Türkiyəli nazir İstanbulda aksiyalara qoşulan Azərbaycan vətəndaşları barədə tədbir görülməsini istəyib
Türkiyə hakimiyyəti “Gezi parkı” aksiyasında Azərbaycan vətəndaşlarının fəal iştirakından narazılığını rəsmi Bakının diqqətinə çatdırıb. Bu barədə Avropa.info-ya diplomatik mənbələrdən məlumat daxil olub. Məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycana səfəri zamanı bu məsələ Azərbaycan rəsmiləri qarşısında qaldırılıb. Konkret olaraq, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı Əhməd Davudoğlu aksiya başlayandan bu yana Azərbaycandan xeyli sayda adamın etirazlarda iştirak üçün Türkiyəyə getdiyini vurğulayıb. Azərbaycan tərəfi isə aksiyalarda iştirak edən azərbaycanlıların əsasən Türkiyədə təhsil alan tələbələr olduğunu və insan haqları baxımından onlara qadağa tətbiq etmək mexanizminin mövcud olmadığını Türkiyə rəsmisinin diqqətinə çatdırıb. Cavabında Əhməd Davudoğlu isə Azərbaycan hakimiyyətinə yaxınlığı ilə tanınan bir sıra QHT təmsilçilərinin də aksiyalara qoşulduğunu qeyd edib. Azərbaycan tərəfi isə Ərdoğan hökumətini dəstəklədiyini bir daha vurğulayaraq bu məsələni araşdıracağına söz verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?