Bu gün Kiyevdə keçirilən aksiyada qarşıdurma yaranıb. Qarşıdurma ərazisində polis avtobuslarından biri yandırılıb. Hər iki tərəf bir-birinə gözyaşardıcı qaz qumbaraları atıb. Ərazi bu tüstü dumanına bürünüb. Kiyevdə Nazirlər Kabinetinə və Ali Radaya yaxın olan "Dinamo" stadionunun yaxınlığında bir saata yaxındır ki, toqquşmalar davam edir.
10 minə yaxın nümayişçi xüsusi təyinatlıların müdafiəsini yarmaq istəyir. Naməlum şəxslər tüstü şaşkaları atırlar. Onların arasında ələrində dəyənək olan dəbilqəli və maskalı insanlar çoxdur.
Əgər polisin həyatına təhlükə yaransa, DİN-də silah tətbiqini istisna etmirlər. Bu haqda AzadlıqRadiosunun müxbiri xəbər verir. UDAR parlament fraksiyasının lideri Vitali Klichko etirazçılar sakitləşdirrməyə, təxribatlara yol verrməməyə çağırır.
Qeyd edək ki, Kiyevdəki Müstəqillik meydanında keçirilən aksiyada müxalifət liderləri yaxın vaxtlar üçün Fəaliyyət Planını elan edib.
Plana görə, Xalq Radasının (Ali Radaya alternativ) yaradılması nəzərdə tutulur. Daha sonra Xalq hökuməti yaradılacaq ki, bu da Ukraynanı Avropa Birliyinə aparacaq. Bundan başqa, plan Ukraynanın yeni Konstitusiyasının qəbulunu və indiki dövlət başçısı Viktor Yanukovichə inamsızlıq göstərməyi nəzərdə tutur.
Müxalifət yanvarın 16-də Ali Radada qəbul olunan vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmağa yönəlmiş qanunlar paketini "hakimiyyətin qəsbi” adlandırıb.
Yeni qanuna görə, yüksək məbləğdə cərimə nəzərdə tutulmasına baxmayaraq, bu günkü mitinqə 100 mindən çox adam iştirak edib. Onların çox dəbilqələrdə və maskada olublar.
Mitinqdən sonra Avromeydan iştirakçıları yeni qanuna etiraz olaraq piket keçirmək üçün Ali Padanın binasına doğru yürüş ediblər.
Yanvarın 17-də Ukrayna prezidenti Viktor Yanukovich hökumət əleyhinə etirazların keçirilməsi qaydalarını sərtləşdirən qanun imzalayıb.
ABŞ və Avropa Birliyi ölkələri qanunu anti-demokratik adlandırıb. (azadliq.org)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?