İqal Palmor: "Rusiyadan Azərbaycanla silah müqaviləsinin dayandırılması ilə bağlı İsrailə heç bir müraciət edilməyib"
İsrail Azərbaycana silah satışını dayandırması barədə yayılan məlumatları təkzib edib. Virtualaz.org-un ANS PRESS-ə istinadən məlumatına görə, İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İqal Palmor verdiyi açıqlamada bildirib ki, Azərbaycanla imzalanmış silah satışı müqaviləsi qüvvədədir.
Onun sözlərinə görə, Rusiyadan Azərbaycanla silah müqaviləsinin dayandırılması ilə bağlı İsrailə heç bir müraciət edilməyib.
Qeyd edək ki, Azərbaycanla İsrail arasında 1,5 milyard dollarlıq silah satışı müqaviləsi var.
Onu da xatırladaq ki, Avropa mətbuatında ötən gün yer almış məlumatlarda bildirilirdi ki, Rusiya Cənubi Qafqazda qüvvələr balansının dəyişdirilməsinə yol verməmək üçün Azərbaycanla imzalanmış silah satışı müqavilənin dayandırılması üçün İsrailə müraciət edib.
Sorğu
Yeni dizaynımız necədir?