İnterpolun baş katibi Yurgen Ştok gələcəyin üç əsas təhdidini açıqlayıb.
Yurgen Ştok fikrini “Rossiya 24” telekanalının efirində səsləndirib.
“Mən hesab edirəm ki, qitələrarası səviyyədə mövcud olan terrorçuluq və mütəşəkkil cinayətkarlıq gələcəkdə kibercinayətkarlıqla birlikdə dünya üçün ən əsas təhdidlərdən biri olacaq”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, cinayətkarlar hazırda su, elektrik təchizatı və nəqliyyat sistemlərinə dünyanın istənilən nöqtəsindən hücum etmək imkanına malikdirlər./APA/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?