Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti ilə “Böyük İyirmilər”in sammitində görüşündən sonra kimyəvi silahları beynəlxalq nəzarətə götürmək və dünyada bütün kimyəvi silahları məhv etmək istəyi ilə çıxış edib. ANS PRESS-in məlumatına görə, bu barədə “Kommersant”a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Xarici siyasət idarəsinin rəhbəri bildirib ki, Moskva Suriyada kimyəvi silahın ləğv edilməsi üçün maliyyə məsələlərində iştirak edə bilər. Silahların harada və necə məhv ediləcəyi ilə mütəxəssislər məşğul olacaq. Lavrovun sözlərinə görə, Rusiya BMT Baş katibi tərəfindən təklif olunan təftiş komissiyasında mütləq iştirak edəcək.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası, iki həftəlik intensiv məsləhətləşmələrdən sonra Suriyada ehtiyatda olan kimyəvi silahın zərərsizləşdirilməsi və aradan qaldırılması ilə bağlı planı dəstəkləməsi ilə bağlı qərar qəbul edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?