Rusiya prezidenti ilə Soçidəki görüşündən az sonraya təsadüf eləməsi də diqqət çəkməyə bilməz. Görünür, İrəvanın son vaxtlar Qərbə ünvanlı izafi reverensları Moskvanı təngə gətirib və öz vassalına bir daha yerini göstərməli olub.

Noyabrda isə Ermənistan yenə də AB ilə çərçivə sazişi imzalamağa hazırlaşır. Görək, İrəvanın buna iradəsi, Kremlin isə səbri çatacaqmı?

*****

NATO təlimlərindən imtina Ermənistanın Rusiyanın sözəbaxan vassalı olduğuna şəkk-şübhə saxlamadı. Bunu erməni siyasi şərhçilərinin özləri də etiraf və qeyd edirlər.

“3 sentyabr tarixi yenə təkrarlandı. Ermənistan Gürcüstandakı təlimlərdən imtina elədi. Niyə məhz Ermənistan imtina elədi? Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri bu suala cavab verə bilməyib. Ancaq onsuz da hər şey aydındır – söhbət Moskvanın kobud təzyiqindən və məcbur eləməsindən gedir”.

Bu sözlər erməni siyasi şərhçi Sarkis Arsruninin hadisəyə həsr elədiyi şərhdə yer alıb.

“Ermənistan hakimiyyəti 4 il öncəki kimi, yenə də özündə müvafiq iradə tapa bilmədi və Moskvanın şantajı və təhdidlərinə tabe oldu. Moskva isə İrəvana başqa təsir rıçaqlarına malik deyil və yalnız onu yeni Qarabağ müharibəsi ilə hədələyə və ya Serj Sərkisyan hakimiyyətinin sabitliyinə, hətta Ermənistandakı təhlükəsizliyə birbaşa təhlükə yaradan ünvanlı şantaja əl ata bilər” – deyə bildirən A. Arsruni təəssüflə vurğulayır ki, “son vaxtlar dinamik inkişaf edən Ermənistan-NATO əlaqələrinə bu imtina ilə ciddi zərbə vurulmuş olub”.

“Eyni zamanda bununla Ermənistan-Avropa Birliyi münasibətlərinə, İrəvanın xarici siyasəti şaxələndirmək cəhdlərinə də zərbə dəydi və ölkəmizin nüfuzu, beynəlxalq birliyin gözündə obyektivliyi sual altına düşdü”, - deyə o. vurğulayıb.

Erməni şərhçi daha sonra yazır: “Rusiya-ABŞ münasibətlərində son günlər baş verən dramatik olayları da ciddiyə alsaq, böyük ehtimalla, Moskva Ermənistanı daha təhlükəli və qlobal oyuna cəlb edib. Çox mümkündür ki, Ermənistanın NATO təlimlərində iştirakını ləğv eləməklə Moskva İrəvanın vasitəsilə mahiyyət etibarilə ABŞ-a cavab verir. Bu versiya doğrudursa, demək, o zaman Ermənistan Kremlin antiqərb siyasətində instrumentlərdən birinə çevrilir – özünün ölkəmiz üçün olduqca xoşagəlməz nəticələri ilə, o cümlədən Qarabağ nizamlanması prosesində xoşagəlməz sonuncları ilə birgə. Bu fonda heç bir zəmanət yoxdur ki, Ermənistan son anda Avropa Birliyi ilə çərçivə sazişindən də imtina eləməyəcək. Bu xüsusda Sərkisyanın vədi heç nədir (Ermənistan prezidenti son açıqlamalarının birində sənədin imzalanacağını deyib –red.), çünki qərarlar Moskvada qəbul olunur” – sonda erməni analitik əlavə edib.

*****

Azərbaycanda da İrəvanın qərarı adekvat qarşılanıb və əslində təəccüb doğurmayıb.

“Ermənistan hakimiyyətinin son anda NATO-nun Gürcüstandakı növbəti hərbi təlimindən imtina etməsinin səbəbi aydındır - Moskva qadağan edib!” Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Tiflisdən verilən məlumata görə, NATO-nun təlimlərində bir sıra dövlətlərlə yanaşı, Azərbaycan da iştirak edəcək.

“Əgər bu xəbər təsdiqini taparsa, Bakının doğru addım atdığını vurğulamalıyam. Ermənistandan fərqli olaraq, biz kimsənin diqtəsinə baş əyməməliyik, maraqlarımıza uyğun hərəkət etməliyik, doğru olan da budur” – deyə politoloq qeyd edib.

E.Şahinoğlu həmçinin qeyd edib ki, İrəvan bundan öncəki təlimlərdə iştiraka görə Moskvadan icazə almışdı. Ermənistan tamamən Rusiyadan asılı olduğundan bu ölkənin maraqlarına zidd addım ata bilməz.

Əlavə edək ki, NATO təlimlərdən imtina bir daha Rusiyanın faktiki ucqar quberniyasına çevrilmiş Ermənistanın Dağlıq Qarabağ məsələsində də həlledici söz sahibi olmadığını ortaya qoyur. Bu da o anlama gəlir ki, rəsmi Bakı konfliktin nizama salınmasında müstəsna olaraq Moskva ilə dil tapmaq zorundadır – istər dinc həll yolu olsun, istərsə də hərb variantı.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan son anda NATO hərbi təlimlərində iştirakdan imtina edib

    Ermənistan son anda NATO hərbi təlimlərində ...

    4-09-2017, 14:26

  • 
  • Ermənistan NATO ilə əməkdaşlıqdan imtina etdi- Sarkisyanın Kremlə çağırılmasından dərhal sonra

    Ermənistan NATO ilə əməkdaşlıqdan imtina etdi- ...

    4-09-2017, 09:40

  • 
  • Azərbaycan tanklarının Xankəndinə yolu açılır

    Azərbaycan tanklarının Xankəndinə yolu açılır ...

    19-07-2017, 10:44

  • 
  • “Moskva İrəvanı Qarabağla cəzalandıracaq” - sensasion gözlənti

    “Moskva İrəvanı Qarabağla cəzalandıracaq” - ...

    17-08-2017, 16:12

  • 
  • Moskvadan “yumşaq güc” nümayişi - İrəvan üçün sürpriz Qarabağ ssenarisi

    Moskvadan “yumşaq güc” nümayişi - İrəvan üçün ...

    23-08-2017, 14:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu