GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Elçibəyin Bakıya dönüşündən 20 il ötdü

Elçibəyin Bakıya dönüşündən 20 il ötdü

Tarix: 1-11-2017, 11:24 Bölmə :Siyasət Baxış: 381
Elçibəyin Bakıya dönüşündən 20 il ötdü


Oqtay Qasımov: “Əsas hədəf bir il sonrakı seçkilərdə iştirak deyildi...

Mərhum prezident Əbülfəz Elçibəyin bu günlərdə Naxçıvanın Kələki kəndindən Bakıya qayıdışının 20 ili tamam olur. 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğulduğu kəndə gedən və 4 il 4 ay 12 gün orada yaşayan sabiq dövlət başçısının Bakıdan gedişi, orada yaşadığı müddət və paytaxta qayıdışı ilə bağlı ən müxtəlif faktlar üzə çıxıb, mövqelər səslənib.

Sabiq prezident Kələkidə olduğu müddət ərzində elə insanlar olub ki, onu tənha buraxmayıb, daim qoruyub, hətta təhlükəli zamanlarda belə həyatlarını riskə ataraq Elçibəyin yanında olublar. Belə şəxslərdən biri Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovdur.

20 ildən sonra O.Qasımov “Yeni Müsavat”a bəzi maraqlı məqamlar açıqladı: “Elçibəyin o zaman Bakıya qayıtmasında hansısa səbəb axtarmazdım. O dövrün mətbu orqanlarında Əbülfəz bəyin açıqlamaları olmuşdu. Bakıya qayıtmaq istədiyini və bu barədə düşündüyünü demişdi. Hətta Kələkiyə getdiyi ilk zamanlardan belə, konkret olaraq iki həftədən sonra bir açıqlaması olmuşdu. O zaman prezidentin Naxçıvanda olan təyyarəsinin güllə ilə qanadları deşilmişdi. Bu, Elçibəyin geri dönüşünə əngəl olan amillərdən idi. Bakıya 20 il öncə qayıtmasına gəlincə, 1997-ci il iyunun 17-də Əbülfəz bəyin prezidentlik müddəti başa çatırdı, qanuni prezident olaraq. Əbülfəz bəy bu hüququ özündə saxladı və həmin ilin yayından Bakıya qayıtmaq haqqında düşünməyə başladı. Bu yöndə ciddi qərarlar alınmışdı. AXCP və digər siyasi qurumlar, o cümlədən demokratik qüvvələrin birləşdiyi Demokratik Konqres Əbülfəz bəyin Bakıya gəlişini müzakirə edirdi. O zaman onun Bakıya dönüşü ilə bağlı imzatoplama kampaniyasına da start verilmişdi. 1997-ci ilin sentyabrında AXCP-nin Məclisində Əbülfəz bəyin Kələkidən Bakıya dönüşünün təmin olunması ilə bağlı qərar çıxarılmışdı. Buna uyğun olaraq da, o zaman Milli Məclisdə fəaliyyət göstərən AXCP-dən olan deputatlar bu istiqamətdə fəaliyyət göstərirdilər. Həmin ilin oktyabrında Xalq Cəbhəsinin parlamentində olan deputat qrupu bəyanat verdi ki, onlar Kələkiyə Əbülfəz bəyin Bakıya dönüşünü təmin etmək üçün deputatlardan ibarət bir qrupu göndərməkdə qərarlıdırlar. O zaman deputatlardan Mirmahmud Mirəlioğlu, Qulamhüseyn Əlibəyli və Nizami Quliyev Kələkiyə gəldilər. Dövlət qurumları ilə aparılan telefon müzakirələrindən sonra Əbülfəz bəyin gəlişinə olan maneələr aradan qaldırıldı. Nəticədə o dönüşü təmin etmək mümkün oldu. O vaxt təxribatların ola biləcəyi barədə də bəhanələr gətirilirdi. Amma Əbülfəz bəy qəti şəkildə bəyan etmişdi ki, Bakıya gəlməkdə qərarlıdır, təşkilatın verdiyi qərar hörmətlə yanaşır, verilən qərara da əməl edəcək və onun icrasında da iştirak edəcək. Əbülfəz bəy Bakıya gəldiyi zaman hakimiyyət tərəfindən olan maneələr aradan qaldırıldı. Sadəcə, Naxçıvandan Əbülfəz bəyi yola salarkən elə şərait yaradıldı ki, insanların bundan xəbəri olmasın. Bəyi Naxçıvan Hava Limanına gətirən maşın karvanı elə gəldi ki, insanlar xəbərsiz oldular”.

Elçibəyin köməkçisi onun Bakıda ilk hara getdiyini də açıqladı: “O zaman minlərlə insan Əbülfəz bəyi qarşılamaq üçün aeroporta gəlmişdi. Biz orada qarşılanandan sonra Xəqani -33 ünvanına gəldik, o zaman Azərbaycan Xalq Cəbhəsi Partiyasının müvəqqəti qərargahı orada yerləşirdi, bildiyiniz kimi, həm də ora ”Azadlıq" qəzetinin redaksiyası idi. Orada qısa bir toplantı oldu və ondan sonra Əbülfəz bəy qardaşı, rəhmətlik Almurad Ağanın evinə getdi. Səhəri gün də ümumi toplantıları, görüşləri oldu. Həmin vaxt Əbülfəz bəyin Bakıda evi yox idi. O zaman Bəyə İstanbul evlərində ev verilmişdi. Amma Əbülfəz bəy o evdə bir saat da olmadı. Gəlişinin ilk günlərindən qardaşıgildə olurdu. Sonradan “Cıdır”ın yanında yaxın dostlarından birinin evi var idi, ora köçüb orada yaşadı. Dostu yaşamaq üçün o evi Elçibəyə vermişdi".

O.Qasımov Elçibəyin Bakıya gəlişinə heç zaman peşman olmadığını söylədi: “Əbülfəz bəy Kələkidə olarkən Bakıdakı vəziyyətlə bağlı kifayət qədər məlumatlı idi. Azərbaycan və regionda baş verən hadisələrlə daim maraqlanırdı. Orada informasiya qıtlığı yaşadığımızı deyə bilmərik. Bura gələrkən Əbülfəz bəy nəsə bir fövqəladə halların baş verə biləcəyini də hesablamamışdı. O, reallıqları yaxşı bilirdi. Hər kəs yaxşı bilir ki, Əbülfəz bəy gələndən sonra müxalifət düşərgəsində, özünün partiyası AXCP-də, o cümlədən cəmiyyətdə siyasi proseslərdə canlanma oldu. Bəy problemləri yaxşı bilirdi və bunu həll etməyin üzərində işləyirdi. O dövrü xatırlayanlar onu da yaxşı bilir ki, Əbülfəz bəy gələndən sonra AXCP, demokratik qüvvələri birləşdirən Demokratik Konqres, əlavə təşkilatlar yaradıldı. Azərbaycan ziyalılarını birləşdirən Aydınlar Birliyi yaradılmışdı, Bütöv Azərbaycan Birliyi qurulmuşdu. 1998-ci il seçkiləri ərəfəsində müxalifətin böyük hissəsini özündə birləşdirən SİDSUH hərəkatı quruldu. Qarabağ məsələsini özündə birləşdirən Müqavimət Hərəkatı da yaradılmışdı. Bunları sadalamaqla onu demək istəyirəm ki, Əbülfəz bəy burada boşuna dayanmadı. Həmin dövrdə siyasi qurumları birləşdirmək, fəaliyyətlərini canlandırmaq yönündə ciddi işlər qura bildi. Sadəcə, tale imkan vermədi ki, görülən işlərin nəticələri özünü təsdiq etsin”.

Müsahibimiz eks-prezidentin gəlişində ən çox əməyi keçənlərdən də danışdı: “Burada konkret şəxsin adını çəkmək imkansızdır. Çünki Əbülfəz bəyin Bakıya gəlişini cəmiyyətin böyük kəsimi istəyirdi. Amma istənilən halda onun paytaxta gəlişində ən çox rol oynayan lideri olduğu təşkilat və bu təşkilatla müttəfiqlik edən Demokratik Konqres, digər qurumlar idi. Kiminsə adını, yaxud hansısa bir təşkilatı önə çıxarmaq düzgün deyil. Azərbaycan cəmiyyətinin istəkləri və fəaliyyətini burada qiymətləndirmək daha doğru olar. Onu da deyim ki, Əbülfəz bəyin gəlişi zamanı əsas hədəf bir ildən sonrakı seçkilərdə iştirak etmək deyildi. Bəli, Elçibəyin hədəfləri var idi və onlardan biri də seçkilərdə iştirak idi. Amma bir il öncəki seçkilərlə bağlı Bakıya gəldiyi barədə fikirlərlə qətiyyən razılaşmıram. 4 il 4 ay onunla birlikdə Kələki kəndində olan şəxs kimi deyirəm ki, qayıdış barədə daim düşünülürdü. Sadəcə, müəyyən problemlər var idi, şərtlər də yetişməmişdi. 1998-ci ilin fevralındakı qurultayda namizədliyi partiyası tərəfindən irəli sürülmüşdü. Amma onun müttəfiqləri tərəfindən dəstəklənmədiyi barədə fikirlər doğru deyil. Düzdür, 20 ildir ki, bu məsələ müzakirə edilir. Könül istərdi ki, bütün təşkilatlar Əbülfəz bəyin vahid namizədliyini dəstəkləyərdilər. Lakin reallıqdır ki, 1992-98-ci illər aralığında ölkədə siyasi mühitdə çox dəyişikliklər olmuşdu. Bu dəyişikliyə də uyğun hərəkət etmək lazım idi. 1998-ci ildə Demokratik Konqresdə müxalifətin vahid namizəd məsələsi müzakirə olundu və orada yekun qərar verilmədi. Seçki mühiti o zaman qaneedici olmadığından müxalifətin böyük kəsimi seçkiləri boykot etdi, nəticədə SİDSUH hərəkatı yaradıldı. Müxalifət düşərgəsindən yalnız Etibar Məmmədov seçkilərə qatıldı. Deməyim odur ki, Əbülfəz bəyin Bakıya gəlişindən sonra bu hadisələrin yaşanmasının onda xəyal qırıqlığı yaratdığını demək bilmirəm nə dərəcədə doğrudur. İstənilən halda Əbülfəz bəy Bakını tərk etdikdən sonra xeyli hüquqi dəyişikliklər baş vermişdi ki, bunları nəzərə alıb hesablaşmaq lazım idi”./pia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əbülfəz Elçibəyin vəfatından 17 il ötür

    Əbülfəz Elçibəyin vəfatından 17 il ötür ...

    22-08-2017, 10:46

  • 
  • Elçibəyin müşaviri vəfat edib

    Elçibəyin müşaviri vəfat edib ...

    24-08-2014, 12:51

  • 
  • Elçibəyin köməkçisindən sərt cavab – “Atdığın iftiranı…”

    Elçibəyin köməkçisindən sərt cavab – “Atdığın ...

    26-05-2016, 16:58

  • 
  • “Elçibəyin zəhərlənməsi” işindən nə xəbər?

    “Elçibəyin zəhərlənməsi” işindən nə xəbər? ...

    25-06-2013, 11:32

  • 
  • Elçibəyin adına küçə, prospekt olacaq

    Elçibəyin adına küçə, prospekt olacaq ...

    16-03-2017, 22:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu