GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident İlham Əliyev: "Bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik"

Prezident İlham Əliyev: "Bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik"

Tarix: 16-11-2017, 15:13 Bölmə :Siyasət Baxış: 374
Prezident İlham Əliyev: "Bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik"


Bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Trend-in məlumatına görə, bunu noyabrın 16-da Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Mən burada bizim görkəmli idmançılarımızı görürəm, sizi xüsusilə salamlayıram. Bu gün Abşeron rayonunun həyatında çox əlamətdar bir gündür. Biz Abşeron Olimpiya İdman Kompleksinin açılışını birlikdə qeyd edirik. Bu gözəl hadisə münasibətilə idmançıları, Abşeron rayonunun sakinlərini ürəkdən təbrik edirəm”.

İlham Əliyev bildirib ki, bu, bölgələrdə inşa edilmiş sayca 42-ci Olimpiya İdman Kompleksidir: “Bu rəqəm özlüyündə bir göstəricidir. İndi bizim əksər rayonlarımızda ən müasir idman kompleksləri fəaliyyət göstərir. Əlbəttə, biz növbəti illərdə də yeni komplekslərin tikintisi ilə məşğul olacağıq. Ağcabədi Olimpiya İdman Kompleksi artıq açılışa hazırdır. Bu kompleks yaxın zamanlarda açılacaq. Gələn il də yeni komplekslərin açılışı nəzərdə tutulur”.

Prezident deyib ki, bu idman obyekti Abşeron rayonu üçün çox böyük əhəmiyyət kəsb edir: “Burada 1000 nəfərlik gözəl idman zalı, 1600 nəfərlik stadion, məşq zalları, boks, şahmat bölmələri, açıq idman meydançaları, kort var. Bir sözlə, burada idmanın əksər növləri ilə məşğul olmaq mümkündür. Bu, Abşeron rayonu üçün, idmançılar üçün gözəl bir hədiyyədir. Əminəm ki, həm rayon sakinləri, uşaqlar, yeniyetmələr, eyni zamanda, idmançılar da bu kompleksin imkanlarından istifadə edəcəklər. Beləliklə, bütün bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində növbəti önəmli addım atılır.

Bu kompleksin açılışında bizim Olimpiya, dünya çempionlarımız iştirak edirlər. Mən sizi xüsusilə salamlayıram. Əminəm ki, sizin gələcək fəaliyyətiniz də Azərbaycan idmanına xidmət edəcək. Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. Bizim uğurlarımız indi bütün dünya idman ictimaiyyəti tərəfindən qəbul edilir. Bizim idmançılar Azərbaycanı bütün beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər, bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Bu il bizim iki idmançımız - burada iştirak edən Hacı Əliyev və Məhəmmədrəsul Məcidov üçqat dünya çempionu olublar. Bu, doğrudan da böyük idman nailiyyətidir. Yəni, onlar artıq üçüncü dəfə təsdiqlədilər ki, dünyada birincidirlər. Əlbəttə ki, bizim olimpiyaçılarımızın, üçqat dünya çempionlarımızın qələbələri uşaqları da idman bölmələrinə cəlb edir. Əminəm ki, uşaqlar, yeniyetmələr bu idman kompleksindəki bölmələrdə məşq edəcəklər və gələcəkdə sizin yerinizi tutacaqlar. Çünki idmanın dayanıqlı inkişafı gənc nəslin yetişməsindən başlayır. Gənc nəslin yetişdirilməsi, hazırlıq prosesinin düzgün qurulması üçün şərait olmalıdır. Eyni zamanda, onların qarşısında gözəl nümunələr olmalıdır. Onlar da sizin kimi Olimpiya, dünya çempionları olmaq istəyirlər. Beləliklə, bu gün Azərbaycanda idmanın kütləviliyi də təmin edilir. Biz əlbəttə ki, idmançılarımızın uğurları ilə fəxr edirik. Bu, ölkəmizin şöhrətini daha da yüksəklərə qaldırır. Ancaq bununla bərabər, bundan az əhəmiyyət daşımayan məsələ idmanın kütləviliyidir, vətəndaşlarımızın sağlamlığıdır. İdman insan sağlamlığı üçün bəlkə də əsas vasitədir”.

Dövlət başçısı vurğulayıb ki, bu gün idman ölkəmizin müxtəlif yerlərində artıq kütləvi xarakter alıb: “Mən həmişə tövsiyə edirəm, bu gün də demək istəyirəm, hər bir insan hər gün, hər gün olmasa da, həftədə heç olmasa üç dəfə idmanla fəal məşğul olsun. Bu, insanların sağlamlığı, ümumiyyətlə, ovqatı üçün çox böyük əhəmiyyət daşıyan məsələdir.

Əlbəttə, biz idmanla bağlı siyasətimizi növbəti illərdə davam etdirəcəyik. Bu gün idmançılarımız bütün beynəlxalq yarışlarda ən yüksək nəticələr göstərirlər. Azərbaycanda keçirilmiş Avropa və İslam Həmrəyliyi oyunlarında biz ən qabaqcıl yerlərdəyik. Bu il İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilmişdir və bütün müsəlman aləmində Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Avropa məkanında isə biz ikinciyik. Bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir və bu nailiyyəti bizə bəxş edən idmançılardır. Mən çox şadam ki, bu gün burada bir neçə Olimpiya çempionu - Nazim Hüseynov, Elnur Məmmədli, Namiq Abdullayev, Radik İsayev, Toğrul Əsgərov, Zemfira Meftahətdinova və dünya çempionları iştirak edirlər. Onların sayı kifayət qədər çoxdur. Bir sözlə, bax, budur, bizim idmanımızın qələbələri, qalibləri, hər bir ölkə belə idmançılarla fəxr edə bilər. O ki qaldı Abşeron rayonunun inkişafına, bu rayonda da işlər çox yaxşı gedir. Son illər ərzində böyük quruculuq, abadlıq işləri görülüb, infrastruktur layihələri icra edilir”.

İlham Əliyev bildirib ki, rayonda əsas infrastrukturla bağlı problemlər öz həllini tapıbdır: “Rayonda 16 yaşayış məntəqəsini əhatə edən 7 yol layihəsi icra edilibdir, qazlaşdırma 100 faizdir, elektrik təchizatı ilə heç bir problem yoxdur. İçməli su problemi də tədricən həll olunur. Mənə verilən məlumata görə, Xırdalan şəhərinin su problemi həll olunubdur. Digər qəsəbələrdə də məsələ öz həllini tapacaq. İş yerləri yaradılır. Abşeron rayonunda 100-dən çox sənaye müəssisəsi fəaliyyət göstərir ki, o müəssisələrdə minlərlə insan işləyir. Sosial infrastruktur yaradılır, bu gözəl Olimpiya Kompleksi, 10-dan çox məktəb tikilib və təmir olunub. Bir sözlə, rayonun hərtərəfli inkişafı üçün çox böyük işlər görülür, yeni parklar, ictimai yerlər yaradılır, binalar təmir olunur. Növbəti sərəncamda təmirə ehtiyacı olan binaların da bərpası nəzərdə tutulur. Bir sözlə, Abşeron rayonu hərtərəfli inkişaf edir, gözəlləşir, abadlaşır. Növbəti illərdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək.

Biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq. Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır.

Mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm və idmançılara yeni uğurlar arzulayıram. Rayon sakinlərinə isə yeni nailiyyətlər, cansağlığı, əmin-amanlıq diləyirəm. Əminəm ki, Abşeron rayonunda belə gözəl hadisələr çox olacaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib

    İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin ...

    1-12-2016, 19:06

  • 
  • Prezident İlham Əliyev: "Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya - Horadizə, Lələtəpəyə qayıtdıq"

    Prezident İlham Əliyev: "Biz o torpaqlara ...

    13-11-2016, 13:32

  • 
  • Prezident Abşeron rayonuna səfər edib

    Prezident Abşeron rayonuna səfər edib ...

    16-11-2017, 10:35

  • 
  • Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib

    Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli ...

    28-10-2015, 12:46

  • 
  • Prezident İlham Əliyev: "Biz doğrudan da güclü idman dövlətiyik"

    Prezident İlham Əliyev: "Biz doğrudan da ...

    23-09-2016, 14:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu