Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə və İraqın baş naziri Heydər əl-Abadiyə başsağlığı məktubu göndərib.
Prezident yazır ki, İranın qərbində İraqda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər onu olduqca kədərləndirib.
Dövlər başçısı faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə, yaxınlarına, İran və İraq xalqına Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir. Yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayır.
Noyabrın 12-də İran-İraq sərhədində 7.3 bal gücündə zəlzələ baş verib.Zəlzələ nəticəsində yüzlərlə insan ölüb və yaralanıb./amerikaninsesi.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?