Rusiya prezidenti Vladimir Putin Kremldə 20 ölkənin yeni səfirlərinin etimadnamələrinin qəbulu mərasimində BMT-yə çağırış edib.
Putin dünyanın ali orqanını regional münaqişələrə diqqət ayırmağa dəvət edib: “BMT regional münaqişələrin uzunmüddətli nizama salınmasına diqqət ayırmalıdır”.
Rusiya prezidenti qeyd edib ki, bütün ölkələr beynəlxalq sülhü və təhlükəsizliyin təmin olunmasında əsas məsuliyyəti daşıyan BMT Təhlükəsizlik Şurasının müstəsna hüquqlarına hörmət etməlidir”.
Putin Rusiyanın BMT-də islahatların aparılmasını və daha təsirli iş metodunun təşkilinin vacibliyini qeyd edib.
Rusiya mediası Vladimir Putinin “regional münaqişələr” dedikdə Dağlıq Qarabağ münaqişəsini də nəzərdə tutduğunu yazıb.
Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko da hesab edir ki, Putin Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutur.
“BMT vasitəçi kimi üç yolla gedə bilərdi: birinci ssenariyə görə, ATƏT-in Minsk qrupunun 25 illik fəaliyyəti heç bir nəticə vermir və BMT məsələni öz himayəsinə götürür. İkinci ssenariyə görə, Minsk qrupu formatından BMT formatına keçilir və daha yüksək status verilir. Nəhayət üçüncü ssenariyə görə, münaqişə bölgəsinə BMT monitorinq missiyasının göndərilməsidir. Bu, münaqişənin kimin tərəfində qızışdırıldığını öyrənməyə kömək edə bilər. Fikrimcə, BMT Dağlıq Qarabağ münaqişəsinə yalnız bu üç ssenari üzrə dəstək verə bilər”, - deyə o bildirib.
Lakin Fenenko BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə 4 qətnaməsini xatırladaraq qeyd edib ki, BMT-nin münaqişənin həllində iştirakı ilə bağlı hər üç ssenaridə, ərazi bütövlüyü əsas amil olmalıdır./publika.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?