GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakı müharibə hazırlıqları içində – hərbi nazirimizin səfərində iki hədəf

Bakı müharibə hazırlıqları içində – hərbi nazirimizin səfərində iki hədəf

Tarix: 14-09-2017, 11:00 Bölmə :Siyasət Baxış: 351
Bakı müharibə hazırlıqları içində – hərbi nazirimizin səfərində iki hədəf


Qarabağ konflikti ətrafında mühüm gəlişmə; Etibarlı silah alıcısı kimi Azərbaycan uğrunda rəqabət güclənib; Bakının İsraildən ABŞ-ın da üstünlük verdiyi “Dəmir gümbəz” alması reallaşır; Rusiyanın işğalçı ölkədəki səfiri: “Azərbaycana silah satışını davam etdirəcəyik...”


Ermənistanın müttəfiqi Rusiyanın Azərbaycana dünya bazarı qiymətinə silah satmaqda davam eləməsi işğalçı ölkədə, az qala, isterik ovqat yaradıb. Dünən məsələ ilə bağlı erməni jurnalistləri Rusiyanın bu ölkədəki səfiri İvan Volınkini sözün həqiqi mənasında sual “yağışına” tutublar.

gundemxeber.az-ın Musavat.com-a istinadən məlumatına görə, erməni KİV nümayəndələri xüsusən də prezident Vladimir Putinin ötən həftə Çində səfərdə olarkən ABŞ-ın Ukraynaya silah verməsinə neqativ münasibət bəsləyən açıqlamasını yada salaraq, diplomatın buna münasibətini öyrənməyə çalışıblar. Yəni rəsmi Moskva məntiqlə postsovet məkanındakı konflikt zonasına (Donbasa) başqa dövlətin silah-sursat göndərməsini məqbul saymırsa, o zaman Rusiyanın özü nədən Azərbaycana silah satsın?

Səfir Volınkınin cavabı bu xüsusda kifayət qədər sərt və ermənilər üçün məyusedici olub. Öncə o, öz prezidentinin sözlərini şərh eləmək səlahiyyətində olmadığını xüsusi qeyd edib. Ardınca isə deyib: “Sizin başqa mövzunuz yoxdur? Siz elə hey bir şeydən yapışıb qalmışınız. Hər dəfə eyni şey. Axı bu haqda nə qədər danışmaq olar? Hər şey aydın deyil ki? Artıq bu məsələ barədə Rusiyanın bütün rəhbərləri danışıb. Biz Ermənistana da silah veririk”.

Erməni jurnalistlərin israrla: “Bəs Rusiya Azərbaycana silah satışını davam etdirəcəkmi”, sualına diplomatın reaksiyası belə olub: “İlahi, nə qəmiş olmusunuz... Mən axı dedim, bu mövzuda sizinlə danışmaq fikrində deyiləm. Mən bu suala cavab verməyəcəyəm. Mən sizə izah elədim ki, prezidentin çıxışını şərh etməyəcəyəm...”

“Yeni Müsavat” bu yerdə xatırladır ki, Stokholmdakı Beynəlxalq Sülh Problemləri Tədqiqat İnstitutunun (SİPRI) az öncə açıqladığı sənədə görə, 2011-2016-cı illərdə Azərbaycan Ermənistandan 20 dəfə çox silah-sursat alıb. Bakı bu silahların böyük hissəsini məhz Rusiyadan əldə edib. Nəticədə bu gün Azərbaycan Rusiya silahını ən çox sifariş edən ölkələrin ilk beşliyinə daxildir. Rusiyanın ümumi hərbi ticarət dövriyyəsinin 4%-i ölkəmizin payına düşür.

***

Rusiyalı diplomatın yuxarıdakı açıqlaması Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İsrailə davam edən səfəri fonunda xüsusilə diqqət çəkir. Məsələ ondadır ki, əgər Azərbaycanın iki mühüm silah təchizatçısından biri Rusiyadırsa, ikincisi də İsraildir. Yəni İsrail və Rusiya silah bazarında faktiki surətdə rəqibdirlər. Ehtimal eləmək olar ki, Moskvaya qarşı Qərbin sanksiyaları gücləndikcə şimal qonşumuzdan ötrü daimi müştəri-alıcıların önəmi, onlar uğrunda rəqabət də artacaq. Demək, Kreml işğalçı Ermənistanın bu xüsusda qınaq və narazılıqlarını daha nümayişkaranə şəkildə qulaqardı edəcək.

Azərbaycanlı hərbi nazirin yəhudi dövlətinə ilk rəsmi səfəri də ən əvvəl hərbi və hərbi-texniki sahələr üzrə əməkdaşlığı daha da dərinləşdirməyə yönəlib. Bundan əlavə, çoxgünlük səfər çərçivəsində İsrailin silahlı qüvvələrinin döyüş təcrübəsini öyrənmək də hədəflər sırasında göstərilir. Bu isə ərazisinin 20%-i erməni tapdağında olan Azərbaycan və onun ordusu üçün müstəsna əhəmiyyət daşıyır. Söhbət həm də müharibə hazırlıqlarından gedir.

Məsələn, dünən xəbər yayıldı ki, Azərbaycanın müdafiə nazirinin rəhbərlik elədiyi nümayəndə heyəti rəsmi səfər çərçivəsində İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub. Müdafiə Nazirliyindən musavat.com-a verilən məlumata görə, qurumun strukturu və fəaliyyəti ilə tanış olan müdafiə nazirinə bildirilib ki, mərkəzin əsas məqsədi qoşunların təşkili, idarə olunması, onlara nəzarət və digər tapşırıqlardan ibarətdir.

Qeyd edək ki, İsrail silahlı qüvvələri böyük döyüş təcrübəsinə malik ordulardan sayılır. Diqqətçəkicidir ki, Zakir Həsənovun səfərdə olduğu günlərdə İsrail Müdafiə Qüvvələri son 20 ildə ən irimiqyaslı hərbi təlimlərə başlayıb.

Digər bir məlumata görə, nazirimizin səfəri çərçivəsində Azərbaycanın yəhudi dövlətindən “Dəmir gümbəz” - ən müasir raketdən müdafiə sistemlərinin alınması da diqqət mərkəzində olub. “Dəmir gümbəz”lə bağlı müzakirələr bir müddətdir ki, gedir və işğalçı Ermənistanda xüsusilə narahatlıq doğurmaqdadır.

Yeri gəlmişkən, bugünlərdə ABŞ-ın özü də bu sistemlərə maraq göstərib və analoji raketdən müdafiə sistemlərinin yerli istehsalını qurmaqdansa, İsraildən “Dəmir gümbəz” almağa qərar verib. Bu məqam sözügedən sistemlərlə bağlı işğalçı Ermənistanın təlaşının nə dərəcədə əsaslı olduğuna bir daha şübhə yeri saxlamır.

***

Bütün bunlar əlbəttə ki, müharibə vəziyyətində olan Azərbaycandan ötrü döyüş hazırlıqlarını gücləndirmək baxımından böyük önəm daşıyır. Yəni həm Silahlı Qüvvələrimizin müasir hərbi texnika və sistemlərlə təchizatı, həm də praktik döyüş təcrübəsini artırmaq - hər ikisi müharibə hazırlqılarının iki əsas komponentini təşkil edir.

Təsadüfi deyil ki, Azərbaycanın güclənən müharibə hazırlıqlarından təlaşa düşən düşmən tərəf dünən səhər saatlarından etibarən Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti irimiqyaslı təlimlərə başlayıb. APA-nın xəbərinə görə, Bağmanlar adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur. Xəbərlərə gərə, ağır artilleriyadan açılan atəş səsləri Ağdamın işğal altındakı kəndlərində, ətraf Ağcabədi və Bərdə rayonlarında aydın eşidilir.

Ancaq belə növbətçi təlimlərlə İrəvan çətin ki, özünü sığortalaya, erməni toplumunu isə sakitləşdirə bilsin. Gerçək belədir ki, Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü ilbəil artırır. Bahalı silahlanma yarışında ölkəmizlə ayaqlaşmaq üçünsə işğalçı ölkənin heç bir resursu yoxdur. Düşmən ölkədə müttəfiq Rusiyaya qarşı isterik ovqatın bir motivi də budur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsrail Azərbaycana silah satışını dayandırmayıb

    İsrail Azərbaycana silah satışını dayandırmayıb ...

    13-11-2013, 13:12

  • 
  • Rusiyadan Azərbaycana silah satışı bərpa olundu

    Rusiyadan Azərbaycana silah satışı bərpa olundu ...

    10-07-2013, 15:31

  • 
  • Moskvanın Bakıya silah satması... - Sərkisyan etiraf etdi

    Moskvanın Bakıya silah satması... - Sərkisyan ...

    28-06-2017, 21:45

  • 
  • ABŞ Rusiyanı cəzalandıracaq

    ABŞ Rusiyanı cəzalandıracaq ...

    1-09-2014, 13:07

  • 
  • Bakının müharibə hazırlıqları – Düşmən təlaşını artıran 5 SƏBƏB

    Bakının müharibə hazırlıqları – Düşmən təlaşını ...

    25-06-2017, 19:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu