GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistanın taleyi həll edilir - Ölkə yeni qanlı toqquşmalar astanasında

Ermənistanın taleyi həll edilir - Ölkə yeni qanlı toqquşmalar astanasında

Tarix: 15-11-2017, 00:38 Bölmə :Siyasət Baxış: 341
Ermənistanın taleyi həll edilir - Ölkə yeni qanlı toqquşmalar astanasında


Boynunda “rus ilgəyi” olan Sərksiyan üçün çoxməchullu tənlik ; İrəvanda tələbə etirazlarının bu həftə pik həddə çatacağı gözlənilir – ölkə yeni qanlı toqquşmalar astanasında; 24 noyabra kimi həm Brüssel, həm də Moskva ilə anlaşmalı olacaq Sərkisyan Kremlin “dobro”sundan məhrum ola bilər...

Dünən - həftənin birinci günündən etibarən işğalçı Ermənistanı yenidən kütləvi tələbə etirazları bürüyüb. “Yeni Müsavat”ın xəbər verdiyi kimi, tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsinə qarşı çıxırlar. Onlara cəmiyyətin digər təbəqələri, ələlxüsus əsgər anaları da dəstək verir.

Qanun layihəsi bu gün və sabah - noyabrın 14-17-si arası parlamentin plenar iclasının müzakirəsinə çıxarılacaq. Oktyabrın 27-də o, artıq 1-ci oxunuşda qəbul edilib. Bununla belə, 5-ci gündür davam edən etirazlar müəyyən nəticə də verib. Belə ki, musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, müdafiə nazirinin müavini Artan Zakaryan deyib ki, qanun layihəsinə bəzi düzəlişlər edilib. Həmin düzəlişlərə görə, yeni qanun müstəsna istedadı olan tələbələrə şamil olunmayacaq. Yəni onların möhlət hüququ saxlanacaq.

Lakin tələbələr bunu yetərli saymırlar. “Elmin İnkişafı Naminə” hərəkatın koordinatoru David Petrosyan bildirib ki, hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi elm sahəsinin maliyyələşdirilməsinin azlığı və təhsilin keyfiyyətinin aşağı səviyyədə olmasının göstəricisidir. “Bunu da ölkədə hamı bilir”, - deyə o qeyd edib.

*****

Onu da qeyd edək ki, etirazçıların məsələ ilə bağlı bu günədək baş nazir Karen Karapetyan və müdafiə naziri Vigen Sərkisyanla keçirdikləri görüşlər nəticəsiz bitib. O üzdən aksiyaların bu həftə - sənədin müzakirə edildiyi günlərdə pik həddinə çatacağı istisna olunmur. Hakim rejimin kriminal mahiyyətini nəzərə alsaq, qanlı toqquşmalar da mümkündür. Bu isə ilk növbədə prezident Serj Sərkisyan üçün yeni başağrısı və sınaq deməkdir - həm də beynəlxalq insan haqları təsisatları qarşısında.

Sərkisyan isə sabah Moskvaya səfərə hazırlaşır. Güman ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ermənistanın daxili durumu da müzakirə predmedi olacaq. İstisna deyil ki, Sərkisyan Kreml başçısından bu xüsusda da qiymətli “təlimatlar” alsın. Bu təlimatlar indi Avropa Birliyinin (AB) 24 noyabr Brüssel sammiti öncəsi xüsusi önəm daşıyır - hansı sammitdə ki, Sərkisyan da iştirak edəcək və AB ilə Ermənistan arasında imzalanması gözlənilən çərçivə sənədinin taleyinə aydınlıq gələcək.

Elə Sərkisyanın öz taleyi də, belə demək mümkünsə, qarşıdakı 10 gündə həll olunur. Bir amili dedik - getdikcə böyüyən tələbə hərəkatı. Məsələ ondadır ki, İrəvandakı tələbə etirazları bütövlükdə hakim rejimdən narazı qüvvələrin hamısını konsolidasiya edə və ayağa qaldıra bilər. İkincisi isə Brüsseldə özünü “yandıracağı” təqdirdə Sərkisyan gələn ilin aprelində yeni baş nazir qismində təsdiqlənməsi üçün Kremlin “dobro”sunu almaya bilər.

*****

Beləliklə, qarşıda Ermənistanın hakimiyyət başçısı üçün kritik 10 gün durur. Bu 10 gündə Sərkisyan həm tələbə etirazlarını sivil üsullarla yatırdıb Brüsselə təməl insan haqları ilə bağlı ciddi qınaqlar olmadan yollanmağı bacarmalı, həm də Moskvada Putindən aldığı son göstərişlərə əməl edib də AB ilə yeni münasibətləri Kremlin maraqlarına toxunmadan qurmağı təmin eləməlidir. Yəni daxili və xarici təhdidlərin öhdəsindən gəlməlidir.

Birinci amildən başlayaq. Böyük ehtimalla, parlament tələbə gənclərin əleyhinə olan qanun layihəsini bu həftə qəbul edəcək. Çünki erməni işğalçı ordusu kəskin çağırışçı problemi yaşayır, başqa yol yoxdur. Demək, etirazlar da güclənəcək ki, səngiməyəcək.

Brüssel sammitinə gəlincə, bu məsələdə də İrəvan dilemma qarşısındadır. Çünki Sərkisyan bir yandan, Qarabağ məsələsinə görə Rusiya ilə münasibətlər üzərində əsirsə, başqa yandan, Avropa Birliyinə, bütövlükdə Qərbə reveranslar hesabına Azərbaycanın Dağlıq Qarabağ məsələsində uğurlu manevr imkanlarını daraltmağa çalışır.

Azərbaycanın belə uğurlu manevrlərdən biri də AB-nin Brüssel sammitində qəbul ediləcək yekun bəyannamənin 2-ci bəndinə Gürcüstan, Ukrayna və Moldova ilə birgə təşəbbüs sayəsində AB-yə tərəfdaş ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı haqda müddəanın daxil edilməsidir. Xəbər verdiyimiz kimi, rəsmi İrəvan bundan çox narahatdır və dəridən-qabıqdan çıxır ki, həmin müddəa oradan çıxarılsın və ya heç olmasa, məxsusi Qarabağ konflikti ilə bağlı Minsk Qrupu həmsədrlərinin tez-tez səsləndirdikləri “üç prinsip” (onların arasında “öz müqəddəratını təyinetmə” də var) əlavə edilsin.

Lakin bundan ötrü Ermənistanın AB-nin müəyyən şərtlərin əməl etməsi, o sırada Rusiyadan uzaqlaşmasını göstərən hansısa hərəkətlər eləməsi vacibdir. Bu isə artıq Moskvanın “quyruğunu” tapdamaqdır. Hətta AB ilə çərçivə sənədinin imzalanması şərtlərindən biri sayılan Metsamor AES-in ləğvi tələbi də Rusiyanın maraqlarına cavab vermir. Çünki sözügedən AES Moskvanın Ermənistandakı dayaqlarından biridir.

Beləliklə, qarşıdakı 10 gündə boynunda “rus ilgəyi” olan Serj Sərkisyanı çoxməchullu bir tənlik gözləyir. Onun yanlış həlli işğalçı ölkənin başçısını bitirə bilər./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Ermənistanda tələbə qiyamı: işğalçı ölkəni qarışdıran 3 səbəb

    ​Ermənistanda tələbə qiyamı: işğalçı ölkəni ...

    11-11-2017, 11:46

  • 
  • Azərbaycanda yeni növ təhsil müəssisələri yaradılacaq

    Azərbaycanda yeni növ təhsil müəssisələri ...

    15-04-2017, 00:39

  • 
  • Kiyevdə qanlı toqquşmalar başladı

    Kiyevdə qanlı toqquşmalar başladı ...

    19-01-2014, 21:35

  • 
  • ​Kataloniyada qanlı toqquşmalar – POLİS ƏHALİYƏ GÜC TƏTBİQ EDİR - FOTOLAR

    ​Kataloniyada qanlı toqquşmalar – POLİS ƏHALİYƏ ...

    1-10-2017, 22:30

  • 
  • Prezidentin şərəf və ləyaqətinin qorunması haqqında qanun layihəsi hazırlanır

    Prezidentin şərəf və ləyaqətinin qorunması ...

    4-10-2013, 13:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu