"ATƏT-də 10 illik fəaliyyətimi başa vuraraq, avqust ayından etibarən BMT-də çalışmağa başlamışam".
Bunu bir müddət əvvəl ATƏT-in Vyanadakı Baş ofisində mətbuat xidmətinin əməkdaşı vəzifəsində çalışmış Rəşad Hüseynov bildirib.
R.Hüseynovun sözlərinə görə, bundan sonra o, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə təmsilçisi kimi (National Information Officer, UN Department of Public Information) fəaliyyət göstərəcək: "Media və vətəndaş cəmiyyəti təşkilatları ilə faydalı əməkdaşlıq edəcəyimə ümid edirəm".
Qeyd edək ki, fəaliyyətində yüksək peşəkarlığı ilə seçilən R.Hüseynov 2015-ci ilədək ATƏT-in Bakı Layihə Əlaqələndiricisi ofisinin Mətbuat və İnformasiya Xidmətinin rəhbəri olub. ATƏT-in Bakı Layihə Əlaqələndiricisi ofisi öz fəaliyyətini 2015-ci ildə dayandırdıqdan sonra o, 2 ilə yaxındır ki, Avstriyanın paytaxtı Vyanadakı ATƏT-in Baş ofisində mətbuat xidmətində çalışırdı.
Sorğu
Yeni dizaynımız necədir?