GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ARTIQ 3-cü DÜNYA SAVAŞI BAŞLAYIB, ANCAQ… - Görünməyən savaşların sirri

ARTIQ 3-cü DÜNYA SAVAŞI BAŞLAYIB, ANCAQ… - Görünməyən savaşların sirri

Tarix: 20-10-2017, 14:15 Bölmə :Siyasət Baxış: 351
ARTIQ 3-cü DÜNYA SAVAŞI BAŞLAYIB, ANCAQ… - Görünməyən savaşların sirri


Dünya tarixini çox yaxşı bilənlərə məlumdur ki, 1-ci Dünya Savaşının gündəmə gətirilməsinin əsas səbəbi Avropanın və ABŞ-ın birlikdə bir sıra dövlətləri və coğrafi regionları öz nəzarətlərinə alması üçün aparılan qlobal siyasətin tərkib hissəsi olubdur. 2-ci Dünya Savaşının isə dünyadakı milli dövlətləri iki qütb arasında, kapitalizm və kommunizm arasında paylaşmaq, bununla yanaşı Birləşmiş Millətlər Təşkilatının bayrağı altında toplamaq üçün törədildiyi də bəllidir. Hal-hazırda bütün dünyanı təhdid edən problemlərdən biri isə 3-cü Dünya Savaşının yaratdığı fəsadlar və bunun ən təhlükəli problemlərdən ibarət olmasıdır. İndi bunun adını Qərb çevrələri “yeni dünya düzəni” qoyublar. Yəni “dünyanı tək gücün iradəsilə bir dövlətin nəzarətinə alınması”, “dünyanın vahid pul kütləsilə idarə olunması”, “böyük güclərin ordularını birləşdirən vahid ordu” əmsalı şəklində dəyərləndirilməsidir. Bu sırada dünyamızda hər hansı bir savaş olayını gündəmə gətirmək elə də asan başa gəlmir. Bunun üçün bir sıra şərtlər tələb olunur. Bütün bunlar olmadıqca böyük savaşlar gündəmə gətirilə bilməz.


Qlobal savaş böhranı

Son iki ildə bütün dünyanı saran əsas qlobal prolem yeni iqtisadi və maliyyə böhranlardır. Bu qlobal xəstəlik və virusdan heç bir dövlət kənarda qalmayıbdır. Bu problemlərin məngənəsində çabalayan dövlətlərin qarşısında isə duran bir sıra suallar mövcuddur:
1. İnsanların işini və aşını itirməsi,
2. Artıq əhalinin böyük əksəriyyətinin əlində nəyisə itirəcəyi qalmaması,
3. Bütün cəmiyyətlərin depressiya durumunu yaşaması,
4. İctimai quruluşun fərqlərinə baxmayaraq, bütün dövlətlərdə ağır həyat şəraitinə görə insanların hər şeydən bezməsi,
5. Xalqların mövcudluğu məsələsində hətta ən ağıllı insanların belə qorxu içində yaşaması həmin problemlərin təməl prinsipləri kimi dəyərləndirilir.

İndi günümüzün problemlərinə dönməklə dünyamıza diqqət etdikdə hər kəsin qarşısında demokl qılıncı kimi başının üstünü kəsdirən “beynəlxalq maliyyə və iqtisadi böhranı”nın yaratdığı durğunluq, yəni “resepsion” ortamının yaratdığı fəsadlar həyatımızı məhv etməkdədir. Sosioloqların hesablamalarına görə başda dünyanın iri çəkili dövlətləri olmaqla yanaşı, sərt diktator rejimlərinin suçu ucbatından və qlobal böhranın səbəbindən 35 milyon insan işini və aşını itirmiş durumda yaşamaq uğrunda sürünməyə məcbur ediliblər. Bu insanlar kasıblıq həddindən də aşağı vəziyyətdə hər gün “ölüm-qalım” mücadiləsini yaşayırlar. 2008-ci ildən indiyə qədər bu məşəqqətli həyat tərzinin şərtləri daxilində həyatda sadəcə sağ qalmaq üçün hər hansı bir savaşa tam hazır durumdadırlar. Təbii olaraq, resepsionnun gündəmə gətirdiyi fəlakətlərin ardınca “depresion” acı fəlakət həddində həyatmıza daxil olaraq bizləri daha da ağır sınaqlara çəkməyə başlayıb. Kütləvi şəkildə işsizlik, kasıblıq, acından ölməmək uğrunda aparılan mübarizələr depresionun əsas tərkib hissəsidir. 3-cü Dünya Savaşının artıq dünyanı sarmış olduğu qlobal maliyyə və iqtisadi böhranlarla müşaiət olunması hərb tarixinin ən qəddar və fəlakətli bir kəsimi hesab edilir. Çünki, bu qəddar savaşa bütün dünya və bəşəriyyət cəlb edilibdir. Bu qlobal böhranın törətdiyi fəsadlardan, bəşəri faciədən hər hansı bir toplum və ya dövlət sığortalanmayıb. Bu savaşın həm alt qatları, həm də görünən tərəfləri bütün idbarlığı ilə bəşəri fəlakət deməkdir. Bunun adını “yeni dünya düzəni” qoymaqla hətta bəşəriyyəti çox ustalıqla və hiyləgərcəsinə aldadırlar. Guya bəşəriyyət yeni düşüncə və həyat tərzinin şərtlərinə uyğunlaşdıqca dünyanın idarə olunması da inkişaf edəcəkdir.

Görünməyən savaşların sirri

Qloballaşma tərəfdarlarının iddialarına görə, dünya birliyi bir bütün olduqca daha da inkişaf proseslərinə bütün cəmiyyətlərin adaptasiya oluna biləcəyi ehtimalları yüksələ bilər. Bu “dadı şirin”, özü isə “strateji siyasətin acısı” kimi qəbul edilən ictimai və psixoloji dərmanların həbləri hələ ki, heç kimsənin həyat normasını yaxşılaşdıra bilməyib. Qlobal böhranlardan beynəlxalq səviyyədə uzlaşdırılmış şəkildə çıxış nöqtəsinin araşdırlması hələ də aktual olaraq qalır.
İndi qloballaşan dünyada hər şey bir an məsələsinə tabe etdirilməkdədir. Dünyada insanlıq yenə böyük bir fəlakətə doğru yönləndirilir. Kİm bilir 1-ci və 2-ci dünya savaşlarında olduğu kimi silah tüccarlarının nəzarətində olan strateji araşdırma mərkəzlərinin hazırladıqları təlimatlar əsasında milyonlarca insanları ölüm kabusunun hər an qapsayacağı gözlənilən bir anlama çevrilibdir. Bu sırada isə multi milyader olanlar və aclıqdan, genləri dəyişmiş qidaların sayəsində ölənlərin sayı milyonlarla insanın aqibətinə nöqtə qoya bilər. İndi ehtiyac yoxdur ki, hər hansı bir dövlətə qarşı iri miqyaslı hərbi gücün sayəsində hücumlar edilsin. Ən azından genləri dəyişdirilmiş orqanizmlərin sayəsində bütöv bir milləti asanlıqla məhv etməyin texnologiyaları işlənibdir. Bu texnologiyanın hesabına istənilən toplumu qısa bir zamanda asanlıqla qısırlaşdırmaq belə mümkündür. Bu savaşın ardında duranların kimliyi isə savaş bitdikdən sonra bəlli olacaqdır. Çünki, super zənginlərə çevrilən transkontinental şirkətlər və ya dövlətlər savaş bitdikdən sonra öz varlıqlarını nümayiş etdirirlər. Qısaca “resepsion+depresion=armagedon” (3-cü Dünya Savaşı) bütün bəşəriyyəti təhdid edərək acı bağırsaq kimi uzanmaqda davam edir. Çünki, qlobal maliyyə və iqtisadi böhranların nə zaman, hansı şəraitdə bitəcəyini heç bir kimsə proqnozlaşdıra bilmir. Bu idarəolunan savaş tarixin ən qəddar və zülmkar dövrünə qədəm qoyubdur. Bir sıra texnoloqlar iddia edirlər ki, köhnə dünya və baxışlar yıxılmayınca, yeni dünya düzəninin qurulması mümkün olmayacaqdır. Ancaq, bu böhranları gündəmə gətirən dövlətlərin qlobal böhran öncəsi ərzaq təhlükəsizliyi barədə qəbul etdikləri qərarları və bu yöndə atdırları addımları diqqətlə təqib etdikdə bəlli olur ki, onlar bütün bunlara öncədən xüsusi hazırlıqlar görüblər. Qlobal iqtisadi və maliyyə böhranlarının tüğyan etdiyi bir zamanda ən çox qazanc əldə edən də məhz bu dövlətlərdirlər.

Dəbdə olan postmodernizmin diktatorluğu

Ağır iqtisadi və maliyyə böhranları içində çabalayan dövlətlərdə daxili savaşları, qarşıdurmaları gündəmə gətirən “yeni dünya düzəni” siyasətinin müəllifləri bir sıra ictimai qurumlar və ya fondlar yaratmaqla problemlərin miqyasını süni şəkildə daha da ağırlaşdırmaq strategiyasını gündəmə gətiriblər. Yeni dünya düzəni anlayışı köhnə və ənənəvi baxışların tamamilə dəyişməsi kimi xarakterizə olunmaqla proseslərin içində əsas hədəflərdən yayınmağı asanlıqla bacarmaq taktikası yaşanılır. Hətta cəmiyyəti buna inandırmaq üçün psixoloji təsir vasitələri də tətbiq olunur. Şou proqramlarının kütləviləşməsi, insanların qarşılaşdıqları ağır həyat tərzinin səbəblərindən yayındırmaq üçün bu üsul daha ucuz və asan başa gəlir. Guya postmodernizm düşüncəsi və həyat tərzi kütləviləşməklə cəmiyyəti bəşəri inkişafa aparır. Əslində bu geosiyasi prosesdə ictimai fəlakətlərin daha da dərinlışməsinin səbəbkarı olduğunu bütün ciddi-cəhdlə gizli saxlanılır. Onları ictimai qınağa çəkdikdə isə, açıq şəkildə heç nə olmamış kimi fikirlərini belə izah edirlər: “Zatən tarixdə də belə olubdur. İnsan oğlunun özəllikləri səbəbindən tarixdə yaşanılanları yenidən təkrar edir. Həyat şəraitini daim yaxşılaşdırmaq istəyən insanlar bundan yaxşısını tapa bilməyib”.
Çağdaş dünyada yüksək texnologiyanın inkişaf etməsi sayəsində artıq hər şeyi xüsusi nəzarətə almaq problemi qalmayıb. Bu isə bəşəri səviyyədə qorxu imperiyasının yaradılmasına hesablanılmış təsir vasitəsinə çevrilibdir. İndi bir anın içində minlərlə insanın adi telefon danışıqlarını belə nəzarətdə saxlamaq mümkündür. Daim belə bir qorxunun və ya təhdidin altında yaşamağa məcbur edilən toplumları və dövlətləri idarə etmək də asanlaşıbdır. Cəmiyyəti meqapolis siyasətinin tərkib hissəsi kimi hətta süni peyklər vasitəsilə nəzarətdə saxlamaq çox asan olubdur. Postmodernizmin daha çox qlobal siyasi xaraket daşıması həm də təfəkkürlərin dəyişməsinə səbəb olubdur. Buna görə də postmodernizmi asimetrik cəhətdən psixoloji mənada istənilən dövlətdə böyük güclərin şərtlərinə cavab verən bölgələrdəki siyasi gücləri istənilən an iqtidara gətirmək indi çox asan bir iş hesab olunur. Bu şərtlər daxilində iqtidara gətirilən hər hansı bir siyasi gücü istənilən qədər hətta iqtidarda saxlamaq sadələşdirilibdir. Çünki, bu güclər tədricən postmodernizmi diktator cəhətlərinə bağlamağı çox asanlıqla bacarırlar.

Texnoloji gəlişmələrdə savaşın qorxu və təhdidi

Bu gün dünyanı qorxu və təhdid içində saxlamaq üçün özlərini qlobal güc sahibi kimi təlqin edən dövlətlərin maraqları hansı coğrafi məkana tuşlanıbsa, orada fəlakət, rəzalət, aclıq, vətəndaş savaşları hökm sürməkdədir. Bu güc sahibləri milyonlarla insanların məhv edilməsi sayəsində daha da varlanırlar. Onlar çağdaş ictimai texnologiyaları tətbiq etməklə istənilən toplumun və ya dövlətin haqqında dərhal “düşmən obarazı”nı yaratmaqla istədiklərinə nail ola bilirlər. Bu güclərə məxsus dövlətlərdə belə öz vətəndaşları ilə bağlı internet şəbəkələrində yetərincə dosyalara rast gəlmək olar. Yəni postmodernizmə qarşı çıxan kimin olması vacib sayılmır. Onları da həmin aqibət gözləyir. Küçə kameraları da bu gücün tərkib hissəsinə çevrilibdir. Hal-hazırda İraqda savaş bitsə də, digər bir savaş olayı yaşanılmaqdadır. Bu idarəolunan vətəndaş savaşıdır. Belə bir durum Pakistan, Somali, Əfqanıstan, Hindistan, Qırğızstan və digər dövlətlərdə lokal savaşlar məcrasında yaşanılmaqdadır. Silahlı münaqişələrin olmadığı əksər dövlətlərdə isə qlobal maliyyə və iqtisadi böhranların savaşları aparılır. Hakim rolunda isə Avropa Birliyi və ABŞ aparıcı rolu oynayırlar. Təkqütblü dünya siyasətində sorumlu olan da bu güclərdirlər. İndi çox asanlıqla izlənilən dünya həm də kosmosdan idarə olunan savaş modelinin ağrılarını yaşamağa məcbur edilibdir. Çünki, kosmosdan idarə olunan sel fəlakətləri, qarsığalar, hətta zəlzələlər baş verməkdədir. Heç bir qurşunun atılmadığı ölkələrdə isə qanlı savaşlarda olduğu kimi günahsız insanlar strateji hədəflərin qurbanlarına çevrilirlər. Texnoloji gəlişmələr bəşəriyyətin insaniləşməsinə deyil, yırtıcı kapitalizmin ehtiraslarının əsirinə çevrilibdir. Bu total qorxu və təhdidlərə son qoyulmasında isə sorumlu olan hər hansı bir gücün yoxluğu əslində bəşəriyyətin özü boyda qlobal problemlərə səbəb olubdur./muxalifet.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan dünya ictimaiyyətinə çağırış etdi

    Ərdoğan dünya ictimaiyyətinə çağırış etdi ...

    3-09-2015, 17:40

  • 
  • 20 dolların sirri- Video

    20 dolların sirri- Video ...

    14-12-2013, 01:09

  • 
  • Bakıda 41-ci Dünya Skaut Konfransı öz işinə başlayıb - FOTO

    Bakıda 41-ci Dünya Skaut Konfransı öz işinə ...

    14-08-2017, 16:27

  • 
  • Dünya üçün 3 əsas təhdid - İNTERPOL RƏHBƏRİ XƏBƏRDARLIQ ETDİ

    Dünya üçün 3 əsas təhdid - İNTERPOL RƏHBƏRİ ...

    25-06-2017, 11:53

  • 
  • Əli Həsənov: “Bu forumun keçirilməsi Azərbaycan gənclərinin dünya gəncləri sırasına inteqrasiyasına dəstək verəcək”

    Əli Həsənov: “Bu forumun keçirilməsi Azərbaycan ...

    28-10-2014, 13:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu