GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Mən buradan bir neçə mesajı çatdırmaq istəyirəm"

“Mən buradan bir neçə mesajı çatdırmaq istəyirəm"

Tarix: 20-06-2013, 18:05 Bölmə :Siyasət Baxış: 685
“Mən buradan bir neçə mesajı çatdırmaq istəyirəm"
AXCP sədri Əli Kərimli son zamanlar partiyanın üzləşdiyi təzyiqlərlə bağlı mətbuat konfransı keçirib

İyunun 20-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında Əli Kərimli deyib ki, əvvəllər partiyanın rayonlarda reallaşdırdığı konfranslara, tədbirlərə, toplantılara polis müdaxilə etmirdi: “Son bir neçə ay ərzində AXCP-nin rayonlarda keçirdiyi konfranslara polis və hakimiyyət orqanları tərəfindən qanunsuz müdaxilələr edilib. Ağstafa, Sabirabad, Şəki, Ağdaş, Lerik, Lənkəranda keçirdiyimiz tədbirlər polis zorakılığı ilə dağıdılıb, kütləvi həbslər baş verib, bəzi hallarda isə cəbhəçilərin avtomobilləri əzilib, üzvlərimizə xəsarətlər yetirilib. Mən buradan bir neçə mesajı çatdırmaq istəyirəm.

Əvvəla, bu baş verənlər hakimiyyətin sistemli fəaliyyətinin nəticəsidir. Çünki olanlar təsadüfən təkrarlanmır. İki ay ərzində 7 rayonda oxşar hadisələr baş verirsə və AXCP-nin tədbirlərinə hücum edənlər yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, YAP fəalları olursa, zorakılıq polisin gözü qabağında gerçəkləşdirilirsə, deməli, bu, Azərbaycan hökumətinin müxalifətə qarşı planlı və məqsədyönlü siyasətidir. İkincisi, hakimiyyət daxili siyasətini o dərəcədə sərtləşdirib, zorakılığa o səviyyədə üstünlük verib ki, 80-100 nəfər cəbhəçinin iştirakı ilə keçirilən partiya yığıncaqlarına belə dözümsüzlük göstərir. Hətta AXCP Gənclər Komitəsinin 10-15 üzvünün rayonlarda bir yerə yığılmasına da imkan verilmir. Gənclər Komitəsi ümumrespublika konfransına hazırlaşır, amma gəncləri şəxsi mənzillərdə belə toplaşmağa qoymurlar. Çünki hökumət bunu özünə təhlükə hesab edir”.

Əli Kərimli bildirib ki, AXCP üzvlərinin üzləşdiyi təzyiqlər bir çox halda cinayət xarakteri alır, insanlara bədən xəsarətləri yetirilir, şəxsi mülkiyyətə ziyan vurulur: “Baş verənlər şəxsiyyət və mülkiyyət əleyhinə olan cinayətlərdir. Hüquq mühafizə orqanları isə bu cinayətlərin qarşısını almır, onları ört-basdır edir. Hakimiyyət cinayətləri araşdırmağa belə cəhd göstərmir. Mən mətbuat vasitəsilə ilk növbədə daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edirəm. Ölkənin güc strukturlarının bir partiyanın əlində repressiya alətinə çevrilməsi artıq bəsdir. Azərbaycan polisi dövlətə xidmət etməlidir, nəinki ayrı-ayrı şəxslərə. Polis heç hökumətə də xidmət etməməlidir. Amma bu gün Azərbaycan polisi YAP hökumətinin əlində repressiya vasitəsinə çevrilib. Polisi öz vəzifələrini yerinə yetirməyə çağırıram. Polis cinayətkarlıqla mübarizə aparmalıdır. Siyasi partiyalarla mübarizə polisin işi deyil.

Baş prokurora müraciət edirəm. Qanunun aliliyinə, polisin qanunlara əməl etməsinə nəzarət edin. AXCP rəhbərliyinə zorakılıqlar edildiyi, partiya üzvlərinin mülkiyyətinə ziyan vurulduğu halda prokurorluğun öz vəzifəsini yerinə yetirməməsi təəssüf doğurur. Baş Prokurorluğu öz səlahiyyətlərini həyata keçirməyə çağırıram.

YAP rəhbərliyinə müraciət edirəm. YAP AXC hakimiyyəti dövründə yaranıb. Az müddətdə olsa müxalifətdə olub. Mən onlardan soruşuram: AXC hakimiyyəti dövründə sizə belə münasibət olubmu?

Bir gün siz də müxalifətdə olacaqsız. Bu gün AXCP rəhbərliyinə qarşı edilən təzyiqin, zorakılığın, hörmətsizliyin YAP rəhbərliyinə edilməsini istəyərsinizmi? Əgər istəmirsinizsə, onda bu günün müxalifəti və sabahın iqtidarı olacaq bir partiyanın rəhbərliyinə qarşı bu münasibəti yığışdırmalısınız.

İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyətinə müraciət edirəm. Biz hamımız görürük ki, hökumət vaxtaşırı olaraq ölkədə bahalı beynəlxalq tədbirlər keçirir. Bunlar əsasən tolerantlıq mövzusunda olur. Bütün dünyaya göstərmək istəyirlər ki, Azərbaycanda siyasi mədəniyyət, tolerantlıq, özgəfikirliliyə dözümlülük var. Belə tədbirlərə 100 milyon xərcləyirlər ki, guya ölkənin daha sivil olduğunun təqdimatını keçirsinlər. Digər tərəfdən isə ölkə daxilində siyasi rəqiblərə qarşı uydurma cinayət işləri açırlar, onların cibinə narkotik, evlərinə silah qoydurub tutdururlar. Siyasi rəqiblərin hətta öz evlərində keçirdikləri toplantıları da polis zorakılığı ilə dağıdırlar”.

Əli Kərimli qeyd edib ki, seçki yaxınlaşır, ölkənin demokratik qüvvələri Milli Şurada birləşib və xalq bu birliyi dəstəkləyib: “Ona görə hakimiyyət siyasətini daha da aqressivləşdirəcək. Amma üzləşəcəyimiz maneələrə görə ruhdan düşmək olmaz. Bütün həmkarlarıma, Azərbaycan xalqına müraciət edirəm ki, AXCP kimi təşkilatlanmağı davam etdirsinlər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DİN-dən lətifəvari Şəki açıqlaması

    DİN-dən lətifəvari Şəki açıqlaması ...

    6-05-2013, 21:37

  • 
  • “Partlayış öz-özünə baş verməyib” – Əli Kərimli

    “Partlayış öz-özünə baş verməyib” – Əli Kərimli ...

    3-03-2014, 15:44

  • 
  • AXCP sədri Əli Kərimli ailəsilə birgə... - FOTO

    AXCP sədri Əli Kərimli ailəsilə birgə... - FOTO ...

    12-01-2014, 23:57

  • 
  • AXCP rəhbərliyi Sabirabadda həbs olundu

    AXCP rəhbərliyi Sabirabadda həbs olundu ...

    9-12-2012, 13:04

  • 
  • Polis AXCP-nin toplantısını dağıtdı -VİDEO

    Polis AXCP-nin toplantısını dağıtdı -VİDEO ...

    5-05-2013, 17:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu