Türkiyə və Ermənistan xarici işlər nazirləri – Əhməd Davudoğlu və Edvard Nalbəndyanın İrəvan görüşü başa çatıb.
Axşam saatlarında baş tutan görüş bir saat yarım çəkib.
Görüşdən sonra Nalbəndyan jurnalistlərin suallarına cavab verməkdən imtina edib. Ermənistan XİN-in görüşlə bağlı bir neçə saat sonra açıqlama yayacağı bəlli olub.
Əhməd Davudoğlu isə yalnız türk jurnalistləri ilə təmasda olacağını söyləyib.
***
"Bir çox mövzuda fikir ayrılıqlarımız var. Buna baxmayaraq, mütəmadi olaraq görüşlərin keçirilməsi önəmlidir".
"Axar.az" Türkiyə saytlarına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu Ermənistan XİN başçısı E.Nalbəndyanla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. Türk və erməni xalqlarının əsrlərdir bir yerdə yaşadığını deyən Davudoğlu bildirib ki, biz digər qonşularımızla olduğu kimi, Ermənistanla da əlaqələrimizin yüksək səviyyədə olmasını istəyirik.
Ermənistanın işğal etdiyi iki rayondan çəkilməsi durumunda Türkiyənin sərhədləri açacağı ilə bağlı iddialara cavab verən Davudoğlu bildirib ki, nə mənim tərəfimdən, nə də Türkiyə hökuməti adından elə bir təklif irəli sürülməyib: “Belə bir müzakirə etməmişik. Bizim hədəfimiz dialoq və görüş mühitinin möhkəm bir psixoloji zəmində yaradılmasıdır".
Türkiyə, Gürcüstan və Azərbaycan arasında çox geniş əməkdaşlıq imkanlarını inkişaf etdirdiklərini deyən Davudoğlu qeyd edib ki, Ermənistanın da bu iqtisadi layihələrin bağçası olmasını istəyirik: “Türkiyənin 2008-ci ildə təklif etdiyi "Qafqazda sabitlik" təklifimiz hələ də gündəmdədir".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?