GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistanın 5 rayonluq “güzəşti” - İrəvanın məkrli planı

Ermənistanın 5 rayonluq “güzəşti” - İrəvanın məkrli planı

Tarix: 20-09-2017, 12:33 Bölmə :Siyasət Baxış: 364
Ermənistanın 5 rayonluq “güzəşti” - İrəvanın məkrli planı


İşğalçı ölkənin XİN başçısı Nyu-York görüşü öncəsi özünü “mələk” libasında göstərmək istədi; ekspertlərin bu bəyanata münasibəti fərqlidir...

Ermənistan XİN başçısı Edvard Nalbəndyan 18 sentyabrda İrəvanda keçirilən ümumerməni “Ermənistan-Dispora” forumunda ölkəsinin güzəştə gedə biləcəyini deməklə erməniləri şaşırdıb. Erməni nazir “Ermənistan təhlükəsizlik baxımından Dağlıq Qarabağı təhdid etməyən 5 rayonun qaytarılması ilə bağlı Azərbaycanla danışıqlar aparır” - deyə, bildirib.

Nalbəndyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb. “Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”, - erməni nazir qeyd edib.

Burdaca vurğulayaq ki, elə həmin tədbirdə prezident Serj Sərkisyan diasporanı Qarabağ uğrunda daha da səfərbər olmağa çağırmış və Dağlıq Qarabağın “müstəqilliyi” ilə bağlı iddianın vazkeçilməz olduğunu demişdi. XİN rəhbərinin dedikləri əslində Sərkisyanı təkzib demək deyil. Erməni tərəfi Dağlıq Qarabağın qoparılmasının müqabilində “təhlükəsiz” ərazilərin qaytarılmasını vaxtaşırı mümkün hesab ediblər. Lakin 2016-cı ilin aprelində biz S.Sərkisyanın Lələtəpə uğrunda “mübarizəsi”nin də şahidi olmuşuq. Bu mənada ola bilsin ki, erməni hakimiyyəti yenə də vaxt qazanmaq istəyinə düşüb. Xüsusilə də BMT-də gözlənilən müzakirələr fonunda bu bəyanatın səsləndirilməsi təsadüfə oxşamır.

Digər məlumata görə, Azərbaycan ordusunun genişmiqyaslı təlimlərə başlaması Ermənistanda ciddi qorxuya səbəb olub. Ermənistan mediası “Azərbaycan sürətli müharibəyə hazırlaşır” deyə yazır. O sırada erməni siyasi şərhçi Sarkis Artsruni hesab edir ki, danışıqların nəticə vermədiyini görən Bakı ərazilərin azad olunması üçün müharibəyə hazırlaşır.

Mövzunu “Yeni Müsavat”a şərh edən politoloq Elçin Mirzəbəyli qeyd etdi ki, Nalbəndyanın fikirlərində ən maraqlı məqam onun rəsmi İrəvanın indiyədək irəli sürdüyü iddiaları dolayısıyla təkzib etməsidir: “Belə ki, Ermənistan indiyədək Dağlıq Qarabağ ətrafındakı 7 rayonun separatçı bölgənin təhlükəsizliyi üçün işğal altında saxlanıldığını iddia edirdi. Göründüyü kimi, Ermənistan əvvəlki mövqeyindən ”5 addım" geri çəkilib. Ermənistan Lavrov planından imtina etdiyini heç zaman dilə gətirməyib. Çünki biz Lavrov planının da, Duqinin və Nalbəndyanın açıqlamalarının da yalnız görünən və eşidə bildiyimiz tərəfləri ilə tanışıq. Digər detallar isə açıqlanmır. Ermənistanın xarici işlər naziri də iddia edir ki, digər məqamlar açıqlansa, danışıqlar prosesi pozula bilər. Bu baxımdan, bizə yalnız ehtimal etmək qalır. Bu ehtimalları dəyərləndirmək üçün isə bir suala cavab tapmaq lazımdır: Ermənistan və Rusiya 5 rayonun Azərbaycana qaytarılmasının müqabilində nə istəyirlər? Sərkisyan Dağlıq Qarabağın “müstəqilliyindən” danışır. Hesab edirəm ki, nə Azərbaycan dövlətinin, nə də Azərbaycan xalqının “Dağlıq Qarabağın müstəqilliyini” qəbul etməsi mümkün deyil. Dövlət başçısı bunu dəfələrlə bəyan edib və Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin olunmasının qırmızı xətt olduğunu bildirib. Bu baxımdan, Sərkisyanın iddialarının üzərindən də qırmızı xətt çəkmək lazımdır. Çox güman ki, işğalçı ölkənin başçısı diaspor təmsilçilərini ümidləndirmək və onları davamlı olaraq “sağmaq” üçün belə danışıb". E.Mirzəbəylinin fikrincə, indiki məqamda önəmli olan Ermənistandan daha çox, Rusiyanın nə istəməsidir: “Nə istəyə bilər Rusiya? 5 rayonun müqabilində Azərbaycanın Avrasiya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünümü? Laçın və Kəlbəcər ərazilərinə, o cümlədən Dağlıq Qarabağ ərazisinə ”sülhməramlı qüvvələr" adı altında rus qoşunlarının yerləşdirilməsinimi? Sərhədlərin birgə qorunmasınımı? Biz Rusiyanın arzu və istəklərini yalnız ehtimal edə bilirik".

Qeyd edək ki, ötən həftə Rusiyada Azərbaycan nümayəndə heyəti ilə birgə keçirilən konfransda Putin hakimiyyətinin ideoloqlarından biri Aleksandr Duqin 5 rayonun qaytarılması zərurətindən bəhs etmişdi. Bunun ardınca Ermənistan XİN başçısının dedikləri təsadüfə oxşamır. E.Mirzəbəyli bildirdi ki, Duqinin çıxışlarında 5 rayonun qaytarılması ilə yanaşı, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına və KTMT-yə qoşulması da paralel olaraq yer alır: “Mən Duqinin danışıqlar prosesinin məxfi detalları ilə tanış olduğunu düşünmürəm. Hətta bəzi məqamlar haqqında məlumatlı olsa da Kremlin razılığı olmadan onları dilə gətirməz. Bu baxımdan çox güman ki, Duqin də ehtimallarını dilə gətirir. Bütün bunlardan başqa önəmli olan digər məqamlar da var: digər 2 rayonun taleyi, Dağlıq Qarabağın aralıq və yekun statuslarının necə olacağı və s. Bütün bu məsələlər necə və hansı öhdəliklər əsasında həyata keçiriləcək? Müddət nə qədər olacaq? Rusiyanın öhdəliklərinə necə ”sadiq qaldığını" yaxşı bilirik. Ukraynanın nüvə silahından imtinası müqabilində onun ərazi bütövlüyünə verilən təminata Moskvanın necə əməl etdiyini gördük. Bu baxımdan, hesab edirəm ki, indiki mərhələdə Rusiyanın zəmanətlərinə bel bağlamaq olmaz. Rusiya mərhələli həll planını da çox güman ki, öz maraqlarına adaptasiya etməyə çalışır. Belə olduğu təqdirdə problemin tam həllinə nail olmadan Rusiyanın ehtimal edilən arzu və istəklərinə pozitiv cavab verilməsinin mümkünsüzlüyünü düşünürəm. Beş rayonun qaytarılması yalnız danışıqlar prosesinin davam etdirilməsi üçün təhlükəsiz fundament yarada bilər və bu, belə də qəbul edilməlidir".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a bildirdi ki, Nalbəndyanın fikirləri “Lavrov planı”nın tərkib hissəsidir: “Yalnız 5 rayonun azad olunmasını nəzərdə tutan həll planı bizim xeyrimizə deyil. Çünki 5 rayonun əvəzində statusun müəyyənləşdirilməsini istəyirlər. Bu mənada Lavrovun hazırladığı plan maraqlarımıza cavab vermir. 5 rayon qeyd-şərtsiz azad olunmalıdır, uzaqbaşı separatçılara təhlükəsizlik təminatı verilə bilər. Ancaq biz bilməliyik ki, separatçılar Şuşa, Laçın və Kəlbəcəri nə zaman boşaldacaqlar. Bunlar olmadan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun boşaldılması bizə baha başa gələ bilər”.

Bu ərəfədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları əks-hücum təlimləri keçiriblər (azVision.az). Təlimin gedişatını korpus komandiri general-mayor Karen Abrahamyan izləyib. Təlimə alayın idarə heyəti, minaatan batareya, artilleriya və təminat bölmələri, kəşfiyyat və mühəndis-istehkam taqımları, həmçinin 2 ədəd “SU-25" qırıcı təyyarəsi, 2 ədəd ”Mİ-24" və 1 ədəd “Mİ-8" helikopterləri, tanklar, artilleriya bölmələri cəlb edilib. Bəlkə də bu, Azərbaycan-Türkiyə birgə təlimlərinə və ordumuzun 15 minlik şəxsi heyətinin iştirakı ilə baş tutan təlimlərinə ”cavab" cəhdidir. Ümumən ermənilər narahatdır.

Azərbaycan prezidentinin BMT-nin ali toplantısında iştirak məqsədilə Nyu-Yorka getməsindən sonra S.Sərkisyanın da Baş Assambleyada iştirak qərarı verməsi ermənilərin narahatlığının göstəricisidir./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrəvandan sensasiyalı QARABAĞ GEDİŞİ: torpaqlarımızla bağlı İKİ MÜƏMMA

    İrəvandan sensasiyalı QARABAĞ GEDİŞİ: ...

    19-09-2017, 16:36

  • 
  • Qarabağa dair Putin planı: Nalbəndyan deputatları qapalı görüşə çağırıb deyib ki...

    Qarabağa dair Putin planı: Nalbəndyan deputatları ...

    30-06-2016, 15:26

  • 
  • Davudoğlu iki rayonun qaytarılmasından danışdı - Yeniləndi

    Davudoğlu iki rayonun qaytarılmasından danışdı - ...

    12-12-2013, 23:56

  • 
  • Bu gün Rusiyada Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar aparılacaq

    Bu gün Rusiyada Dağlıq Qarabağ münaqişəsi üzrə ...

    28-04-2017, 10:27

  • 
  • Azərbaycan XİN-in sözçüsü: “Nalbəndyan reallıq hissini itirib”

    Azərbaycan XİN-in sözçüsü: “Nalbəndyan reallıq ...

    22-09-2014, 00:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu