GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Putinin “ağır topu” Bakıda - Kremlin iki hədəfi

Putinin “ağır topu” Bakıda - Kremlin iki hədəfi

Tarix: 20-11-2017, 11:00 Bölmə :Siyasət Baxış: 316
Putinin “ağır topu” Bakıda - Kremlin iki hədəfi


Ərazi bütövlüyümüzə təhlükə, yoxsa şimaldan “yumşaq güc” təhdidi; Rusiyanın erməni kökənli XİN başçısı Sergey Lavrov ölkəmizdədir; Azərbaycandan İrəvana yola düşəcək baş diplomat Putinin Bakıdan son istəklərini, yoxsa şərtlərini gətirib? Analitiklər deyirlər ki...

Rusiyanın xarici işlər naziri Segey Lavrovun Bakıya səfəri başlayıb. Azərbaycan XİN-dən verilən məlumata görə, Lavrov 19-20 noyabr tarixli səfəri çərçivəsində həmkarı Elmar Məmmədyarov və digər yüksək çinli rəsmi şəxslərlə görüşəcək. Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək. Onun prezident İlham Əliyevlə görüşü də istisna edilmir. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə Bakıda Qarabağ məsələsinin də müzakirə ediləcəyini deyib.

Erməni kökənli rusiyalı nazirin Bakı və İrəvan ziyarəti Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla prezident Putinin son Soçi görüşündən, habelə Ermənistan prezidenti Serj Sərksiyanın Putinlə təmasından az sonraya təsadüf eləməsi ilə xüsusi diqqətdədir. Hesab olunur ki, bu səfər dalana dirənmiş Qarabağ danışıqlarının taleyinə ən azından yeni işıq sala bilər.

*****

Qeyd edək ki, Ərdoğan-Putin görüşü ərəfəsi “Lavrov planı” deyilən həll variantı gündəmə gəlib. Hətta Dağlıq Qarabağ ətrafında 5 rayonun azad edilməsi qarşılığında Kremlin Bakıya qarşı 3 şərtinin olduğu deyilir: Azərbaycanın Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi.

Bu xüsusda Lavrovun Azərbaycana konkret şərtlərlə və ya Putinin ismarışı ilə gəlməsi mümkün hesab edilə bilər. Hərçənd, qeyd edilən şərtlər, “5 rayon” məsələsi Azərbaycan üçün tələ sayılır. Yəni, cəmi 5 rayonu götürməklə ərazi bütövlüyümüzün real təhlükə altına düşəcəyi barədə daşlaşmış rəylər var (Bu barədə ötən saylarımızda yazmışıq).

Doğrudur, Ərdoğan Putinlə son Soçi görüşündən sonra Rusiya liderinin münaqişənin dinc həllinə elə də ümidli olmadığını söyləyib. Lakin Putinin bu ümidsizliyi Kremlin haqqında danışılan 3 şərtinə Bakının razı olmaması və ya etirazı ilə də bağlı ola bilərdi. Bu mənada Lavrovun səfəri Azərbaycanın mövqeyini dəqiqləşdirmək və Kremlin yanaşmasını Bakıya çatdırmaq hədəfi də güdə bilər.

“Müzakirə olunacaq məsələlər masa üstündədir. Biz istəyirik ki, danışıqlar naminə danışıqlar aparılmasın. Hətta tələb edirik ki, konkret nəticə olsun. Prezidentlərin görüşündə də qeyd edildi ki, danışıqlar intensiv xarakter alsın. Münaqişənin həllinin vaxtı çatıb. Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək”. Bu sözləri Elmar Məmmədyarov rusiyalı həmkarının səfəri ərəfəsi söyləyib.

Rusiya XİN başçısının özü isə səfərlə bağlı mətbuat konfransında bunları deyib: “Gələn həftənin əvvəlində Bakıya və İrəvana səfərlərim planlaşdırılır. Bu səfərlər ilk növbədə Rusiya ilə Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunub. O cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylər çərçivəsində prosesin harasında olduğumuzu anlamağa çalışacağıq”.

*****

Bəs Lavrovun Bakı və İrəvan səfərləri ilə bağlı əsas gözlənti nədir? Bu səfər həqiqətən Kremlin Dağlıq Qarabağa dair dinc nizamlama prosesini irəli aparmaq məqsədi güdür, yoxsa növbəti dəfə vaxt qazanmaq, imitasiya niyyəti?

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarova görə, Lavrov Azərbaycanın Qarabağ üzərində suverenlik hüquqlarının məhdudlaşdığını bəyan edəndən bəri Azərbaycan ictimaiyyətində etimadını tam itirib: “Bu baxımdan da onun Bakıda vasitəçilik funksiyasını həyata keçirəcəyinə inanmıram. Hesab edirəm ki, Lavrovun Bakıya gəlişi birbaşa Rusiyanın vasitəçilik roluna ziyan gətirən bir səfərdir. Vasitəçilik rolunu oynamaq üçün həm həmin ölkənin siyasəti, həm də bu rolu həyata keçirən insanlar hansısa etimada malik olmalıdırlar. Azərbaycan xalqı Lavrovu ümumiyyətlə, qəbul etmir, onun vasitəçilik rolunun ədalətli olacağına inanmır. Bu illər ərzində verdiyi bəyanatlar göstərir ki, Lavrovun fəaliyyətində təəssüflər olsun ki, sadəcə, bir imitasiya mövcuddur. Bir müddət öncə həmin Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşündə bəyan olunmuşdu ki, Rusiyada Bakı-Moskva əlaqələrinin inkişafına maneçilik törədən ermənipərəst qüvvələrin böyük hissəsi Rusiya Xarici İşlər Nazirliyində cəmləşib. Bunu boşuna xatırlatmadım. Çünki indiki mərhələdə Lavrovun Bakıya səfəri sülh prosesinə yalnız ziyan gətirə bilər”.

Sabiq nazirə görə, hazırda Türkiyə prosesə qatılıb və Qarabağ məsələsinə yeni nöqteyi-nəzərdən baxılacaq: “Artıq Türkiyə sülh prosesinin iştirakçısıdır və bu, müsbət haldır. Bu, regionda olan təhlükəsizlik məsələsidir və Qarabağ konfliktinə bir növ yeni baxışdır”.

“Fikrimcə, münaqişənin tənzimlənməsi ilə bağlı sərgilənən diplomatik aktivlik ilk növbədə Azərbaycan və Rusiya prezidentlərinin Tehranda keçirilən görüşündən qaynaqlanır. Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri də çox güman ki, bu prosesə əlavə stimul verib”. Bunu isə politoloq Elçin Mirzəbəyli Lavrovun region turnesində Qarabağ mövzusunda gözləntilərlə bağlı bildirib.

*****

Rusiya diplomatiyasının “ağır topu”nun regiona səfəri daha bir hədəf güdə bilər. Məsələ ondadır ki, səfər bir neçə gün sonra - noyabrın 24-də Brüsseldə keçiriləcək Avropa Birliyinin (AB) “Şərq tərəfdaşlığı” sammiti ərəfəsinə təsadüf eldir. Hansı sammitə ki, Azərbaycan və Ermənistan prezidentləri də qatılacaq və toplantıda iki ölkənin AB ilə çərçivə anlaşmasının taleyinə aydınlıq gəlməlidir.

Yeri gəlmişkən, ötən həftə AB-nin əsas orqanı olan Avropa Parlamenti 24 noyabr Brüssel sammitinin yekun bəyannaməsinin tövsiyə xarakteri daşıyan son variantını qəbil edərək, sammit iştirakçıların müzakirəsinə təqdim edib. Əfsus ki, erməni lobbisi və onların havadarlarının köməyi ilə bəyannamə mətninə ermənilərin istəyinə uyğun olaraq Dağlıq Qarabağ məsələsi ilə bağlı ölkələrin ərazi bütövlüyü prinsipi ilə yanaşı, öz müqəddəratını təyinetmə hüququ da salınıb. Halbuki, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə və Krımla bağlı sənəddə yalnız ərazi bütövlüyü prinsipi ifadə olunub (Çox maraqlıdır ki, 2013 və 2015-ci illərdə Avropa Parlamenti Ermənistanı işğalçı kimi tanıyan sənədlər qəbul edib və onlar heç də tövsiyə xarakteri daşımır, hüquqi sənəd qüvvəsindədir).

O üzdən böyük ehtimalla, Bakı bu müddəanın ləğvini tələb edəcək. Əks təqdirdə, Azərbaycan bəyannaməni imzalamaya, üstəlik, AB ilə çərçivə sazişinin taleyi sual altına düşə bilər. Bu yerdə yada salaq ki, prezident İlham Əliyev ötən ay Bakıda AB nümayəndə heyəti ilə görüşü zamanı açıq şəkildə Azərbaycanın vazkeçilməz şərtini səsləndirmişdi: “Çərçivə sazişində və bəyannamədə ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı birmənalı şəkildə əksini tapmalıdır. Ölkələrin ərazi bütövlüyü zor gücünə dəyişdirilə bilməz”.

İndi isə təhlükə var ki, hansısa məkrli dairələr ölkəmizin Avropa ilə münasibətlərini məqsədli şəkildə pozub onu zor-xoş Rusiyaya yaxınlaşdırmağa çalışır. Nəzərə alsaq ki işğalçı Ermənistan onsuz da Rusiyanın ovucundadır, o zaman istisna deyil ki, belə bir həssas və “əlverişli” məqamda Kreml öz baş diplomatını Bakıya, regiona göndərməklə bir növ özünü real alternativ güc kimi təklif edir. Yəni həm də “yumşaq güc” təhdidi.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lavrov Bakıya və Yerevana səfəri barədə

    Lavrov Bakıya və Yerevana səfəri barədə ...

    14-11-2017, 17:39

  • 
  • Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü başlayıb

    Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN ...

    19-07-2017, 10:37

  • 
  • Ərdoğanla Putinin İrəvanı qorxuya salan QARABAĞ RAZILAŞMASI: Lavrovun Bakı səfərinin İKİ SİRRİ

    Ərdoğanla Putinin İrəvanı qorxuya salan QARABAĞ ...

    15-11-2017, 11:54

  • 
  • Vladimir Putinin səfəri başladı

    Vladimir Putinin səfəri başladı ...

    13-08-2013, 16:57

  • 
  • Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü keçirilib

    Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü ...

    22-02-2017, 12:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu