GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakıda korrupsiya cinayətlərinin istintaqına dair beynəlxalq tədbir keçirilir

Bakıda korrupsiya cinayətlərinin istintaqına dair beynəlxalq tədbir keçirilir

Tarix: 25-10-2017, 11:47 Bölmə :Siyasət Baxış: 424
Bakıda korrupsiya cinayətlərinin istintaqına dair beynəlxalq tədbir keçirilir


Oktyabrın 25-də Bakıda Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşəbbüsü ilə bu qurumun Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) Hüquq Mühafizə Orqanları Şəbəkəsinin “Korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi: cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi” mövzusunda 8-ci görüşü işə başlayıb.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən tədbirə Şərqi Avropa və Mərkəzi Asiya regionundakı 20-dən artıq ölkənin korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlarının rəhbər şəxsləri, bilavasitə korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibini həyata keçirən müstəntiq və prokurorlar, antikorrupsiya məsələləri üzrə ixtisaslaşmış beynəlxalq ekspertlər, OECD-nin rəsmiləri, eləcə də ölkəmizin hüquq mühafizə orqanlarının nümayəndələri daxil olmaqla 70-dən artıq iştirakçı qatılıb.

Azərbaycan Respublikası baş prokurorunun müavini - baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev konfransda çıxış edərək korrupsiya fenomeninin qlobal miqyasda aktuallığını və ona qarşı mübarizədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın artan əhəmiyyətini qeyd edib, OECD-nin rüşvətxorluq, korrupsiya və oxşar mənfi təzahürlərə qarşı mübarizənin öncüllərindən olmasını vurğulayıb. Baş idarənin rəisi təşkilatın Antikorrupsiya Şəbəkəsinin Şərqi Avropa və Mərkəzi Asiya regionunda yerləşən ölkələrdə həyata keçirilən antikorrupsiya islahatlarına mühüm töhfə verdiyini bildirib.
Kamran Əliyev ölkəmizdə korrupsiya hallarına qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etməsi və bu sahədə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykənən qabaqlayıcı, cəza və maarifləndirmə tədbirlərinin kompleks tətbiqi ilə xarakterizə olunan genişmiqyaslı islahatların həyata keçirilməsi barədə iştirakçılara ətraflı məlumat verib.

Ölkəmizlə OECD-nin Antikorrupsiya Şəbəkəsi arasında qarşılıqlı əlaqələrə toxunan Kamran Əliyev Azərbaycan Respublikasının Şəbəkə ilə 2003-cü ildən İstanbul Antikorrupsiya Fəaliyyət Planı çərçivəsində əməkdaşlıq etdiyini, indiyədək respublikamızın üç monitorinq mərhələsini uğurla tamamladığını, IV monitorinq raunduna keçən ilk ölkələrdən biri olduğunu vurğulayıb. Baş prokurorun müavini cari ilin sentyabrında Parisdə keçirilən görüşlər zamanı IV monitorinq raundu çərçivəsində ölkəmiz üzrə qəbul edilmiş hesabatda nəzərdə tutulmuş tövsiyələrin icra vəziyyəti ilə bağlı inkişaf hesabatının uğurla qəbul edildiyini xatırladıb, baş idarənin əməkdaşlarının ekspert qismində İstanbul Antikorrupsiya Fəaliyyət Planı çərçivəsində bir neçə ölkənin monitorinq prosesinə cəlb edilmələrinin mühüm nailiyyət olduğunu diqqətə çatdırıb.

Oktyabrın 27-dək davam edəcək görüşdə ekspertlər tərəfindən təqdimatların keçirilməsi, korrupsiya ilə mübarizənin müxtəlif aspektlərinə dair aparılmış tədqiqatların, təcrübədə qarşıya çıxan problemlərin və onların həlli yollarının, habelə baş idarə tərəfindən ibtidai istintaqı aparılan cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı sorğuların icra vəziyyəti və əməkdaşlıq məsələlərinə dair bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. Eləcə də tədbir iştirakçılarının korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayan və bu sahədə səmərəli mexanizmlərin nümunəvi modeli kimi çıxış edən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanışlığı da planlaşdırılır./AzərTac
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq  davam etdirilir

    Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq ...

    1-06-2016, 00:05

  • 
  • Misir Ərəb Respublikasının nümayəndə heyəti Bakıda

    Misir Ərəb Respublikasının nümayəndə heyəti Bakıda ...

    26-05-2016, 22:06

  • 
  • Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində tədbir keçirib

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə ...

    18-05-2016, 19:25

  • 
  • Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirildi

    Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı ...

    14-02-2014, 15:11

  • 
  • Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə sahəsində  beynəlxalq əməkdaşlığa böyük önəm verir

    Azərbaycan Respublikası korrupsiyaya qarşı ...

    15-09-2016, 20:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu